Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Namaz qılmamaq günahdırmı?
Namaz qılmamaq günahdırmı?
Göndərən: Nuray
Şərhlər:
Baxılıb: 2295
Səs ver:
Namaz hər bir müsəlmanın Allah qarşısında bəndəlik borcu, vicdan vəzifəsidir. Namaz yeganə ibadət növüdür ki, heç bir məhdudiyyətə baxmadan hər kəsə və bütün hallarda vacibdir. Müqayisə üçün deyək ki, orucu xəstə olmayan, səfərə çıxmayan şəxslər tutmalıdırlar. Həccə getmək üçün insanın sağlamlığı, maddi imkanı olmalıdır. Xüms və zəkat da maddi imkandan asılı olan ibadətlərdir. Cihad vəzifəsi sağlam kişilərə aiddir. Yalnız namaz həm sağlam, həm də xəstə, həm səfərdə, həm də vətəndə olanlara, həm kasıblara, həm də varlılara, həm kişilərə, həm də qadınlara fərzdir (qəti vacibdir). Hər kəs yetkinlik yaşına çatmışsa və psixi cəhətdən sağlamdırsa, namaz qılmaq vəzifəsi onun öhdəsindədir. Şəriətdə namazı heç bir bəhanə ilə tərk etməyə və təxirə salmağa icazə verilmir. Hətta namazın ayaq üstə yerinə yetirilməli olan əməllərini icra edə bilməyən xəstələr oturmuş halda, bunu da bacarmayanlar uzanmış vəziyyətdə namaz qılmalıdırlar. Namazdan əvvəl dəstəmaz almaq üçün su tapmayan şəxsin təyəmmüm etməsi lazımdır. Bədənində yara olan adam dəstəmaz ala bilmirsə, xüsusi formada paklıq etməli və namazını qılmalıdır. Qibləni tapa bilməyən adam şəriətdə nəzərdə tutulmuş şəkildə qiblə ehtimal etdiyi istiqamətlərə doğru namaz qılmalıdır.
Xülasə, namaz qılmaq məsuliyyəti heç bir halda müsəlmanın boynundan götürülmür (yalnız qadınlar heyz günlərində bundan azaddırlar).Namaz qılmaq İslam dinində nə qədər vacib və zəruri sayılırsa, onu tərk etmək də bir o qədər günah bilinir. Namaz qılmayan insan Allah qarşısında ən vacib borclarından birini – bəndəlik borcunu yerinə yetirməmiş olur. Əlbəttə, Allahın bizim namazımıza və heç bir başqa ibadətimizə ehtiyacı yoxdur. Hər bir ibadətin xeyri yalnız bizim özümüzə aiddir. Bu ibadətlərlə həm savab qazanır, həm də sağlamlıq əldə edirik. Bəzi ibadətlərlə əmlakımızın bərəkətini artırırıq, ətrafımızdakı insanlara yardım göstərməkdə ümumilikdə cəmiyyətin inkişafını və rifahını təmin etmiş oluruq.Namaz qılmamaq Allahın verdiyi nemətlər qarşısında böyük naşükürlük etmək deməkdir. Namaz insanı pis əməllərdən, əxlaqsızlıqdan qoruduğu üçün (Ənkəbut, 45), namaz qılmayan insanın bu kimi pis vərdişlərə və xasiyyətlərə aludə olmaq ehtimalı da artır. Müqəddəslərimiz namazı dinin sütunu və dirəyi adlandırırdılar. Həzrət Mühəmməd Peyğəmbər (s) namazı çadırın əsas dirəyinə bənzədərək buyururdu ki, dirək möhkəm durduqca çadırın iplərinin, mismarlarının və dərisinin (parçasının) insana faydası dəyər. Amma dirək çöksə, bunların heç birinin faydası olmaz. Bu obrazlı ifadədə çadır – imanı, ip, mismar və dəri – ibadət əməllərini və savabları təcəssüm etdirir.Namaz qılmayan şəxsə digər xeyir əməlləri qiyamət günündə bir o qədər də fayda verməz.Qurani-kərim ayələrindən məlum olur ki, cəhənnəm əzabına səbəb olan günahlardan biri də namaz qılmamaqdır. Cəhənnəm əhlinin bir hissəsi namaz qılmayan insanlardan ibarət olacaq.




Cənnətdəkilər cəhənnəmdə əzab çəkənlərdən soruşacaqlar: «Sizi səqərə (cəhənnəmə) salan nədir?». Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq. Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)»(Müddəssir, 42-47). İslam Peyğəmbəri namazı tərk etməyi imanla küfrü ayıran sərhədə bənzədirdi: «İmanla küfrün arasında namazı tərk etmək durur». Hədisin mənası budur ki, namaz qılmamaq insanı imandan çıxarıb küfrə salan əməldir və imandan küfrə doğru uzanan bir addımdır.Namaza ehtiramsız yanaşmaq, barmaqarası baxmaq da böyük günahlardandır. Namazı qəsdən vaxtında qılmamaq, vaxtını keçirib qəzaya saxlamaq, namaz əməllərinin qayda-qanunlarını pozmaq, namazı düzgün qılmaq üçün lazımi bilikləri qəsdən öyrənməmək və öyrədənlərin sözünə etinasız yanaşmaq, namazı tələsik qılmaq bu ibadətə qarşı hörmətsizlik göstərməyə bərabər sayılır. Xüsusilə, bir müddət namaz qılıb sonra bunu tərk etmək, «vaxtım yoxdur, şəraitim yoxdur, sağlamlığım imkan vermir, namaz sözlərini əzbərləyə bilmirəm» kimi bəhanələrlə özünə haqq qazandırmaq tamamilə əsassızdır. Rəvayətə görə, İmam Cəfər Sadiq (ə) ömrünün son anında bütün qohumlarını və yaxın tərəfdarlarını toplamağı tapşırır. Hamı yığılıb hazır olanda İmam buyurur: «Namaza etinasız yanaşanlara bizim şəfaətimiz şamil olmayacaq». Qiyamət günündə hər birmizin şəfaətə ehtiyacı olacaq. 
Günahlarımızın çoxluğu üzündən müqəddəslərin bizim bağışlanmağımız haqqında Allah qarşısında vasitəçilik etmələrini həsrətlə gözləyəcəyik. Belə bir vaxtda son ümiddən – şəfaətdən məhrum qalmaq həqiqətən, böyük bədbəxtlikdir.Qurani-kərimdə namazı tərk edib şəhvətə uyan şəxslərin cəhənnəmdəki ən dəhşətli məkana – Fəyy dərəsinə düşəcəkləri bildirilir (Məryəm, 59). Başqa bir ayədə isə buyurulur:«Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar (namazlarında) riyakarlıq edər və camaatı zəkat verməkdən çəkindirərlər» (Maun, 4-7).Namaz qılmayan şəxslər bu dünyadan köçdükdən sonra tezliklə öz səhvlərini anlayıb peşman olacaqlar. Hətta qiyamətdən də əvvəl, qəbirdə sorğu-sual mələklərinin namaz haqda sualına cavab verməkdən aciz qalıb əzab çəkəcəklər. Bir çoxları bu dünyaya qayıdıb qılmadığı namazları, tutmadığı orucları, vermədiyi zəkatları qəza etmək, incitdiyi şəxslərdən halallıq almaq, etdiyi günahların cəriməsini vermək arzusunda olduğunu bildirəcək. Lakin o zaman peşmançılığın heç bir faydası olmayacaq. Çünki əməl məkanı bu dünyadır. Dünyadan köçdükdən sonra heç kəsə öz səhvini düzəltmək, itirilmiş fürsəti geri qaytarmaq, etmədiyini etmək imkanı verilməyəcək. O gün əməl dəftəri bağlanıb bir də qiyamət günündə – Allahın ədalət divanında açılacaq. «Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Ey Rəbbim! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm. Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (bərzəx aləmi) vardır» (Möminun, 99-100).



Şərhlər:
Baxılıb: 2295
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz