Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir ürəkdə iki sevgi olmaz
Bir ürəkdə iki sevgi olmaz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2251
Səs ver:
http://imgs.su/tmp/1319523645-656.jpg

Bir ürəkdə iki sevgi yəni həm dünyanın, həm də axirətin sevgisi birlikdə ola bilməz.
Xaliq yəni yaradan ilə məxluqun yəni yaradılanın sevgisi bir yerdə ola bilməz.
Bir-birinə zidd olan iki şeyin bir yerdə, bir ürəkdə olması mümkün deyil.
Allahu təala dünyanı deyil, dünyanın sevgisini pisləməkdədir...
Bir gün Peyğəmbərimiz (s.ə.v) bir yerə gedirdi. Yolda gedərkən, özbaşına ölmüş və iylənmiş bir qoyun gördü. Hər kəs burnunu tıxayarkən, Peyğəmbərimiz qoyunun başına gəldi və orada olan insanlara xitab olaraq;

- İçinizdə bu qoyunu sevən varmı, deyə soruşdu. Oradakılar;

- Əgər sevilsəydi, onsuz da sahibi buraxmazdı, cavabını verəndə, Rəsulullah;

- Allahu təalaya and içərəm ki, Allahın yanında dünya söhbəti, dünya sevgisi, bu qoyuna olan söhbətdən daha pisdir,-buyurdu.

Ölmüş, leş olmuş bir qoyun, heç kim tərəfindən sevilməz. Allahu təala da, dünyanı, bu leş olmuş qoyun kimi sevmir. İnsanlar isə, bu dünyanın arxasından qaçır. Əgər Allahu təala dünyanı bu qoyun qədər sevsəydi, özünə üsyan edən, iman etməyən qullarına bir qurtum su verməzdi. Hədisi şərifdə; (Dünyalıq olan şeylərin Allahın yanında ağcaqanad qanadı qədər qiyməti olsaydı, kafirə bir qurtum su verməzdi) buyuruldu.

Allahu təala, ona üsyan edənlərə, çox mal verirsə, bu hal, cənabı Haqqın dünyaya qiymət vermədiyi üçündür. Peyğəmbərimiz; (Dünya sevgisi artdıqca, axirətə olan zərəri də artar. Axirət sevgisi artdıqca, dünyanın ona zərəri azalar) buyurur.

Bu din çox mühüm bir məqsəd üçün gəlmişdir. İki zidd şeyin bir yerdə olması qeyri-mümkündür. Yəni həm işıqlıq, həm qaranlıq bir yerdə ola bilmədiyi kimi, iki zidd şey də, bir yerdə ola bilməz. Axirətdə bir Cənnət və bir də Cəhənnəm var. Dünyada da insanların ürəyində ya Allah sevgisi və ya bunun ziddi var.

Allahu təala dünyanı deyil, dünyanın sevgisini pisləyir. Allah sevgisinin yanına dünya sevgisini qoysaq, iki zidd şey bir yerdə ola bilməz. Bu səbəbdən insanlar, axirətdə sevdikləriylə birlikdə olacaqlar. Peyğəmbər imiz buyurur ki:
Dünyalıq olan şeylər, məlundur. Allah üçün olan şeylər, Allahu təalanın razı olduğu şeylər, məl’un deyil.

Bir insanın ürəyində Allah sevgisi varsa, bu insanın əldə etdiyi dünya malı, ona zərər verməz. Dünyanın özü deyil, sevgisi pislənilmişdir. Vaxtilə din böyüklərindən bir mübarək şəxs, tələbələrinə söhbət edərkən, birdən dayanmış, bir müddət səssiz qalmışdır. Daha sonra;

- Qüsuruma baxmayın, bu qabaqda dayanan yoldaşınız yuxuya getdi. Yuxusunda da Peyğəmbərimizi gördü. O yoldaşınız, Rəsulullahı dinləyərkən oyandırmaq istəmədim, onun üçün susdum, buyurmuş və daha sonra da dünya söhbəti, dünya sevgisi pisdir deyə izah etməyə davam edir. Söhbətdə olanlardan biri, icazə alaraq;

- Müəllim, siz həmişə dünya sevgisi belə pis, dünya sevgisi belə pis deyə izah edirsiniz amma, sizin də bir çox malınız, mülkünüz var, bu necə olur, deyir. O mübarək şəxs, cavab olaraq;

- Övladım, Rəbbimiz dünyanı, dünya malını deyil, dünya sevgisini pisləyir. Əgər o dünya sevgisi ürəyimdə olsaydı, siz məni sevə bilərdinizmi, dinləyə bilərdinizmi? Yatan bu yoldaşınızın yuxusunda gördüklərini görə bilərdimmi, buyurur...

Dünyanı sevən, xatırlayan ürək, xəstədir. Ürəyin təmiz olması, dünya deyilən şeyləri sevməkdən, xatırlamaqdan xilas olmaq deməkdir. Ürək xəstəliyinin dərmanı, İslamın əmrlərini etmək, qadağan etdiklərindən çəkinmək və Allahı çox zikr etmək, hər işdə xatırlamaqdır. Məhəmməd Masum həzrətlərinin buyurduğu kimi:
“Məhəbbət, sevgilinin dostlarını sevməyi, düşmənlərinə düşmənlik etməyi lazım olar. Dostun dostları gözəl, düşmənləri çirkin görünər. Sevirəm deyən, sevgilisinin düşmənlərindən kəsilmədikcə sözünün əri sayılmaz. Buna münafiq, yəni yalançı deyilir.


Şərhlər:
Baxılıb: 2251
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz