Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslam dininin cavabları
İslam dininin cavabları
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1367
Səs ver:
Xalların mənası varmı?
Bəzi mistik təlimlərdə bunun müəyyən məna daşıdığı, hətta bu cür xalı olan adamın Allahın seçilmiş bəndəsi olduğu bildirilsə də, bunların İslama aidiyyəti yoxdur. Ümumiyyətlə, insandakı hər hansı fiziki nişanə və əlamətin müəyyən mənalara yozulması İslam dininə ziddir. Burada yalnız bəzi məsum şəxslər istisna ola bilər. 

Məsələn, tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) kürəyində xüsusi əlamət, yəni xal var imiş. Bunu peyğəmbərlik möhrü də adlandırırlar. Yəni o həzrət "xatəmül-ənbiya” (peyğəmbərlərin möhrü) idi, peyğəmbərlərin siyahısı Onun adı ilə tamamlanmış və möhürlənmişdi. Sanki bunun təsdiqi olaraq, kürəyində də möhür nişanəsi var imiş. O həzrətlə müasir olan bəzi şəxslər sonuncu peyğəmbərin bədənində xüsusi əlamət olacağı barədə keçmiş dini kitablarda oxumuş, bu əlaməti görəndən sonra o həzrətin peyğəmbərliyini qəbul etmişdilər.
Fala baxmaq olarmı?
Pul qazanmaq niyyəti olmadan, ailə üzvlərinin xahişi ilə kartla fala baxmaq olarmı?
Fala baxmaq hər hansı şəkildə baş verərsə, haramdır və günahdır. Bunu istər fal oxları ilə etsinlər, istər kartla, istər kasa ilə, istərsə də hər hansı kitabla – fərqi yoxdur.

Karta gəldikdə, ümumiyyətlə, ondan hər hansı şəkildə istifadə etmək günahdır. Çünki kart konkret olaraq günah aləti sayılır. Onunla ya qumar oynayır, ya da fala baxırlar. Günahın kimdən ötrü edilməsinin isə fərqi yoxdur. Ailə üzvləri üçün, təmənnasız olsa belə, kartla fala baxmaq haram işdir.
İtlərin toxunduğu əşyaları necə təmizləyək?
İtin ağzı dəyən hər şey murdar sayılır və pak olunmalıdır. İtin yemək yediyi, su içdiyi qabı pak etmək üçün əvvəlcə təmiz torpaqla sürtür, torpağı boşaldıb iki dəfə su ilə yuyurlar. 

İtin tüpürcəyi tökülən qabı da yumazdan əvvəl torpaqla sürtmək, bundan sonra üç dəfə su ilə yumaq lazımdır. İtin bədəninin və ya ağzının rütubətli halda toxunduğu parçanı (paltar və s.) pak etmək üçün əvvəlcə suyun altında sabunla yuyub murdarlığı aradan aparırlar. Sonra onu sıxıb daha bir dəfə suya çəkmək və yenə sıxıb suyunu almaq lazımdır. Dovşanları yemək olarmı?
Bu məsələdə İslam məzhəblərinin görüşü fərqlidir. Əhli-sünnə məzhəbində dovşan ətini yemək icazəlidir. Bu barədə sünni mənbələrində Peyğəmbərə istinad edilən hədis və davranışlar mövcuddur. Bu hədislərin əksəriyyətində səhabələr Peyğəmbərin dovşan ətini yediyini söyləməsələr də, hər halda onu qadağan etmədiyini də bildirmişlər. 

Amma şiə məzhəbinə görə, cütdırnaqlı olmayan, yəni tək dırnağı və ya pəncəsi (barmaqları) olan heyvanları yemək haramdır (yalnız at, qatır, ulaq əti məkruhdur). Dovşan da pəncəli heyvan olaraq haram hökmündədir. 

Şiə mənbələrində ("Vəsailüş-şiə” və s.) dovşan ətinin haram olduğu barədə hədislər mövcuddur. Bəzi şiə hədislərində imamların dovşan ətini məkruh bilmələri, yaxud leş və donuz əti kimi qəti haram bilməmələri barədə hədislər olsa da, tədqiqatçılar bu hədislərin təqiyyə və başqa səbəblər üzündən buyurulduğunu qeyd ediblər. 

Dovşan ətini haram bilən hədislərin çoxunda onun məsx olunmuş (yəni bir vaxtlar insan olub, sonra Allahın lənəti ilə heyvana dönmüş) canlılardan olduğu vurğulanır.

Bundan sonra o parça pak sayılar. 
 
 
 
 
 


Şərhlər:
Baxılıb: 1367
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz