Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoş əxlaq günahı aradan aparar
Xoş əxlaq günahı aradan aparar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2632
Səs ver:
İslam dini xoş əxlaqı çox tövsiyə edir. Bir nəfər Peyğəmbərə (s) sual verir ki, din nədir? Həzrət (s) buyurur: "Gözəl əxlaq”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur:"Əgər xoş əxlaq zahirə çıxa bilsəydi, ən gözəl məxluq olardı. Əgər çirkin əxlaq da zahirə çıxa bilsəydi, ən çirkin qiyafədə görünərdi. Allah bəndəsini xoş əxlaqa malik olduğu üçün oruc tutanın və gecə namazı qılanın məqamına çatdırar”
[center]Xoş əxlaq günahı aradan aparar


Hədislərin birində oxuyuruq: "Hər kim qəzəbini yatızdırar, Allah ondan əzabını saxlayar. O kəs ki, xoş əxlaqa malik olar, Allah namaz qılanın və oruc tutanın savabını ona verər”.

İnsan xoş əxlaqı ilə bir çox günahlarını məhv edə bilər. Xoş əxlaq bizim bir çox günahlarımızın kəffarəsidir. İmam Sadiq (ə) buyurur: "Xoş əxlaq günahı aradan aparar. Necə ki, günəş buzu su edər. Pis əxlaq əməli fasid edər. Sirkə balı etdiyi kimi”.

Bəzi insanlar kiçik yaşlarından səbirli və hövsələli olmağı öyrənir. Bu o kəslərdir ki, xoş əxlaqı zəhmətsiz və genetik olaraq əldə edir. Ancaq bəzi insanlar isə təbiətləri həyəcanlı və kobud olduğu üçün xoş əxlaqlı olmağı təmrin etməlidirlər. Təbiidir ki, bu insanların xoş əxlaqa malik olması daha fəzilətli və daha dəyərlidir. O kəslər ki, xoş əxlaqlı olmağa çalışırlar, Allah onlara əcr verər. İshaq ibni Əmmar altıncı İmamdan (ə) nəql edir ki, buyurub: "Əxlaq Allah tərəfindən olan bir bəxşişdir ki, onu kimə istəsə, ona verər. Bəzi əxlaq təbiidir, bəzi isə çalışmaya aiddir”. Soruşdum ki, bu ikisinin hansı daha dəyərlidir? Buyurdu: "O kəs ki, iradə və qərarı ilə əxlaq əldə edər, o, daha üstündür”.İmam Sadiqə (ə) sual verilir ki, xoş əxlaqın həddi nədir? Həzrət (ə) buyurur: "Mülayim olmaq, pakizə danışmaq, yaxşı üzlə qardaşınla rəftar etməkdir”.
Mülayim olmaq- çətinlik törətməmək mənasındadır ki, düzgün fikir tərzinə ehtiyac vardır. Bizim çətinlik törətməyimizin bir çoxunun səbəbi başqaları haqqında yanlış düşüncələrimizdir. Təvazökarlıq, səbirli olmaq xoş əxlaqımıza çox təsir göstərər.

Ruhi rahat olmağımızın mülayim olmağımıza birbaşa təsiri vardır. O kəsin ki, rahatlığı yoxdur, xoş əxlaqlı ola bilmir. Çox zaman yersiz mübahisə etməyimizin səbəbi iztirabımızın məhsuludur. Məsələn bir qonaqlıq məclisi təşkil etmək istəyən zaman uşaqlarımız və həyat yoldaşımızla dalaşırıq. Biz gərək iztirabımızı kontrol etməyi öyrənək. Bunu bilməliyik ki, iztirab bizim daxilimizdən qaynaqlanır. Əgər ona kontrol edə bilsək, başqasına ötürməyəcəyik. Özümüzü sakitləşdirməyə də kömək etmiş olarıq. Biz xoş əxlaqı təmrin edərək öyrənə bilərik. Əgər pis sifətlərimizi biruzə vermiriksə, onu xoş əxlaqa çevirə bilərik.

Pakizə danışmaq, xoş danışmaq - xoş əxlaqdan xəbər verər. Paxıl və həsəd, fitnəkar bir insan xoş əxlaqa malik ola bilməz. Çünki başqaları ilə məhəbbət və sevgi ilə danışmağı bacarmaz. "Onlar (mələklərlə rastlaşanda və öz aralarında salam, şükür və bu kimi fərəh gətirən) pak söz(lər)ə istiqamətləndiriliblər və sifətləri mədh edilmiş Allahın yoluna hidayət ediliblər (ki, onlar da tərifə layiq sifətlərə malik olsunlar)”. ("Həcc” 24).

Gülər üzlü olmaq da xoş əxlaqın nişanələrindəndir. Həqiqətən bizim başqaları ilə rabitə növümüz üzümüzdəki mimikalardan asılıdır. O üzdə ki, təbəssüm olar, hövsələ və əlaqəni nümayiş etdirər. Peyğəmbərin (s) üzü həmişə təbəssümlü olardı. Hər kim o Həzrətlə (s) görüşərdi, elə bilərdi ki, Həzrətin ən əziz insanıdır. Halbuki, Həzrət Peyğəmbər (s) hələ bir söz deməmişdi.
Xoş əxlaqlı olmağa çalışaq və bunu çalışaraq əldə edək.xos exlaq-gunahi-aradan-aparar.


Şərhlər:
Baxılıb: 2632
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz