Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Qiblənin dəyişdirilməsi ilahi imatahan idi" - Hacı Şahin Həsənli
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1096
Səs ver:
Bu gün, Rəcəb ayının 15-də, hicri təqvimlə İslam aləmində bir neçə mühüm hadisə baş verib.  Bunlardan biri də müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə doğru dəyişdirilməsidir. Bu hadisənin tarixi, hikməti ilə bağlı islam.az-ın suallarını ilahiyyatçı Haci Şahin Həsənli cavablandırıb.

- İslam tarixində bu əlamətdar gün necə qeyd olunub?

- İslam dininin zühur etməsindən sonra 13 il ərzində müsəlmanların qibləsi Qüds şəhərindəki Beytul-Müqəddəs olub. Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra qiblə Məkkə ilə əvəz olundu. Bu hadisənin nə zaman və harada baş verdiyi bir az ixtilaflı məsələdir. Bəzi rəvayətlərə əsasən bu hadisə Mədinədə yerləşən Zu-Qibleteyn (iki qibləli məscid) məscidində, digər rəvayətlərə görə isə Məscidun-Nəbidə (Peyğəmbər məscidi) baş vermişdir. Zamanı barədə də fikir ayrılıqları var. Bir rəvayətə görə, hicrətdən 7 ay və ya 9 ay sonra, digər rəvayətlərə görə isə 2 il sonra baş verib.

- Qiblənin dəyişdirilməsinə səbəb nə idi?

- Məkkə müşrikləri Kəbəni bütxanaya çevirdiklərinə görə, Peyğəmbər və müsəlmanlar besətdən (Peyğəmbərliyə seçilmə) sonra 13 il ərzində üzü Kəbəyə namaz qılmadılar. Əgər onlar da Kəbəyə doğru namaza qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Lakin Mədinəyə hicrət etdikdən bir neçə ay sonra oradakı yəhudilər də Peyğəmbərə (s) etiraz etdilər, ünvanına təhqir söylədilər. Yəhudilər bildirdilər ki, "siz bizim qibləmiz olan Beytul-Müqəddəsə doğru namaz qılırsınız. Buna görə də dininizin həqiqi din olması şübhə altındadır. Bu səbəbdən siz bizim ardıcıllarımız sayılırsınız”. Buna görə Peyğəmbər (s) yəhudilər tərəfindən məsxərə edilirdi.

Lakin bir gün Mədinə şəhərində zöhr (günorta) namazı qıldığı zaman ikinci rəkəti bitirərkən Cəbrail (ə) Peyğəmbərə (s) nazil oldu və Onun üzünü Məkkəyə tərəf döndərdi. Bu zaman Bəqərə surəsinin 144-cü ayəsi nazil oldu:

"Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-hərama tərəf çevir! Harada olsanız üzünüzü oraya döndərin!”

Bu ayə qiblənin dəyişməsi göstərişini verdi və nəticədə Peyğəmbərimiz zöhr namazının qalan iki rükətini Kəbəyə tərəf qıldı.

- Bununla yəhudilər və münafiqlər sakitləşdilərmi?

- Təbii ki, bundan sonra yenidən söz-söhbətlər başlandı və Peyğəmbərin (s) bu əməlini zəiflik kimi göstərməyə çalışdılar. "İndi nə üçün Peyğəmbər öz qibləsindən üz çevirdi?” kimi sualla insanların qəlbində şübhə oyatmağa cəhd etdilər.  Onlar iddia edirdilər ki, Peyğəmbərin yolu sabit deyil. Lakin Bəqərə surəsinin 142-ci ayəsi nazil olaraq bu şübhələrə cavab verdi:

"Ağılsız adamlar deyəcəklər: "(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər””.

- Bu tarixi mühüm hadisədə ilahi hikmət nədədir?

- Bu hadisənin hikməti ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bunlardan ən tutarlısı bundan ibarətdir ki, Allah əslində müsəlmanları Allahın əmirləri qarşısında itaət edənlərlə şübhəyə düşənlər arasında fərqin bilinməsi üçün  imtahan edirdi. Bəziləri dərhal şübhəyə düşdülər və Peyğəmbərin hər gün bir söz dediyini iddia etdilər. Lakin Allaha tam təslim olan səhabələr Allahın bu əmri qarşısında da müti oldular. Çünki, namaz vaxtı insanın hər hansı bir tərəfə üz tutması simvolik xarakter daşıyır. Əslində, Şərq də, Qərb də Allahındır. Qurani-Kərimdə də bu məsələ qeyd olunub. Əslində, istiqaməti dəyişmək iman imtahanı idi və müsəlmanların bir qismi imtahandan çıxa bilmədilər. İmanda möhkəm olanlar isə heç bir tərəddüd etmədən Allahın əmrinə tabe oldular.


Şərhlər:
Baxılıb: 1096
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz