Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Duamı yoxsa küfürmü ?
Duamı yoxsa küfürmü ?
Göndərən: MALIS
Şərhlər:
Baxılıb: 459
Səs ver:
Həzrəti Musa bir gün bir başına dağları dolanarkən, uzaqdan yoxsul və tək bir çoban görmüş.Çoban dizi üstə çökmüş, əllərini səmaya açıb dua etməkdəymiş. Bu vəziyyət Musanın çox xoşuna gəlmiş, amma yaxınlaşıb çobanın duasını eşidincə çaşmış.
«Qurban olduğum Allahım. Səni nə qədər sevərəm, bir bilsən.Nə istəsən edərəm, yetər ki Sən istə. Sürüdəki ən yağlı qoyunu kəs desən, gözümü qırpmadan kəsərəm Sənin üçün. Qoyun qovurması gözəldir Allahım, quyruq yağını da götürər plovuna qatarsan, dadından doyulmaz olar.» 

Musa duaya qulaq asarkən çobana yaxınlaşmış.

«Yetər ki Sən dilə, ayaqlarını yuyaram… Qulaqlarını təmizləyər, bitlərini ayırd edərəm. Nə qədər çox sevərəm mən Səni. Sənə çox pərəstişkaram!»
Eşitdikləri qarşısında Musa hirsdən qızarmış. Qışqıraraq kəsmiş çobanın duasını: «Sus, səni cahil adam!

Nə etdiyini sanarsan. Allah heç plov yeyərmi? Allahın ayaqları varmı ki, yuyasan? Belə duamı olarmış?! Külliyyən günaha girirsən. Dərhal tövbə et!»
Çoban, Musadan danlağı eşidincə qulaqlarına qədər qızarmış, utancından yerin dibinə girmiş. Üzr üstünə üzr istəmiş, bir daha belə özbaşına dua etməyəcəyinə andlar içmiş. O gün axşama qədər Musa çobanın yanında

dayanıb ona əsas duaları əzbərlətmiş. Sonra «Allah məndən razı olar, yaxşı bir iş etdim»- deyə düşünüb yoluna davam etmiş.

Amma o gecə bir səs eşitmiş. Səslənən Rəbb imiş.

«Ey, Musa, sən bu gün nə etdin? Sən ayırmağamı gəldin görüşdürməyəmi? Bu qəribə çobanı danladın. Onun Mənə nə

qədər yaxın olduğunu anlaya bilmədin. Ağızından çıxan sözü bilməsə də, o çoban inancında səmimi idi. Ürəyi təmiz, niyyəti xalis idi.Biz sözlərə baxmarıq, niyyətə baxarıq. Sözlərə baxacaq olsaq yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq.Ona bal olan sənə zəhərdir.Sən eşitdiklərini inkar və küfr saydın, amma çobanın bir qəbahəti varsa belə, nə şirin qəbahətdir onunki.»

Musa səhvini anlamış, sabahısı gün günəş doğular doğulmaz, çobanı görmək üçün təkrar dağa çıxmış. Çoban yenə duaya

dayanmışmış. Amma dünənki həyəcanından, səmimiyyətindən əsər yoxmuş artıq. Öyrədildiyi kimi yalvarmağa səy göstərdiyindən, aman bir səhv söz etməyim deyə çaşır, kəkələyir, tərləyirmiş. Musa, çobana etdiyindən peşman olub kürəyini oxşamış və demiş ki:

«Ey dost, mən səhv etdim, nə olar bağışla. Bildiyin kimi dua et.Allahın nəzərində beləsi daha qiymətlidir.»

Çoban, Musadan bunları eşidincə heyrətə düşmüş, amma bir o qədər də rahatlamış. Belə ki, o artıq bir üst mərtəbəyə vasil olduğundan, günahsız inkarına, şirin günahına dönməyib, Musanın öyrətdiyi əzbərçilikdə də qalmayıb, bütün bunların kənarına keçmiş. Rəbbinə yaxın xoşbəxt məsud, mübarək bir həyat sürmüş.

«Buna görə, birinin ağızından bal kimi tökülən söz, bir başqasının qulağına zəhər kimi gələ bilər» dedi Şəms. «Halbuki Allah sözə deyil, niyyətə baxar. Ədəb bilənlər başqadır. Dərdli aşiqlərin şəriəti bütün dinlərdən ayrıdır. Biz məzhəb, din və ya dil ayrı-seçkiliyi bilmərik.Başqasının ağızından çıxan sözə „günah" demərik.
Çünki ürəkləri Allah bilər, biz bilmərik. Ona görə günahkarları rədd etməz, incitmərik. Bizim tək məzhəbimiz var. O da Allah.


 



Şərhlər:
Baxılıb: 459
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz