Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy gecəsi bakirə olmayan arvadı boşamaq olar?
Toy gecəsi bakirə olmayan arvadı boşamaq olar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 17357
Səs ver:
Sual: Toy (zifaf) gecəsi arvadının qızlıq pərdəsinin olmadığını, yəni, onun bakirə olmadığını görən bir kişi buna əsaslanaraq kəbinin ləğv edilməsini tələb edə bilər?

Cavab: Xeyr, tələb edə bilməz.


Bu məsələdə bir qadın üçün qüsur və nöqsan hesab edilən şeylər bunlardır:

Qadının cinsiyyət orqanında cinsi əlaqəyə mane olan sümük, ət parçası yaxud da qabaq hissə ilə arxa hissə arasındakı pərdənin yırtıq olması.

Əgər kişi belə bir şikayətlə məhkəməyə müraciət etsə, məhkəmə işi müəyyən qaydalar daxilində normal şəkildə aparılır və lazım gəlsə, kəbin ləğv edilir. Qızlıq pərdəsinin olmaması bu nöqsanlardan deyil. Başqa sözlə, qızlıq pərdəsinin olmadığını səbəb göstərib kəbinin ləğv edilməsini tələb etmək olmaz.

Bəkarət nə qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib.

Əgər bir şəxs hər hansı bir qızla həmin qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək onunla evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ çatır.1


Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:

Qız/qadın ərinin onunla cinsi əlaqəyə girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir. Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı vermək üçün aparılır.2


Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir.  


  1. Ömər Nəsuhi Bilmən, Hüquqi islamiyyə və istilahati fiqhiyyə külliyatı (İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı), İstanbul, 1985, 2-ci cild, s. 141 
  2. Eyni əsər, s. 351.  


Şərhlər:
Baxılıb: 17357
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz