Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ər və arvadın qarşılıqlı haqqları barəsində
Ər və arvadın qarşılıqlı haqqları barəsində
Göndərən: Mrs.Pianist
Şərhlər:
Baxılıb: 2079
Səs ver:
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Kişilərdə qeyrət, qadınlarda isə qısqanclıq olar. Qeyrətli kişilər əhli-əyanın yad insanlarla çox ünsiyyətdə olmağa qoymaz. Hər zaman onların qeydinə qalar və istəklərini yerinə yetirməyə çalışarlar. Qadınlar isə daim öz ərlərini qısqanar və onları başqa qadınlarla ünsiyyətdə olmaqlarını istəməzlər.”

Bir qadın Peyğəmbər (s)-dan soruşur: Ərin öz qadını üzərində olan haqqı nədən ibarətdir? Buyurur: Qadın əri ilə yaşadığı müddət ərzində ona itaət etməli və heç vaxt sözündən çıxmamalıdır.
Ərin icazəsi olmadan sədəqə verməməli, nəzr etməməli, müstəhəb oruc tutmamalı hətta onun icazəsi olmadan evdən xaric olmamalıdır. Əgər çıxarsa evə qayıdana qədər Allah və onun mələkləri ona lənət oxuyar.

Qadın soruşur: Kişinin üzərində ən çox kimin haqqı vardır? Buyurur: Atasının!
Qadın soruşur: Bəs qadının üzərində kimin çox haqqı vardır?
Buyurur: Ərinin!
Qadın deyir: Deməli mənim ərimin üzərimdə olan haqqı qədər haqqım yoxdur?
Buyurur: Xeyr! Heç yüzdə biri belə yoxdur.

Başqa bir hədisdə deyilir: "Qadın yalnız ərinə xatir gözəl paltarlar geyinməli, ətir vurmalı və vaxtaşırı onunla yaxınlıq etməsini təklif etməlidir. Ərin narazılığına səbəb olan heç bir iş görməməlidir. (məsələnan ərinin icazəsi olmadan evdən bir şey vermək. Əgər verərsə savabı kişinin, günahı isə onun öz əməl dəftərinə yazılar). Qadın ərinin istəyini rədd edib yaxınlıq etməkdən etiraz etməməlidir.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə gözəl paltar geyinib ətirlənən qadının namazı, ətrin iyi bədənindən getməyənə qədər qəbul olunmaz.
Başqa bir hədisdə deyilir: Bu üç şəxsin ibadətləri Allah dərgahında heç vaxt qəbul olunmaz. Sahibindən qaçan qulun, təkəbbürlük üzündən bahalı paltarlar geyən şəxsin və ərini narazı salan qadının.”

"Kişinin cihadı odur ki, canını, malını Allah yolunda fəda etmiş olsun, qadının cihadı isə ərini sevib, onların qeyrətinə səbr etsinlər.
Peyğəmbər (s) buyurur: "Əgər mənə, insanların Allaha yox, başqa bir varlığa səcdə etmələri əmr olunsaydı mən də qadınların ərlərinə səcdə etməsini əmr edərdim.Qadınlar ərləri onlardan bir şey istədikləri zaman təxirə salmamalı, hətta namazlarını belə uzatmamalıdir. Onlar, ərlərinin yaxınlıq meylini nəzərə almayıb bu işi təxirə salarlarsa əri yuxudan oyanana qədər ərinin mələkləri o qadına lənət oxuyar. Qadınlar həcc və zəkatdan başqa ərlərinin icazəsi olmadan öz malından belə ehsan edə bilməz.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Ərinə itaət etməyən və ona "mən səndən heç bir yaxşılıq görməmişəm” deyən qadının əməl dəftərinə yazılan bütün xeyirli əmələrinin üzərindən xət çəkilər.”

Qadının əri üzərində olan haqqı isə bunlardan ibarətdir:Kişi öz qadınına yemək (içmək ) , geyim və ziynət əşyaları (xına, sürmə, qızıl əşyaları və s.) ilə təmin etməlidir. Onunla Gülər üzlə davranmalı və evə daxil olduğu zaman üzünü turşutmamalıdir. Hər il qadın üçün dörd paltar almalı (ikisi yay, ikisi də qış üçün) və ilin hər fəslində bitən meyvələrlə təmin etməlidir. Bayram günlərində evə bir qədər çox yeyinti məhsulu almalı və mühüm münasibətlərdə qadına hədiyyə verməlidir.

Peyğəmbər (s) buyurur: Sizin ən yaxınınız qadınlarınız ilə gözəl davranan və onları hər tərəfli təmin edəninizdir.Ailə üzvləriniz sizin əsirlərinizdir. Allahın razı olduğu o şəxslərdir ki,öz əsirlərinə (ailə üzvlərinə ) çox ehsan etmiş olsun.

Əli (ə)-ın oğlu imam Həsən (ə)-a etdiyi tövsiyələrin birində deyilir."Qadınlarla heç vaxt məşvərət etmə. Onlar istədikləri hər bir şeyi təkidlə və dərhal yerinə yetrilməsini istəyirlər. Evin ağır işlərini onun öhdəsinə buraxma. Qadın güldür, ona yaxşı qulluq et, başqalarının dediklərini onun sözündən üstün tutma. Özünü onlardan asılı etmə və bir söz dediyin zaman ürəyi yumşaqlıq edib güzəştə getmə.”

Peyğəmbər (s) müharibə zamanı qadınları ilə məşvərət edər,amma onun tam əksinə əməl edərdi.
Başqa bir rəvayətdə deyilir.Qadınlara Nur surəsini öyrədin Yusif surəsini isə yox,onları yəhər üzərinə mindirməyin.

Qadınlara itaət etməyin,yoxsa onlarda tamah hissi güclənər və sizi tamamilə özlərindən asılı vəziyyətə salarlar.
Kişi bayramalara, əzadarlıq məclislərinə, hamama,toya və s. yerlərə getməyə öz qadınından icazə almamalıdır. Özlərini qadınlardan tam aslı vəziyyətə salan kişilər cəhənnəm oduna üzü üstə atarlar.

Qadınların mənfi xüsusiyyətlərinə səbr edilməli və ailədə yaranan narazıçılıqları sülh yolu ilə həll etməyə çalışmaq lazımdır.


Şərhlər:
Baxılıb: 2079
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz