Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhəmməd Peyğəmbərdən (s) kəlamlar (3-cü hissə)
Məhəmməd Peyğəmbərdən (s) kəlamlar (3-cü hissə)
Göndərən: suzana
Şərhlər:
Baxılıb: 1269
Səs ver:
Quran barədə
-Qurani-Kərim bu beş əsas üzrə gəlmişdir:
1. Halal şeylər;
2. Haram şeylər;
3. Müsbət və təmiz fikirlər;
4. Sirlər;
5. Məsələlər.

-Halal adlananları yerinə yetirin. Haram olanlardan çəkinin. Təmiz xəyallara və fikirlərə itaət edin. Yaradılış sirlərinə iman gətirin və məsələlərdən nəsihət edin.
-Quran barəsində mübahisə etmək kafirlikdir.
-Heç fikirləşibsiz ki, ALLAH Quranda haram buyurduqlarından başqa heç şeyi qadağan etməyibdir? And olsun ALLAHa ki, mən hər şeyi Quranda gəldiyi kimi qadağan etmişəm. ALLAH rəva bilməyib ki, siz kitab əhli olanların (yəhudilər, xristianlar və başqaları) evlərinə icazəsiz girib onlara və arvadlarına əziyyət verəsiz. Ya da onların icazəsi olmadan ağaclarından meyvə dərib yeyəsiniz.
-Quranın hər bir ayəsində zahiri və batini məna vardır.
-İki şeyi sizin ixtiyarınızda qoydum: biri Quran, o biri isə qohum-qardaşımdır. Bu iki şey qiyamətədək bir-birindən ayrılmazdır.
-ALLAHın başqa peyğəmbərləri möcüzələr gətirmişdilər, mənim möcüzəm isə Qurandır ki, əbədi olaraq qalacaqdır.

Peyğəmbər (s) buyurudu:
─ Ey Müizz, Yəmənin hakimliyində necə müvəffəqiyyət əldə edəcəksən?
Ərz etdi:
─ Quranın əmrilə.
Peyğəmbər (s) buyurdu:
─ Quranda belə göstərişləri tapmadığın sürətdə necə?
Dedi:
─ O zaman ALLAHın peyğəmbərinin kəlamları və hökmlərinə uyğun rəftar edəcəyəm.
Buyurdu:
─ Buna imkanın olmasa necə?
Dedi:
─ Onda məşvərət və ədalətli işə salacağam.
Sizdən ən yaxşısı Quranı öyrənib və öyrədəndir.

İş və çalışqanlıq barədə
-Səhər və axşam ibadət edib ALLAHa dua edin. Gündüzünü isə işinizə həsr edin.
-Özünüzə və özgəsinə xeyirli iş görməyən insan ALLAHdan heç bir əcr almayacaqdır.
-Şərəf və düzgünlüklə yaşayan adam Alahın sevimlisidir.
-ALLAH yolçuluqla deyil, öz əməyi ilə dolanana mərhəmət göstərir.
-Halal yolla ailəsinin güzəranı üçün dünya və onun var-dövlətini tələb edən insan on dörd gecəlik Ay kimi açıq üzlə ALLAHa tərəf çevrilir.
-Fəhlənin alnının təri qurumamış onun muzdunu ödəyin!

Evlənmək haqqında
-Evlənmək, imkanı olan bütün adamlar üçün vacibdir.
-Bir qadınla dörd şərtlə evlənmək olar;
1. Sərvətinə görə.
2. Nəslinin nəcibliyinə görə.
3. Gözəlliyinə görə.
4. Namus və pəhrizkarlığına görə.

-Ona görə də mömin bir qadın axtarın, əks təqdirdə əlinizi murdarlamış olarsınız

Alçaqlıq haqqında
-Aranızda ən alçaq adam təklikdə yeyib, qullara şallaq vuran, ehsan verməyən imansız şəxsdir.

Uğursuzluq haqqında
-Sizə üz verən uğursuzluq vaxtı ilə etdiyiniz əməlin cəzasıdır.
-ALLAHa xidmət edənə heç bir ağır və ya yüngül fəlakət üz verə bilməz. Ancaq günahın dərəcəsinə görə ALLAH bunların bəzilərini bağışlayır.

Həya və namus barədə
-Həqiqi həya nəcibliyin əsasıdır.
-Həya və nəciblik imanın iki qoludur.
-Mülayimlik və təvazökarlıq imanın parçasıdır.
-Yalan danışmaq və mübaliğə etmək isə dinsizliyin iki şaxəsidir.
-Həya və təvazökarlıq insanın naxışıdır.
-Həya və iman bir beşikdə iki körpə kimidir.

..Sübh yaxınlaşır..


Şərhlər:
Baxılıb: 1269
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz