Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şeytan insanları qorxaqlığa yönəldir
Şeytan insanları qorxaqlığa yönəldir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 804
Səs ver:
İnkara qarşı fikri mücadilə aparmaq, insanlara yaxşılığı, gözəlliyi əmr etmək, pislikdən çəkindirmək, axirət əzabıyla xəbərdar etmək Allahın əmridir. Bu mövzuda zəiflik göstərmək, Allahın əmr və tövsiyələrini, gözəl əxlaqı insanlara bildirməkdə lazımi qədər cəsur davranmamaq, "onsuz da bu işləri görənlər var” deyə bu ibadəti başqalarına saxlamaq, hadisələri kənardan izləmək Allahın bəyənmədiyi və möminlərə qadağan etdiyi pis hərəkətlərdir.

Çətinliklə qarşılaşdığı, insanların qınağına məruz qaldığı zaman müminin şövqü və qərarlılığı daha da artır. Çünki bu, onun doğru yolda olduğuna işarədir. Allah keçmişdə yaşayan insanların başlarına gələn çətinliklərin səmimi qullarının da başına gələcəyini, onları da bu şəkildə yoxlayacağını vəd etmişdir. Bu da unudulmamalıdır ki, pis əxlaqlı insanlar özləri kimi olanları əsla qınamır, onlara təzyiq etmirlər. Çünki bu cür insanları pis əxlaq göstərməkdə müttəfiq olaraq görürlər. İnkarçılar sadəcə haqq yolda olan, Quran əxlaqını yaşayan, insanları Allahın yoluna, rizasını qazanmağa dəvət edən insanlara təzyiq edirlər. İnkarçılar bir nəfərə qarşı bu cür təzyiq edirlərsə, bu, o insanın haqq yolda olduğunu göstərir.

İnsanların çoxu pislərin diqqətini öz üzərinə çəkməkdən çəkinir. Doğru bildiyi yolda mübariz olmağa cəsarət etmir. Allahdan qorxan, ömrünü Allahın rizasını qazanmağa həsr edən və məsuliyyət daşımaqdan çəkinməyən möminlər bu mövzuda vicdanlı davranırlar. İnkarçıların böhtanlarına və təzyiqlərinə məruz qalacaqlarını bildikləri halda Allahın varlığını, birliyini və Onun əmr etdiyi əxlaqı insanlara çatdırır, şövq və qərarlılıqla fikri mübarizələrinə davam edirlər.

Tarix boyu inkarçılara qarşı çıxan bütün möminlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri gözəl əxlaqı insanlar arasında yaymaq üçün üzərlərinə böyük məsuliyyət götürmələri və cəsarətlə bu məsuliyyəti yerinə yetirmələri olmuşdur. Təhdid olunmaqlarına baxmayaraq qərarlılıqla gözəl əxlaqı təbliğ edən möminlər inkarçıları çox heyrətləndirirlər. Peyğəmbərləri və onları izləyən möminləri bu qədər qərarlı, cəsur edən isə Allaha və axirətə olan imanlarıdır. Allahın hər an onları gördüyündən, axirətin varlığından və axirətdə dünyada etdiklərinə görə sorğu-sual olunacaqlarından əmindirlər.

Möminlərin bu cəsarətini anlamaq üçün ilk növbədə Quranı və Quran əxlaqını anlamaq lazımdır. İnsan Allah qorxusuna sahib olmalı, Allahın ayələrini qavramalı, Allahın insanları təşviq etdiyi mövzuların əhəmiyyətini başa düşməlidir. Təbii ki, insan zalımların, pislərin ittifaqını kənardan izləməklə təbliğ vəzifəsini yerinə yetirmiş sayılmaz. Ancaq insanların çoxunun Allahın əmr etdiyi yolda olmadığı düşünülsə, bu cəhdin cəsarət tələb etdiyi də aydın olar. Çünki pis insanların işinə mane olmaq onları narahat edəcək, əks reaksiylarına səbəb olacaq. Bu halda təzyiq etmək, tələ qurmaq, böhtan atıb qaralamağa çalışmaq, hətta fiziki təzyiqə də cəhd edə bilərlər. Allah yolunda cəsarət göstərənlərin digərlərindən fərqi də məhz bu zaman ortaya çıxır.

İnsanların çoxu dostlarının və yaxınlarının qınağından çəkinərək tək qalmamaq üçün pis əxlaqın yaşanmasına göz yumur. Xəbərdar edib çəkindirmək vəzifəsini yerinə yetirmir. Çoxları vicdanən doğru olanı bildiyinə baxmayaraq, Quran əxlaqı yaşanmayan cəmiyyətdə hakim olan zalım sistemə göz yumur. Şahid olduğu zülmün yaşanmamasını və yer üzündən silinməsini istəyir, amma buna qarşı fikri mücadilə aparmaq üçün cəsarəti yoxdur. Cəsarət olmasa şövq və qərarlılıq da olmaz. Şövq və qərarlılığın olmadığı yerdə isə insan qarşılaşdığı pislikləri əngəlləmək üçün düşünməz, yol axtarmaz, çarə tapmaz. Unudulmamalıdır ki, sadəcə zülmdən narahat olmaq, pisliklərə baxıb təəssüflənmək zülmün yer üzündən silinməsinə kifayət deyil. Bunun üçün səmimi cəhd, istək, şövq lazımdır. Bunları yaşamaq üçün isə cəsarət lazımdır.

Əgər heç kim cəsarət göstərib önə çıxmasa yer üzündə nizamsızlıq və qarışıqlıq baş alıb gedəcək, dünyada yaşamaq imkansız olacaq. Bu cəsarəti göstərməyən, Allahın dinini izah etməkdə ağır davranan, Quran əxlaqını təbliğ etməyənlər isə ayələrdə bildirildiyi kimi ziyan içindədir:

And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa. (Əsr surəsi, 1-3)


Şərhlər:
Baxılıb: 804
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz