Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərin ən dəyərli tövsiyələri
Peyğəmbərin ən dəyərli tövsiyələri
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 4206
Səs ver:
Həzrət Mühəmməd Peyğəmbərin (s) öz sadiq səhabəsi Əbuzər Gifari ilə bu söhbəti bir çox dini mənbələrdə, o cümlədən, Təbrisinin "Məkarimül-əxlaq” kitabında qeyd edilib. Gözəl əxlaqi məqamlarla zəngin olan bu söhbəti ixtisarla diqqətinizə təqdim edirik:

Əbuzər soruşdu: "Ey Allahın elçisi! Hansı əməl Allah yanında daha bəyəniləndir?” Peyğəmbər cavab verdi: "Allaha iman bəsləmək, daha sonra Onun yolunda cihad etmək”.

Əbuzər: "İmanı ən kamil olan mömin hansıdır?” Peyğəmbər: "Əxlaqı ən yaxşı olan mömin”.

Əbuzər: "Möminlərin ən üstünü hansıdır?” Peyğəmbər: "O mömin ki, müsəlmanlar onun dilindən və əlindən amandadırlar (yəni ətrafındakı insanlara dili və əli ilə ziyan yetirmir)”.

Əbuzər: "Ən üstün hicrət hansıdır?” Peyğəmbər: "Pisliklərdən edilən hicrət (yəni pis əməllərdən və niyyətlərdən kənar olmaq)”.

Əbuzər: "Gecələrin ən yaxşısı hansıdır?” Peyğəmbər: "Bu gecənin qalanı”. (Yəni bu gecə xeyir əməllər və ibadətlər etmək, savab qazanmaq üçün bir fürsətdir. Sabah belə bir fürsətin mümkün olacağına zəmanət yoxdur).

Əbuzər soruşdu: "Namazların ən yaxşısı hansıdır?” Peyğəmbər cavab verdi: "Ən uzun qünutla qılınan namaz”.

Əbuzər: "Ən üstün oruc hansıdır?” Peyğəmbər: "Sənə fərz (vacib) olan oruc; çünki Allahın buna görə verəcəyi savab da çoxdur”.

Əbuzər: "Sədəqələrin ən yaxşısı hansıdır?” Peyğəmbər: "İmkanları az olan bir adamın gizlində fəqirə verdiyi sədəqə”.

Əbuzər: "Zəkatların ən üstünü hansıdır?” Peyğəmbər: "Ən qiymətli və üstün sayılan maldan verilən zəkat”.

Əbuzər: "Allahın Sənə nazil etdiyi ayələrin ən üstünü hansıdır?” Peyğəmbər: "Ayətül-kürsi”.

Əbuzər xahiş etdi: "Ey Allahın elçisi! Mənə nəsihət ver”. Peyğəmbər buyurdu: "Sənə Allaha münasibətdə təqvalı olmağı tövsiyə edirəm, çünki təqva bütün əməllərin başıdır”.

Daha sonra Peyğəmbər Əbuzərə daha bir neçə məsləhət verdi. Hər dəfə Əbuzər: "Ey Allahın elçisi, buyurduqlarına yenə əlavə et” deyə xahiş edir və o həzrət yeni-yeni məsələlərə toxunurdu. Peyğəmbər buyurdu: "Sənə Quran oxumağı və Allahı zikr etməyi tövsiyə edirəm. Çünki Quran tilavəti səndən ötrü səmada zikrə, yerdə isə nura çevrilər. (Səmada zikr deyərkən, mələklər arasında adının xeyirə çəkilməsi nəzərdə tutulur). Sənə cihadı tövsiyə edirəm; bunun mənası ümmətimin zahidliyidir. Sənə xeyir danışmaqdan savayı bütün hallarda susmağı məsləhət görürəm; bu xasiyyət şeytanı səndən uzaqlaşdırar və dini məsələlərdə sənə yardımçı olar. Sənə çox gülməməyi tövsiyə edirəm. Çox gülmək qəlbi öldürər, üzün nurunu aparar. Özündən aşağıdakalara bax, özündən yuxarıda olanlara baxma. Belə etsən, Allahın nemətlərini kiçik saymazsan (nankorluq etməzsən). Qohumlar səninlə rabitəni kəssələr belə, sən onlarla mehriban ol. Miskinləri sev, onlarla oturub-dur. Acı da olsa, həmişə haqqı de. Allah yolunda xalqın məzəmmətindən qorxma. Öz eyblərini xatırla ki, başqalarında eyb axtarmaqdan əl çəkəsən”.


Şərhlər:
Baxılıb: 4206
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz