loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Musanın (ə) Allah Təalaya verdiyi suallar
Musanın (ə) Allah Təalaya verdiyi suallar
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1669
Səs ver:
Peyğəmbərlərin (ə) bir çoxu, xüsusilə də İslam Peyğəmbəri (s) Allah Təalaya maarif məzmunlu suallar verərdilər. Mehriban Allah da onların cavabını verərdi. Bu sualların bir çoxu əxlaqa aid olurdu.

Bu sualların bir neçəsinə nəzər salaq.
İmam Həsən Əsgəri (ə) buyurur: "O zaman ki, Həzrət Musa (ə) Allahla söhbət edərdi, buyurardı:
- "Allahım! O kəs ki, şəhadət verər ki, mən Sənin rəsulunam və Sən mənimlə söhbət edirsən, bunun savabı nədir?”.
Allah buyurur:
- "Mələklərim onun yanına gələr və ona behişt müjdəsi verərlər”.
Həzrət Musa deyir:
-"O kəs ki, dərgahında dayanar və davamlı olaraq namaz qılar, savabı nədir?”.
Buyurur:
-"Rükusuna, səcdəsinə, qiyamına görə mələklərimin yanında iftixar edərəm. O kəs ki, ona görə mələklərimin yanında fəxr edirəm, əzab görməz”.
Həzrət Musa deyir:
- "Səni razı salmaq üçün yoxsula yemək verən kəsin savabı nədir?”.
Buyurur:

-"Əmr edərəm ki, nida verən məxluqların lap yuxarısında desin ki, filan kəs Allahın atəşdən azad etdiyidir”.
Həzrət Musa deyir:
- "Sileyi-rəhm edən kəsin savabı nədir?”.
Buyurur:

-"Ölümünü təxirə salaram. Can verən anını ona asan edərəm. Behişt xəzinədarları onu səsləyər ki, bizə tərəf gəl. Hansı qapıdan istəyirsənsə behiştə daxil ol”.
Həzrət Musa deyir:
-"O kəs ki, əziyyətini insanlardan saxlayar və yaxşılığı insanlara çatar, onun savabı nədir?”.
Buyurur: -"Qiyamət günü atəş ona nida edər ki, sənin mənə yolun yoxdur”.
Həzrət Musa deyir:
-"O kəs ki, Səni dili və qəlbi ilə yada salar, savabı nədir?”.
Buyurur: -"Ey Musa! Onu Qiyamətdə ərşimin kölgəsində qərar verərəm. Öz himayəmə alaram”.
Həzrət Musa deyir:
-"O kəs ki, aşkarda və gizlində ayələrini oxuyar, savabı nədir?”.
Buyurur: -"Ey Musa! Siratdan işıq kimi keçər”.
Həzrət Musa deyir:
-"O kəs ki, Sənə görə insanların əziyyətinə səbir edər, savabı nədir?”.
Buyurur: -"Ona Qiyamət gününün qorxusunda yardım edərəm”.
Həzrət Musa deyir:
-"O kəs ki, gözləri Sənin qorxundan ağlayar, savabı nədir?”.
Buyurur: -"Simasını cəhənnəm atəşindən qoruyaram və ona Qiyamət günü aman verərəm”.
Həzrət Musa deyir:
-"O kəs ki, itaət əhlinə məhəbbət bəsləyər, savabı nədir?”.
Buyurur: -"Ona cəhənnəm atəşini haram edərəm”.
Həzrət Musa deyir:
-"O kəs ki, Səndən həya etdiyi üçün xəyanəti tərk edər, savabı nədir?”.
Buyurur: -"Qiyamət günü onun üçün aman vardır”.
Həzrət Musa deyir:
-"O kəs ki mömini bilərəkdən qətl edər, cəzası nədir?”.
Buyurur: -"Qiyamət günü ona rəhmətli nəzərlə baxmaram, günahlarına güzəşt etmərəm”.
Həzrət Musa deyir:
-"O kəs ki, kafiri İslama tərəf dəvət edər, savabı nədir?”.
Buyurur: -"Ona kimin üçün istəsə şəfaət etmə icazəsi verərəm”.
Həzrət Musa deyir:
-"O kəs ki, namazlarını vaxtında qılar, savabı nədir?”.
Buyurur: -"İstəklərini ona əta edərəm, behişti ona mübah bilərəm”.

-"O kəs ki, Sənin qorxundan dəstəmazını kamil şəkildə alar, savabı nədir?”.
Buyurur: -"Onu Qiyamət günü elə məhşur edərəm ki, iki gözünün arasında nur saçar”.
Həzrət Musa deyir:
-"O kəs ki, Ramazan ayının orucunu Sənin razılığın üçün tutarsa, savabı nədir?”.
Buyurur: -"Qiyamət günü onu elə yerdə qərar verərəm ki, orada ona qorxu olmaz”.


Şərhlər:
Baxılıb: 1669
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz