Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsil tövbəkar kimdir?
Əsil tövbəkar kimdir?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 806
Səs ver:
Dini kitablarda Allah tərəfindən qəbul edilən və yüksək dəyərləndirilən tövbənin xüsusiyyətləri barədə çoxlu hədis və rəvayətlərə rast gəlirik. Tövbənin ən yüksək və səmimi mərtəbəsinə "tövbeyi-nəsuh” deyirlər.

Bu həmin tövbədir ki, Qurani-kərimdə onun barəsində buyurulur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (nəsuh) tövbə edin!” (Təhrim, 8).

Bəzi alimlərin fikrincə, ən yaxşı tövbənin 4 şərti var: etdiyin günah üçün ürəkdən peşman olmaq, dillə tövbə-istiğfar etmək, həmin günahdan çəkinmək və bir daha o günaha sarı qayıtmamağı qəsd etmək. Səmimi tövbənin 3 xüsusiyyəti olduğunu deyənlər də var: Allah tərəfindən qəbul olunmaması üçün qorxmaq, qəbul olunacağına ümid etmək və Allaha itaəti davam etdirmək. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Tövbeyi-nəsuh elə bir tövbədir ki, onu edənin batini ilə zahiri eynidir, hətta batini zahirindən daha üstündür”.

Əsil tövbənin necəliyi haqqında aşağıdakı iki hədis xüsusi əhəmiyyət daşıyır.

Bir gün Həzrət Muhəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: "Bilirsinizmi, əsil tövbəkar kimdir?” Cavab verdilər: "Allaha and olsun ki, xeyr, bilmirik”. Peyğəmbər buyurdu:

"Bəndə tövbə edirsə, amma ondan şikayəti olanları (yəni, haqqını qəsb etdiyi adamları) razı salmırsa (onlardan halallıq almırsa), tövbəkar sayılmaz. Hər kim tövbə etsə, amma oturub-durduğu məclisləri və yediyi (haram) yeməkləri dəyişdirməsə, tövbəkar deyil. Hər kim tövbə etsə, amma (günahda ona şəriklik edən) dostlarını dəyişdirməsə, əsil tövbəkar deyil. Hər kim tövbə etsə, amma ibadətini çoxaltmasa (yəni ibadətinin sayını və keyfiyyətini artırmasa), tövbə etmiş sayılmaz. Hər kim tövbə etsə, amma (ona fəxr gətirən) libasını dəyişdirməsə, tövbəkar deyil. Hər kim tövbə etsə, amma yatağını dəyişdirməsə (yəni, naz-nemətli, rahat yataqdan uzaq olmasa və ya əxlaqsızlığa son qoymasa), əsil tövbə edənlərdən deyil. Hər kim tövbə etsə, amma qəlbi (imana, təqvaya və ibadətə sarı) açılmasa, səxavəti artmasa, əsil tövbəkar olmaz. Hər kim tövbə etsə, amma (bu dünyaya aid olan) arzu-xəyallarını azaltmasa və dilini (yalan, qeybət və söyüşdən) qorumasa, əsil tövbəkarlardan sayılmaz. Hər kim tövbə etsə, amma yeməyindən qalanı başqasına verməsə, tövbə etmiş olmaz. Hər kim bu xüsusiyyətlər üzrə istiqamət götürsə (bunlara nail olsa), əsil tövbəkar odur”.

Başqa bir rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Tövbə edən hansı şəxsdə bu təsirlər duyulmasa, əsil tövbəkarlardan sayılmaz: ondan narazı və şikayətçi olanları razı salsın, namazlarını artırsın, xalq içində təvazö ilə davransın, nəfsini şəhvətlərdən uzaq tutsun, gündüzlər oruc tutmaqdan boynu incəlsin, gecələr namaz qılmaqdan rəngi saralsın, yeməyin azlığından qarnı arıqlasın, cəhənnəmin xovfundan beli əyilsin, cənnətin şövqündən sümükləri ərisin, ölüm mələyinin qorxusundan qəlbi yumşalsın, əcəl barədə düşünməkdən bədəndə dərisi qurusun. Bunlar tövbənin təsirləridir. Əgər bu nişanələrə malik olan bir bəndə görsəniz, bilin ki, tövbeyi-nəsuh edən əsil tövbəkar odur”.(Biharül-ənvar, VI, 35-36)


Şərhlər:
Baxılıb: 806
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz