Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bilmədiyimiz faktlar
Bilmədiyimiz faktlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 831
Səs ver:
Məhəbbətin son həddi eşq adlanır. Eşq elə bir psixoloji keyfiyyətdir ki, insanın bütün daxili istedadlarına müsbət təsir qoyur. İnsan eşq fenomeni ilə həyatının bütün sahələrini məşuquna bağlayır. Eşq insanın həyatının bütün dəyərlərini bəyan edə bilər.
ALLAH yolunun yolçusu da aşıqdır. Yəni ALLAHı tanımaq nəticəsində bu eşq və məhəbbət hasil olar. Ğəzzali bu fikirdədir ki, məhəbbət elm olmadan mümkün deyildir. İnsanın elmi hər nə qədər kamil olarsa, məhəbbəti də artar. (Tebyan)

İmam Əlinin (ə) nəzərincə eşqin növləri.

1. Mənasız eşq. Bu nəfsani istəklərə qulluq edən bir eşqdir. Bu cür eşq zamanı İmam Əlinin (ə) buyurduğu kimi insanın dərki, düşüncəsi və kamal istəyi aradan gedər. Onu xəstə edər və psixoloji problemlər yaradar.

2. Mənalı eşq. İnsanın kamala və xeyir işlərə çatmaq üçün hiss etdiyi şiddətli eşq və məhəbbətdir. Mərifət, dostluq kimi. Fəzilətli əxlaq kamalın cilvələrindəndir.

3. Mənalı eşqin ən üstünü. Ariflərin dilində bu eşq həqiqi eşqdir. Bu eşqdə tək məşuq ALLAHdır. Bu kamalın ali səviyyəsidir. Bu eşq zamanı insanın bütün beyin və psixoloji qüvvələri çiçəklənər.

"Nəhcul-bəlağə” və eşq.
"Nəhcul-bəlağə”də eşqin mənfi tərəfləri haqqında danışılır. Həzrət (ə) onun ağıl gözünü kor edən və ağıl qulağını kar edən və qəlbləri kor edən kimi tanıtmışdır. "Hər kim hansısa bir şeyi layiqsiz sevərsə, qəlbini xəstə etmişdir. Xəstə gözü ilə baxar, xəstə qulağı ilə eşidər. Nəfsin istəkləri ağlın pərdəsini deşər, dünyaya bağlılığı qəlbini öldürmüşdür. İxtiyarsız dünyanın vurğunu olmuşdur, onun qulu olmuşdur. Dünya hara dönsə, o, da ora dönər. Hər nə qədər xəbərdarlıq edilsə, yenə də ALLAHdan qorxmaz”.
Həzrətin (ə) bu sözlərindən görmək olur ki, o, yuxarıdakı xütbəsində eşqin birinci növündən bəhs etmişdir. Çünki eşqin üçüncü növü nə gözləri kor edər və nə də qulağı kar, o, qəlbin və ağlın çiçəklənməsinə səbəb olar.

Eşqin ali dərəcəsi.
Ağıllı insan o kəsdir ki, öz dəyərini başa düşür. Bu cür insan sual altında ola biləcək hər bir şeydən uzaqdır və ona diqqət etməz. Aşiq olmaq üçün də bu eşqə layiq birini tapmaq lazımdır. Dillərdə dastan olan eşq hekayələrinin axırı həmişə ya fəsadla, ya da ölümlə bitmişdir. Bunlar həqiqi eşq deyildir. Müvəqqəti həvəsdir ki, alovu qızışıb, ətrafındakıları və özünü külə döndərəndən sonra da sönür. Bəzən də nifrətə çevrilir.
Bəs kim ali eşqə layiqdir? Elə varlığa aşiq olmalısan ki, varlıq aləmində ondan alisi və ləyaqətlisini tapa bilməzsən. Bu elə varlıqdır ki, eşiq bitməz, sonsuzdur. Qalan məhəbbətlər də Ona görə və Ona xatirdir. Bu, İlahi eşqdir.

İki tərəfli eşq.

ALLAHa eşq bəsləmək birtərəfli olmaz. Əgər onu sevsən, əmin ol ki, ALLAH səni, səndən də çox istəyəcəkdir. Quranda da bu məsələyə işarə edilmişdir. Bütün eşqlərin qapısı ALLAHa olan sonsuz eşqlə açılar. O da bu eşqi ali formada bəndəsinə qaytarar.
Varlıq, eşq və məhəbbət.
Varlıq aləmində eşqin və məhəbbətin yeri əvəzsizdir. Bütün aləmi öz təsiri altına salmışdır. Ona görə də ALLAH İslam dinini məhəbbət üzərində qurmuşdur. Çünki ancaq məhəbbətlə qəlbləri fəth etmək olar. Necə ki, İmam Əli (ə) buyurur: "Bu İslam - ALLAHın dinidir. Özünün ən yaxşı xəlq olmuşlarını bu dinə aid etdi. Bünövrəsini dostluqla möhkəmləndirdi”.
ALLAH Təala bizlərə bu eşqdən daddırsın, inşəALLAH.



Şərhlər:
Baxılıb: 831
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz