Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1102
Səs ver:
Həzrət Muhəmməd Peyğəmbər (s) yeniyetməlik dövründən başlayaraq camaatdan ayrılıb tənhalığa qapılmağı və öz düşüncələrinə qərq olmağı xoşlayırdı.

Gənclik illərində Onun ən sevimli düşüncə və istirahət yeri Məkkə ətrafındakı Həra dağının mağarası idi. Məkkə bütpərəstlərinin cahilliyi, əxlaqa zidd hərəkətləri Peyğəmbərimizin qəlbində kəskin etiraz və qəzəb hissi doğururdu. Belə anlarda O, Həra dağına pənah aparır, orada öz böyük Yaradanına dua və ibadət edirdi. Həzrət Mühəmməd (s) hər ilin bütöv bir ayını mağarada ibadətlə keçirir, ay qurtarandan sonra mağaradan enib şəhərə qayıdır, əvvəlcə Kəbəni ziyarət edir, yalnız bundan sonra evinə gedirdi. Həmin vaxtlar Mühəmməd (s) ağacların, daşların: "Salam olsun sənə, ey Allahın rəsulu!” – deyə Onu salamladıqlarını eşidirdi. Bu yolla Allah öz gələcək peyğəmbərini Cəbrayıl (ə) mələklə görüşə hazırlayırdı.

Həzrət Muhəmməd (s) 40 yaşına çatanda Allah-təala Ona ilk vəhyi nazil etdi. Əksər rəvayətlərə görə, bu hadisə müsəlman təqvimi ilə rəcəb ayının 27-də baş verdi. Bəzi mənbələrdə isə hadisənin Ramazan ayında baş verdiyi yazılıb.

Həmin gün Peyğəmbərimiz adəti üzrə Həra mağarasında oturub öz düşüncələrinə dalmışdı. Bu zaman Allahın ən şərəfli mələyi Cəbrayıl (ə) insan qiyafəsində Onun gözünə göründü və əlində tutduğu kitabı Ona göstərib dedi: "Oxu!” Peyğəmbərimiz yazıb-oxumağı bacarmadığı üçün heyrətlə soruşdu: "Nəyi oxuyum?” Cəbrayıl (ə) ikinci dəfə "Oxu!” – deyə israr etdi. Peyğəmbər acizliklə eyni sözü söylədi: "Axı nəyi oxuyum?” Mələk üçüncü dəfə gözəl səslə ilk vəhyi – Qur’ani-kərimin 96-cı "Ələq” surəsinin ilk beş ayəsini oxudu: "Yaradan Allahın adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Allahın ən kəramətlidir. O, insana qələmlə yazmağı öyrətdi. O, insana bilmədiklərini öyrətdi”.

Cəbrayılın (ə) ardınca Həzrət Muhəmməd (s) də ayələri təkrar etdi. Sonra mələk gözdən itdi və Peyğəmbər mağaradan çıxıb özünü itirmiş halda evə tərəf üz tutdu. Evin qapısında Onu həyat yoldaşı Xədicə qarşıladı. Xədicə Mühəmmədin (s) gec qayıtmasından narahat olub ardınca adam göndərmişdi, amma göndərilən adam şəhər ətrafında çox gəzsə də, Peyğəmbəri görməyib geri dönmüşdü.

Həzrət Məhəmməd (s) mələklə qəfil görüşdən özünü itirmişdi. Ona görə də yorğunluq hiss edib, dincəlmək üçün uzandı. Bu arada Xədicə əmisi oğlu, mütərəqqi fikirli, təkallahlı əqidəsinə malik olan Vərəqə ilə görüşüb əhvalatı ona danışdı. Vərəqə əmisi qızının inamını daha da dərinləşdirib söylədi ki, Muhəmməd (s) həqiqətən peyğəmbərliyə təyin edilmişdir, çünki onun başına gələn hadisə yalnız peyğəmbərlərə aiddir.

Xədicə əmisi oğlugildən evə qayıdan kimi Həzrət Mühəmmədin (s) peyğəmbər olduğuna və uca Allah tərəfindən bu məqama təyin edildiyinə iman gətirib İslamı qəbul etdi və ilk müsəlman oldu.

Ertəsi gün Peyğəmbərimizin əmisi oğlu, onun evində yaşayan 10 yaşlı Əli (ə) kəlmeyi-şəhadəti deyib müsəlmanlığı qəbul etdi. Uzun müddət müsəlmanların sayı bu üç nəfərdən (Peyğəmbər, Xədicə və Əli) artıq olmadı. Onlar birlikdə ibadət edir, birlikdə namaz qılırdılar.

Həzrət Muhəmməd (s) peyğəmbərliyə təyin edildikdən sonra üç il ərzində çox gizli şəkildə fəaliyyət göstərərək, etimad bəslədiyi məhdud saylı şəxsləri İslama dəvət etməklə məşğul oldu. Həzrət Xədicə və Əlidən (ə) sonra Peyğəmbərimizin oğulluğu Zeyd (r.ə) İslamı qəbul etdi. Ondan sonra Əbu Bəkr (r.ə), Əbu Zər (r.ə), Osman (r.ə), Əbdürrəhman ibn Ovf (r.ə), Həzrət Əlinin (ə) qardaşı Cəfər (r.ə), Əmmar (r.ə) və daha bir neçə şəxs bir-birinin ardınca müsəlman oldu.
(islam az)


Şərhlər:
Baxılıb: 1102
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz