Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda xədimləşməyə münasibət necədir?
İslamda xədimləşməyə münasibət necədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2635
Səs ver:
Sual: İslam dininə əsasən bir kişi özünü xədim edə yaxud etdirə bilər? Evlənməyə imkanı çatmayan adam belə etsə, günah olar? Bu barədə nə deyərdiniz?

Cavab: Allahın elçisi həzrəti Muhəmməd (s. a. v.) bu məsələ ilə əlaqədar olaraq belə demişdir:

"İslam dinində evlənməmək və özünü cinsi həyatdan təcrid etmək – ruhbanlıq-rahiblik yoxdur.

Hər ümmətin özünəməxsus bir ruhbanlığı var. Mənim ümmətimin (müsəlmanların) ruhbanlığı Allah yolunda cihad etməkdir.

Həyatı özünüzə çətin hala salmayın. Elə etməyin ki, sizə də çətinlik törədilməsin. Tarixi cəmiyyətlərdən biri olan xristianlar ruhbanlığa meyl etdilər. Həyatı özləri üçün çətinləşdirdilər. Beləcə, gün-güzəranları çətinləşdi. Budur, onların özlərindən çıxartdıqları (qondarma) ruhbanlığın qalıqları monastırlardadır. Allah onlarla əlaqədar olaraq belə deyir:

"Biz onlara ruhban olmağı (rahiblik) tapşırmadıq. Onlar bunu Allahın razılığını qazanmaq məqsədilə özləri uydurdular. Ancaq sonra ona layiqincə riayət etmədilər.” (Hədid, 57/27)

İslam dinində seksual aktivliyi aradan qaldırmağa cəhd etmək haramdır

Uca Allahın lənətlədiyi, bununla belə, insanları yoldan çıxardan işlər görməyinə icazə verdiyi şeytan o vaxt belə and içmişdi:

"Mən insanlara təlqin edəcəyəm, onlar da Allahın yaratdığı varlıqlardakı təbii quruluşu pozacaq, əsl məqsədindən uzaqlaşdıracaqlar.”

Quranın yuxarıda mənası verilən bu ayəsinə (Nisa, 4/119) əsasən insanın xilqət (yaradılış) nizamını bu və ya digər şəkildə pozub dəyişdirmək şeytan əməlidir və haramdır.

Bu ayə və peyğəmbərin onu izah edən qadağalarına əsasən İslam dini seksual qabiliyyətin insanın özü və ya başqa bir nəfər tərəfindən aradan qaldırılıb yox edilməsini, o cümlədən belə bir arzu və təşəbbüsü qəti surətdə qadağan edib. Şübhəsiz ki, buradakı əsas məqsəd insanın yaradılışla zidd düşməyi kimi bir ehtimalın və onun ilahi imtahana üsyan etməyinin qarşısını almaqdan ibarətdir.

Qeyd edək ki, seksual iqtidarı aradan qaldırmağın əsas yolu xədimləşmək və kimi isə xədim etməkdir.


Xədimləşmək

Xədimləşmək kişinin yumurtalarını çıxartmaq və ya onları burmaqla seksual iqtidarını və dölləmə (mayalandırma) qabiliyyətini aradan qaldırmaq deməkdir. Bu, insanın özünə qarşı etdiyi bir zülmdür. Halbuki insan özünə zülm tətbiq etməli deyil. Əksinə, özünə ədalətlə yanaşmalıdır. Çünki peyğəmbərimiz (əs): "Nəfsinin də sənin boynunda haqqı var”, – demişdir.

Məlumdur ki, İslam dini Allahın elçisi həzrəti Muhəmməd (əs) tərəfindən təbliğ edilirdi. O vaxt imkanı olmadığına görə evlənə bilməyən və günaha batmaqdan ehtiyat edən bəzi möminlər xədimləşmək barədə fikirləşirdilər. Ancaq onlar peyğəmbərin qəti qadağası ilə üzləşdilər. Aşağıdakı hədislər də xədimləşməyin İslam dinində qadağan olduğunu açıq-aydın göstərir:


Səid ibn As rəvayət edir ki, Osman ibn Mazun Allahın elçisindən belə bir şey xahiş etdi:

-Ya rəsulallah! Mən xədimləşmək istəyirəm. Buna icazə verirsinizmi?

Muhəmməd peyğəmbər (əs) cavab olaraq belə dedi:

-Allah qadınlardan uzaqlaşmağı (ruhbanlıq) bizim üçün evlilik və tətbiq edilməsi asan olan İslam şəriəti ilə dəyişdirdi. Əgər sən də bizim kimi İslama iman gətirənlərdənsənsə, bizim etdiyimiz kimi et (xədimləşməyə cəhd etmə, evlən)!”

Nəticə olaraq, İslama əsasən özünü və ya başqasını xədim etmək qəti surətdə qadağandır.


Materiallardan istifadə zamanı mənbə göstərilməlidir.


Şərhlər:
Baxılıb: 2635
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz