Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həzrəti Məhəmməd peyğəmbər (s)-ın kəlamlarından
Həzrəti Məhəmməd peyğəmbər (s)-ın kəlamlarından
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8011
Səs ver:
Böyük potensial qüvvəyə, geniş məzmuna malik olan hikmətli sözlər, İlahi kəlamlar insanda dərin fikirlər, bəşəri hisslər oyadır, yüksək mənəvi- əxlaqı keyfiyyətlər yaradır. Müxtəlif tarixi dövrlərdə yaşamış filosofların, şair və yazıçıların, ictimai-siyasi, dövlət, elm və mədəniyyət xadimlərinin qiymətli kəlamları bu gün bəşəriyyətin mənəvi zənginlik mənbəyinə çevrilmişdir.
Ömrün 23 ilini xalqa peyğəmbər, yəni Allah- talanın bəndələrə göndərdiyi hökmləri və sifarişləri onlara yetirən, həm də müsəlmanların müdrik rəhbəri və məsləhətçisi olmuş Həzrəti Məhəmməd Peyğəmbər(s) müqəddəs kəlamları və hədisləri daha zəngin, çoxşaxəli və əhəmiyyətlidir. Rəsuli- Əkrəmin (s) müxtəlif həyat məsələlərinə aid dini ayinlər, ibadət, hüquq, əxlaq və məişət, insanların bir- birinə münasibəti, ictimai-iqtisadi və sair mətləblər barəsində çox gözəl kəlamları, hədisləri var. On dörd əsrdən artıqdır ki, Peyğəmbər (s)- ın hədisləri və kəlamları qəlblərə hakim kəsilib, bəşər dünyasının ən ülvü sərvəti kimi nəsillərin tərbiyəsində ən mötəbər qaynaqlardan biri sayılır. Ona görədə onların bəzilərini oxuyuculara çatdırmağı özümə borc bilirəm.
 
 
Elm haqqında:
1. Alimləri eşidin,çünki onlar dünyanın çırağı, axirətin nurudurlar.

2. Elmi beşikdən qəbrədək öyrənin.

3. Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir.

4. İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün ola.

5. bir saar elm öyrənmək altmış illik ibadətdən xeyirlidir.

6. Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya bənzər.

7. Elm hər bir müsəlmana, istər kişi olsun, istər qadın vacıbdir

8. Elm çində də olsa, onun dalınca gedi.
 9. üç duanın olacağına şübhə yoxdur: məzlumun duası, qocanın duası, ata- ananın övladına etdiyi dua.

10. Yaxşı övlad öz valideyninə gündə neçə dəfə hörmət və məhəbbətlə baxsa, hər baxışı üçün ona bir həcc savabı olar.

Əxlaq və məişət məsələləri haqqında
1. Hər kəs təvazökar olsa, Allah onu yüksəldər.

2. Gülə- gülə günah işlədən adam ağlaya- ağlaya cəhənnəmə gedərə

3. Minikdə gedən çəxs piyada gedən şəxsə salam verməlidir. Camaatdan bir nəfər salam versə, onları əvəz etmiş olar.

4. Allah- taala üç adama lənət edər: Ata-anasından üz çevirənə, ərlə- arvadın arasını vurub, sonra arvada sahib çıxana, bir- birinə qəzəblənsinlər deyə insanların arasında dedi- qodu yayana.

5. Məbadə insanlarla mübahisə edəsiniz, çünki bu iş qüsuru zahirə çıxarır., izzəti dəfn edir.

6. Ərlə- arvadın birisi dihərinin sirrini başqasına açarsa, qiyamət günü Allah yanında pislərin pisi olar.

7. Üç cür adam Allahın qəzəbinə gələr: tox ola- ola yeyən, hününü yatmaqla sovuran, mənasız yarə gülən.

8. Sirkə balı korladığı kimi, bəd xəsiyyətdə insanın əməllərini korlayar.

9. Övladlarınızla xoş rəftar edin, onlara gözəl tərbiyə verin.

10. Evlənməyə qadir ola- ola evlənməyən kəs mənim ümmətimdən deyil.

11.
Üç şey kişinin öz müsəlman qardaşına olan məhəbbətini saflaşdırır: 1) onunla bəşarətlə görüşsün, 2) onunla oturanda məclisi genişləndirsin, 3) onun çox sevdiyi adı ilə ona müraciət etsin.

12. həya imanın bir qismidir, həyası olmayanın imanı da olmaz.

13. İmanın kəmala yetməsi gözəl əxlaqla mümkündür.

14. Uşaq üçün ana südündən yaxşı süd yoxdur.

15. Qonağın ev sahibi boynunda olan haqqlarından biri di odur ki, qonaq gedəndə qapıya qədər onunla gedib yola salsın.

16. İnsanın ən fənası birinə bir üz, başqasına başqa bir üz göstərən ikiüzlü adamdır.

17.
Gözü kor olan yox, bəsirəti tutulan kor sayılır.

18. Gözəl əxlaq dinin yarısıdır.

19. Ədəbi olmayanın ağılı da olmaz.

20. Çörəyə hörmət edin,onun hasilə gəməyində Ərş ilə yer arasında olan çoxlarının əməyi var.

21. Aranızda əxlaqı gözəl olanları fərqləndirin.

22.
Riyakar adam iki sürü arasında dolaşan qoyuna bənzər, gah birinə, gah da digərinə qoşular.

23.
Qüvvətli adam güləşdə qalib gələn deyil, qəzəblənən vaxt qəzəbini boğa biləndir.

24.
Qonşuya yaxşılıq et, əsl mömin olarsan, özünə rəva bildiyini başqalarınada bil, əsl müsəlman olarsan.

25.
Bir- birinizə nifrət bəsləməyin, paxıllıq etməyin, bir- birinizə arxa çevirməyin, ey Allahın bəndələri, qardaş olun!.

Dil haqqında:
1. İnsanın rahatlığı öz dilini həbs etməkdir.

2. İnsanın salamatlığı onun sükutundadır. 3. Gözəl dil qabiliyyəti insanın sərvətidir.

4. İnsanın bəlası onun dilindədir.

5.
Dilin törətdiyi fitnə qılınc zərbəsindən də ağırdır.
 
6.
O kəsdən ki, xalq onun dilinə görə qorxur, o adam cəhənnəm əhlidir.
 


Şərhlər:
Baxılıb: 8011
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz