Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın hər bir əməli özünə qayıdır
İnsanın hər bir əməli özünə qayıdır
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 438
Səs ver:
Hər bir insan bu dünyada özü üçün quyu qazar. Qəbirini özü darlaşdırar. Bir gün Peyğəmbər (s) bir qəbiristanlıqdan keçirmiş və sağ olanlara buyurur: "Bu ölülərin bir çoxu ki, bu qəbiristanlıqda dəfn olunublar, qəbirlərini dişləri ilə qazıblar”. Bu, bir kinayə idi və Həzrət (s) onların çox yeyən olduqlarına işarə edirdi. Çox yediklərinə görə mədə xəstəliyinə düçar olur, nəfəsləri darlaşdı. Mədə qəlbə yaxın olduğu üçün rahat hərəkət edə bilmədiyindən həmin təzyiqlərə tab gətirə bilmirdi.


İmam Əli (ə) buyurur: "Bu dünyada bir nəfərə yaxşılıq və pislik etmədim”. Dedilər: "Siz pislik etməzsiniz. Bəs niyə deyirsiniz ki, birinə yaxşılıq etməmişəm? Siz xeyir dənizisiniz, bu qədər xidmət etmisiniz?”. Həzrət buyurur: "Hər yaxşılığı ki, etmişəm, özümə etmişəm”.
"Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir”. ("İsra” 7). "Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar)”. ("Muddəssir” 38).
Qiyamət günü qəribə şeylər baş verəcəkdir. «Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa. Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar, Günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?» Deyərlər: «Biz namaz qılanlardan deyildik”. ("Muddəssir” 39-43).
Cəhənnəm əhlindən soruşarlar ki, niyə bura gəlmisiniz? Deyərlər ki, biz namaz qılanlardan deyildik. Biz gərək namaz qılardıq, ancaq qılmadıq və ona görə də bura düşmüşük.
İmam Baqir (ə) buyurur: "Bu aləmdə - imanda, saleh əməldə və əxlaqda qalib gələnlər bizik. O kəslər ki, bizə iqtida edirlər, bu aləmdə özlərini bizə çatdırıblar. Onlar namaz qılanlardır”.


Bəli, cəhənnəm əhli deyər: "Biz bu dünyada olan zaman o qədər təkəbbürlü idik ki, İmamlara (ə) iqtida etməyə hazır olmadıq. Şeytana, pis dostlara iqtida etdik.”
Bəs namaz qılanlar necə behiştə düşəcək? Namazı elə qılın ki, qəbul olunan həddə olsun. Bəzi namazlar tələm-tələsik qılınır, ona görə də hamısı bir-birinə qarışır. Namaz gərək risalədə olduğu kimi olsun və heç bir eybi olmasın. Elə namaz qılın ki, Qiyamətdə deməsinlər ki, 50 il namazsız olmusan. Çünki batil namazı hesab etmirlər.


"Fəqirə və yoxsula təam verməzdik”. ("Muddəssir” 44). Cəhənnəm əhlinin etməli olduğu ikinci əməl isə fəqirə və yoxsula təam vermək olmuşdur ki, bunu etməmişdilər. Baxmayaraq ki, sərvət sahibi idik, ancaq fəqirə yemək vermədik, infaq etmədik. İnsanı İlahi əzabdan saxlayan yollardan biri də sərvəti Allah yolunda xərcləməkdir. O kəs ki, pulunu əsir saxlayıb, əzaba düçar olur.


"Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq. Cəza gününü təkzib və inkar edərdik”. ("Muddəssir” 45-46). Cəhənnəm əhlinin başqa bir xüsusiyyəti cəza gününü inkar etməsi və batil insanlarla oturub-durmasıdır. Onlar deyərlər: "Baxmayaraq ki, peyğəmbərlər (ə) bizə xəbər vermişdi, ancaq biz Qiyamət gününü inkar edirdik”.
"Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir”. Yəni, tamamilə hər bir rəhmətdən məhrum haldayıq və heç kəs bizə yardım edə bilməz.
Allah buyurur: "Ey iman gətirənlər, Allahdan qorxun”. ("Bəqərə” 278).
Hələ ki, fürsət var, Allahdan qorxaq və Onun buyurduqlarını ən gözəl şəkildə etməyə çalışaq.

Həqiqi mömin olmaq üçün lazım olan xüsusiyyətlər
Mömin o kəsə deyilir ki, imanlı olsun. Ancaq Quranın nəzərinə görə mömin o kəsdir ki, qəlbi imanla yanaşı ona uyğun gələn əmələ də malik olmalıdır. Yəni, insanın həm qəlbi imanı, etiqadı olmalıdır, həm də bu inanca uyğun əməl də etməlidir.
"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər. Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər. Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır. (74) İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər - onlardır həqiqi möminlər! Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır”. ("Ənfal” 2-4, 74).


Şərhlər:
Baxılıb: 438
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz