Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dini elmi sözlər
Dini elmi sözlər
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1981
Səs ver:
 
Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!) Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir!

(Əhzab, 41-43)

İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur:

"Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək peyğəmbərlərin yolu və yaxşı iş görənlərin üslubudur. Bu elə bir böyük vacib əməldir ki, digər vacib əməllər onun vasitəsilə həyata keçər, yollar əmin-aman, gəlirlər halal olar, zorla alınmış haqq və mallar sahiblərinə qaytarılar, yer üzü abadlaşar, düşmənlərdən intiqam alınar və işlər sahmana düşər.”

(Kafi, c.5, s, 56)

Namazın qiyam hissəsində necə durmaq lazımdır? Əllər, ayaqlar, bədən hansı şəkildə olmalıdır?

Qiyam halında durarkən bədənin müvazinətini qorumaq, o tərəf-bu tərəfə əyilməmək, hərəkət etməmək, söykənməmək lazımdır. Həmçinin, müstəhəbdir ki, adam hər iki ayaq üzərinə eyni yük salsın, yəni bir ayağa təkyə etməsin, Allahın qarşısında təvazökarlıq və xüşu ilə dursun, əllərin barmaqlarını birləşdirib yanına salsın və budlara birləşdirsin (bu, şiə məzhəbinə aiddir, sünnilər əllərini qarınları və ya sinələri üstə çarpazlayırlar), ayaq barmaqlarının ucu qibləyə sarı olmaqla pəncələr arasında üç barmaq eni qədərindən bir qarışa kimi fasilə saxlasın (bu, kişilərə aiddir, qadınlar pəncələri birləşdirsələr daha yaxşı olar), əlləri və barmaqları oynatmasın, səcdə yerinə baxsın.

Quranda buyurulur ki, Allah dünyanı 6 günə yaratdı. Məgər Allah bircə an içində hər şeyi yaratmağa qadir deyilmi?

Əlbəttə, Allah-təala sonsuz qüdrət sahibidir, Onun üçün qeyri-mümkün heç nə yoxdur. Əgər Allah istəsəydi, dünyanı bircə anda da yarada bilərdi. Axı, Allah bircə "Ol!” əmri ilə yaratmağa qadirdir. Lakin Allahın iradə və hikmətinə əsasən, dünya 6 günə yarandı. Əvvəla, qeyd edək ki, bu günlər heç də bizim anladığımız gün mənasında deyil. Bunların hərəsi bir mərhələni ifadə edir və bu mərhələlərin hər biri milyon illəri əhatə edə bilər. Dünyanın birbaşa yox, tədricən yaradılmasının səbəblərindən biri bu ola bilər ki, Allah öz hərəkətləri ilə bizə tələsməməyi, səbrlə davranmağı, hər işi mərhələlər üzrə görməyi tövsiyə edir.

İkinci səbəb yaradılış aləminin öz xüsusiyyətlərindən irəli gələ bilər. Yəni maddi aləm məhdud xüsusiyyətlərə və məhdud imkanlara malikdir. Təbiətdə hər hansı hadisənin baş verməsi üçün bəzən uzun müddət və çoxşaxəli səbəb-nəticə əlaqələri tələb edilir. Təbiətdəki hadisələr adətən birbaşa əmələ gəlmir. Əgər birbaşa, qəfil əmələ gəlsə, bu qeyri-təbii olar və möcüzə sayılar. Bəlkə də elə buna görə maddi dünya öz məhdud xüsusiyyətlərinə görə tədricən və mərhələlər üzrə yaranıb.

İmam Sadiq (ə):«Mömin möminin qardaşı, onun gözü və bələdçisidir. Ona xəyanət və zülm etməz, aldatmaz və ona əməl etməyəcəyi və’di verməz.»

əl-Kafi, c.2, səh.166, hədis 3

Yasin surəsini və ya bütün Quranı oxuyandan sonra bir neçə adamın ruhu üçün tapşırmaq olarmı? Yoxsa yalnız bir nəfər üçün tapşırılmalıdır?

Quranı, Yasini və ya hər hansı duanı yalnız bir nəfər mərhumun ruhuna da hədiyyə etmək olar, çoxlu mərhumların da. Bunu Quranı oxumağa başlamazdan əvvəl niyyət etmək lazımdır. Adətən, Quran və Yasin oxuyandan sonra axırda tapşırma duası adlı dua oxuyurlar. Ərəbcə oxunan bu duada Quranın bir nəfərin yoxsa çox adamın, qadının yoxsa kişinin ruhuna hədiyyə edildiyi fərqli ifadələrlə söylənilir.


Şərhlər:
Baxılıb: 1981
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz