Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecə namazı
Gecə namazı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3996
Səs ver:
Gecə namazı İslamda çox bəyənilən və savabı olan namazdır. İşa namazından sonra sübh azanına kimi müddət ərzində qılına bilər.

Gecənin ikinci yarısında, xüsusilə, son üçdən-bir hissəsində qılınması daha yaxşıdır. Gecə namazı vacib deyil, müstəhəb namazdır. Gecə namazı yalnız Həzrət Mühəmməd Peyğəmbərə (s) vacib buyurulmuş, ona görə də heç zaman o həzrət tərəfindən tərk edilməmişdir. Allah-təala Quranda öz Peyğəmbərinə belə müraciət edir: "(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl" ("İsra", 79). Gecə namazı qılanların savabı barədə Qurani-kərimdə buyurulur: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər qorunub-saxlandığını heç kəs bilməz" ("Səcdə", 16-17).

Cəfəri məzhəbində gecə namazının ən üstün qılınma qaydası bu cürdür: Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Qünutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin zikrini söyləməyin savabı var.

8 rükəti bitirdikdən sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələri oxunur, amma qünut tutulmur.

Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri oxunur. Sonra qünut tutulur. Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rəbbi və ətubü ileyh"), 7 dəfə "haza məqamül-aizü bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Qünutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.

Vitr namazını bitirəndən sonra oxunması müstəhəb olan dualar var ki, müvafiq kitablardan onları öyrənmək olar.


Şərhlər:
Baxılıb: 3996
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz