Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yolumuz islam yoludu.Hz Muhəmməd (s.s.ə)
Yolumuz islam yoludu.Hz Muhəmməd (s.s.ə)
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1702
Səs ver:
 
Hər kim ruzini halal yoxsa haram yoldan qazandığının fərqinə varmasa, Allah da qiyamətdə onu cəhənnəmin hansı qapısından içəri atmağın fərqində olmaz”.

"Kim Qiyamətə üç xüsusiyyətlə gəlməsə, ziyan çəkmişlərdən olar: insanı Allahın haramlarından çəkindirən vərə və təqva, insanı səfehlərin cəhalətindən uzaq tutan helm, bir də insana camaatla yola getməkdə kömək edən gözəl xasiyyət”.

Allah-təala buyurur: "Hansı bəndəm mənim iradəmi öz istəyindən üstün tutsa, onu ehtiyacsız edərəm, fikrini axirətə doğru yönəldərəm, göylər və yerlər ona ruzi yetirməyi öhdəyə alar, kasıblığı ondan uzaqlaşdıraram. Mən onunla hər bir tacirdən daha yaxşı ticarət edərəm” (yəni onunla son dərəcə ədalətli və rəhmli davranaram, savab əməllərinin əvəzini artıqlaması ilə verərəm, səhvlərini bağışlayaram).

Hz Muhəmməd (s.s.ə)

Peygəmbər Əbuzərə soruşur :"İstəyirsənmi sənə bəzi biliklər öyrədim ki, onlara görə Allah sənə fayda versin?” Əbuzər cavab verdi: "İstəyirəm, ey Allahın rəsulu!” O həzrət buyurdu: "Allahı yad et (xatırla, unutma) ki, O da səni yad etsin. Allahı sanki öz qarşında görürmüş kimi hiss et və yaddan çıxarma. Sən rahatlıq halında Allahı düşün ki, çətinlik halında da O səni düşünsün. Ehtiyacın olanda Allaha üz tut, yardım istəyəndə Allahdan istə. Qiyamətə kimi baş verəcək hər şeyi qələm yazıb (yəni hər şey Allahın qəzavü qədərinə uyğundur və lövhi-məhfuzda qeyd edilib). Əgər Allahın qədərində yazılmamışsa, bütün insanlar birləşib sənə yaxşılıq etmək istəsələr də edə bilməzlər. Əgər Allahın qədərində yazılmamışsa, bütün insanlar birləşib sənə pislik etmək istəsələr də edə bilməzlər. Riza (razılıq və Allaha təslimiyyət) və yəqin içində Allah yolunda hansısa bir əməli etməyə gücün çatırsa, o əməli mütləq et. Əgər buna gücün çatmırsa, bil ki, xoşlamadığın hallara dözüb səbr etməkdə çoxlu xeyir var. Qələbə səbrlədir. Xilas dərd-qəmlə yanaşıdır. Hər çətinliyin sonunda asanlıq var”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 


Şərhlər:
Baxılıb: 1702
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz