Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?
Nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1588
Səs ver:
Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?

Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?
Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Məlum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.
Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu iş bütün insanların xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub, "haqqı tanımaq hissi”nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda təsirli olubsa, digər təsirli amillər də ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.
Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır.
Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən bəzi hadisələrin yenidən dirçəldilməsi tam mənada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük təsir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər üçün bir o qədər faydalı və təsirli ola bilər. 


Şərhlər:
Baxılıb: 1588
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz