Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mövlud günü hansı əməlləri etmək müstəhəbdir?
Mövlud günü hansı əməlləri etmək müstəhəbdir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1942
Səs ver:
Hicri təqvimlə rəbiül-əvvəl ayının 17-si (miladi təqvimlə yanvarın 19-u) İslam Peyğəmbəri Həzrət Mühəmməd Mustafanın (s) və altıncı imam Həzrət Cəfər Sadiqin (ə) mövlid günüdür.

Bu gün İslam ənənəsinə görə ən böyük bayramlardan sayılır. Həmin günü şadlıq və təntənə ilə qeyd etmək, mövlud mərasimləri keçirmək, sevinmək və başqalarını da sevindirmək savabdır. Mövlud günündə öz müsəlman qardaşlarına, xüsusilə, qohumlara baş çəkmək, ehtiyacı olanları xatırlamaq, ehsanat etmək, sədəqə vermək, müqəddəs məkanların ziyarətinə getmək müstəhəb sayılır.

Mövlud günündə qüsl almaq müstəhəbdir. Həmin gün oruc tutmaq dini mənbələrdə hədsiz böyük savaba səbəb olan əməl kimi xatırlanır. Mövlud günündə oruc tutan adama Allah bir illik müstəhəb orucun savabını yazar.

Mövlud günündə qılınması müstəhəb olan namaz barədə də mənbələrdə məlumat verilib. Bu namaz səhər Günəş çıxarkən qılınır, iki rükətdən ibarətdir. Hər rükətində Fatihədən sonra 10 dəfə Qədr və 10 dəfə İxlas (Qül hüvəllah) surələri oxunur. Namazdan sonra oxunması müstəhəb bilinən, "Allahümmə əntə həyyün la təmut” (İlahi, Sən ölümün yol tapmadığı dirisən) ifadələri ilə başlayan uzun bir dua da var ki, onu Əllamə Məclisi "Zadül-məad” kitabında qeyd edib.

Mövlud günü Həzrət Mühəmməd Peyğəmbəri (s) ziyarət etmək də müstəhəbdir. Həmin gün Mədinədə olanlar o həzrətin məzarını ziyarət edirlər. Buna imkanı olmayanlar isə evdə ziyarətnaməni oxuya bilərlər. Həmçinin, həmin gün İmam Əli ibn Əbu Talibin (ə) xüsusi ziyarətnamələrindən birini də oxumaq savab bilinib. Bu ziyarətnaməni İmam Cəfər Sadiq (ə) öz səhabəsi Mühəmməd ibn Müslimə öyrətmişdi; onun mətni "Məfatihül-cinan” kitabında verilib.


Şərhlər:
Baxılıb: 1942
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz