Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmtahanın çətinliklərinə səbr edənlərə müjdə ver
İmtahanın çətinliklərinə səbr edənlərə müjdə ver
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1784
Səs ver:

ALLAHın rəhmət və kərəmindən hər nə qədər danışsaq, yenə də azdır. Əgər desək ki, anadan da mehribandır, səhv etmərik. 

Pərvərdigar sevgi və mehrlə biz insanları xəlq etmişdir. ALLAHda heç bir nöqsan yoxdur ki, kiminsə kinini qəlbinə salsın. Quran buyurur: "Şübhəsiz, ALLAH Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. ALLAHa şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. ("Nisa” 48). Müşrik o kəsdir ki, qəlbini Ondan qeyrisinə bağlayar. Ancaq bizim Ondan başqa ümid yerimiz yoxdur.

"De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, ALLAHın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, ALLAH (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. ("Zumər” 53).

Qurani-Kərimdə buyurulur: "Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. ("Şura” 25). ALLAH bizim gördüyümüz hər bir işdən xəbərdardır. O zaman ki, bəndə gördüyü pis işə görə peşman olar, ALLAHın mehr və məhəbbətinə layiq olar.

Bəs bizim qarşımıza çıxan çətinliklər nəyə görədir?

Quran bu sualına cavabında buyurur: "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. ("Bəqərə” 155).
Hər birimizin həyatında müəyyən çətinliklər vardır. Onların müxtəlif səbəbləri olur. Bəziləri o zaman olur ki, biz səhv yol ilə gedərik. Bu zaman ALLAHa təvəkkül edər və Ondan yardım istəyərik. Bəzən də müvəffəqiyyətə çatmaq üçün olar. Bu zaman insan qəlbini möhkəm bir Yardımçıya, Himayəçiyə bağlayar. Çünki bilir ki, Ondan savayı insana yardım edə biləcək həqiqi bir Varlıq yoxdur.

İbrətli əhvalat.

Dənizdə batmış gəmidən ancaq bir nəfər xilas olur və o, kiçik bir adaya düşür. ALLAHa dua edir ki, ona yardım etsin. Ancaq günlər keçir və heç kəs ona yardım üçün gəlmir. Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: "ALLAHım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?”.

Həmin günün sabahısı bir gəmi səsinə yuxudan ayılır. Gəmi onu xilas etmək üçün gəlmişdi. Kişi onu xilasedənlərdən soruşur: "Siz haradan bilidiniz ki, mən burdayam?” Onlar deyirlər: Biz sənin bizə alov ilə verdiyin əlaməti gördük”.

O zaman ki, vəziyyətin xarab olduğunu zənn edirik, hövsələsizlik edib, üsyan edirik. ALLAH bu əziyyət və çətinliklə bizi imtahana çəkir və hətta üsyan etsək belə, yardım əli həmişə üzərimizdədir.

Ona görə səbir etməyi öyrənməliyik. Bir çətinliklə qarşılaşan zaman ALLAHa təvəkkül etmişiksə, Ona etimad etməliyik. Çünki O, bizləri anamızdan da çox sevir...


Şərhlər:
Baxılıb: 1784
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz