Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmam Əlinin (ə) bəzi özəllikləri
İmam Əlinin (ə) bəzi özəllikləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 680
Səs ver:
Həzrət Əli (ə) tarixdə yeganə insandır ki, dünyanın ən müqəddəs məkanında – Kəbə evinin içində doğulub. Bəziləri (xüsusilə, müasir vəhhabilər) bunu inkar etməyə çalışsalar da, həm şiə, həm də sünni məzhəbinə mənsub olan onlarla alim öz kitabında bu faktı təsdiq etmişdir.

Hətta mötəbər əhli-sünnə alimi Hakim Nişaburi "əl-Müstədrəkü ələs-Səhiheyn” əsərində bu xəbərin təvatür həddində olduğunu qeyd etmişdir. O xəbər təvatür həddində (mütəvatir) sayılır ki, onun haqqında bir neçə ravi tərəfindən fərqli hədislər rəvayət edilmişdir və bu xəbərin səhihliyi heç kimdə şübhə doğurmur. Hakim Nişaburi yazır: "Fatimə bint Əsədin əmirül-möminin Əli ibn Əbu Talibi Kəbənin içində dünyaya gətirməsi barədə xəbərlər təvatür halındadır” (əl-Müstədrəkü ələs-Səhiheyn, 3-cü cild, səh. 593, hədis 6115).

İmam Əli (ə) Həzrət Mühəmməd Peyğəmbərdən (s) sonra İslamı qəbul etmiş ikinci insan və ilk kişidir. Peyğəmbərdən sonra ilk müsəlman – o həzrətin xanımı ümmül-möminin Xədiceyi-kübra idi. Xədicədən dərhal sonra iman gətirmiş ilk şəxd isə Əli (ə) oldu. Özünün də buyurduğu kimi Əli (ə) başqalarından yeddi il əvvəl namaz qılmışdır (Peyğəmbərlə və Xədicə ilə birlikdə).

Əli ibn Əbu Talib (ə) Mühəmməd Peyğəmbər (s) qədər yaşamış və o həzrət kimi 63 yaşında Haqqa qovuşmuşdur.

Həzrət Əli (ə) ailə həyatı baxımından da Allahın Rəsuluna bənzəyirdi. Məlum olduğu kimi, Peyğəmbər 25 yaşında ikən Xədiceyi-kübra ilə evlənmiş və təqribən 25 il boyunca onunla yaşamışdır. İslam Peyğəmbəri Xədicədən əv­vəl heç kəslə evlənməmiş, onunla evli oldu­ğu müddət boyunca da başqa qadınla ailə qurmamışdı. İmam Əli (ə) də təqribən 25 yaşında ikən Fatimeyi-Zəhra (ə) ilə izdivac etmiş və o vəfat edincəyə kimi başqa qadınla evlənməmişdi.

Həzrət Əli (ə) Kəbədə doğulmuş və Kufə məscidində ölümcül yaralanıb vəfat etmişdir. Beləliklə, o, həyatının əvvəli və axırı Allahın evi (məscid) ilə bağlı olan yeganə insandır.

Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu kimi İmam Əli (ə) Həzrət İsa Peyğəmbər (ə) kimi yeganə insandır ki, onunla bağlı tarixdə üç dəstə yaranmışdır. Vaxtilə bir dəstə Həzrət İsaya (ə) iman gətirmişdi; bunlar həvarilər və əsil möminlər idi. Bir dəstə o həzrəti çarmıxa çəkib öldürmək istədi; bunlar yəhudilər idi. Bir dəstə də ifrat edib, Onu Allahın oğlu və ilah saydı; bunlar xaçpərəstlərdir. Həzrət Əliyə (ə) münasibətdə də insanlar üç dəstəyə bölünür. Bəziləri o həzrəti sevirlər; bunlar əsil möminlər və o həzrətin tərəfdarlarıdır. Bəziləri Onunla düşmənçilik etmişlər (xəvaricdən olanlar və nasibilər kimi). Bir dəstə də Onu ilah sayıb müqəddəsləşdirmişdir (əliallahilər kimi). Bu üç dəstənin birincisi cənnətdə, ikinci və üçüncüsü isə cəhənnəmdə olacaq (bax: Xarəzmi. Mənaqib, səh. 317, hədis 318).

İmam Əli (ə) həm batini, həm də zahiri xilafətə eyni bir tarixdə (25 il fərqlə) çatmışdır. Belə ki, hicri 10-cu il zilhiccə ayının 18-də Qədir-Xüm çölündə Həzrət Mühəmməd Peyğəmbər (s) Allahdan aldığı əmrlə Onu öz canişini və müsəlmanların əmiri elan etmişdi. Bundan düz 25 il sonra – hicri 35-ci il zilhiccə ayının 18-də üçüncü xəlifə Osman ibn Affan qətlə yetirildi və müsəlmanların ümumi rəyi ilə Əli ibn Əbu Talib (ə) xəlifə oldu.

Peyğəmbərin əmisi oğlu, məşhur Quran bilicisi Abdullah ibn Abbas deyirdi ki, Allah-təalanın kitabında heç kimin haqqında Əli barəsində nazil olduğu qədər ayə nazil olmayıb (Hakim Həskani. Şəvahidüt-tənzil, 1-ci cild, səh. 52, hədis 49). Tabiindən olan məşhur təfsir alimi Mücahid deyib ki, Əlinin haqqında 70 ayə nazil olub; bunların heç birində Onun şəriki yoxdur (yux. mənbə, hədis 50). Xətib Bağdadi isə Abdullah ibn Abbasa istinadən, Əli haqqında nazil olmuş ayələrin sayını 300-ə çatdırmışdır (Xətib Bağdadi. Tarixü Bağdad, 6-cı cild, səh. 221).


Şərhlər:
Baxılıb: 680
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz