Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qədir-Xum – “Vilayət” günəşinin doğduğu tarixi gün
Qədir-Xum – “Vilayət” günəşinin doğduğu tarixi gün
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2222
Səs ver:
Dinin Kamilləşmə Günü: Vilayət, Vəhdət və Sədaqət bayramı

"Vilayət” günəşinin doğduğu tarixi günİslam tarixinin müxtəlif dövrlərində müsəlmanların sonrakı həyatına, fəaliyyətinə təsir edəcək dönüş nöqtələri mövcuddur. Belə tarixi dönüş nöqtələrindən birini də, Qədir-Xum hadisəsidir. Həmin gün sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) İlahi göstərişlə müsəlmanların sonrakı taleyini müəyyən edəcək, bütün İslam dünyasında öz əks-sədasını tapacaq tarixi bir addım atdı. O, özündən sonra müsəlmanlara rəhbər, İslam dininin keşiyində dayanacaq ləyaqətli imam təyin etdi.

Eyni zamanda, ümməti arasında iki dəyərli əmanət qoyub gedəcəyini bəyan etdi…
Vida həcci
Hicrətin 10-cu ili, Zilhiccə ayının 18-si İlahi ayinləri yerinə yetirib Həcc ziyarətini başa vuran Həzrət Peyğəmbər (s) Mədinəyə qayıdırdı. Bu ilin Həcc ziyarəti sevimli Peyğəmbərimizin (s.ə.s) son Həcc səfəri idi. Bu mərasim sonralar tarixə "Vida Həcci” kimi düşdü. Maraqlıdır, bəs görəsən bu Həcc ziyarətinin tarixi əhəmiyyəti nədən ibarət idi?! Zilhiccə ayının 18-i bazar günü Cövhə məntəqəsinin yaxınlığında yerləşən Xum adlı yerə yetişdikdə mələk Cəbrayıl Allahın buyruğu ilə Peyğəmbərə (s) Maidə surəsinin 67-ci ayəsini nazil etdi: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı təbliğ et! Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz”.
Ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər karvanın saxlanılması göstərişini verdi. Təxmini sayı yüz mini keçən müsəlmanlar bir yerə toplaşdı. Hamı bir-birindən nə hadisə baş verdiyini soruşur, bu qızmar günəş altında dayandıqlarının səbəbini öyrənməyə tələsirdi. Peyğəmbərlə (s) birgə camaat namazı qılındı.
Tarixi xütbə
Namazdan sonra Peyğəmbər (s) dəvələrin yəhərlərindən minbər quraraq bu xütbəni oxumağa başladı:
"Həmd və səna Allaha məxsusdur. Ondan kömək istəyir, Ona iman bəsləyir, Ona təvəkkül edir və layiqsiz əməllərdən pənah aparırıq. Allahdan başqa hidayət edib düz yol göstərən yoxdur. Allah hidayət edən şəxsi heç kəs yolundan azdıra bilməz. Şəhadət verirəm ki, Ondan başqa məbud yoxdur və Məhəmməd Onun rəsulu və elçisidir.
Camaat! Agah olun! Haqqın dəvətini qəbul edib, tezliklə sizlərdən ayrılmağımın vaxtı yaxınlaşmışdır. Mən və sizlər məsuliyyət daşıyırıq…
Allahdan başqa heç bir məbudun olmamasına və Məhəmmədin Onun bəndəsi və elçisi olduğuna şəhadət verirsinizmi? Habelə, Cənnət və Cəhənnəmin, ölümün haqq olduğuna, Qiyamət gününə heç bir şübhə olmamasına və Allah-Təalanın ölüləri diriltməsinə şəhadət verirsinizmi?” Səhabələr bir ağızdan dilləndilər: "Bəli, şəhadət veririk!” Həzrət Peyğəmbər (s) buyurdu: "İlahi, Sən Özün şahid ol! Həqiqətən, mən axirət aləminə köçməkdə və hovuzun kənarına çatmaqda sizləri qabaqlayıram. Hovuzun kənarında yanıma gələcəksiniz. Mən sizlər üçün qiymətli olan iki ağır əmanət qoyub gedirəm. Fikirləşin və diqqətli olun. Məndən sonra bu əmanətlə necə rəftar edəcəksiniz? Bunlardan birincisi Allahın kitabı olan Quran, ikincisi isə itrətim olan pak Əhli-beytimdir. Mehriban Allah məni xəbərdar edib ki, bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşmayınca, bir-birindən ayrılmayacaqlar. Mən bunu Allahımdan istəmişəm. Quran və itrətimdən qabağa keçsəniz, yaxud geri qalsanız həlak olarsınız!”.
Seçilən
Bu sözlərdən sonra Peyğəmbər (s) Həzrət Əlinin (ə) əlindən tutub yuxarı qaldırdı və buyurdu: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ey Allahım! Hər kim onunla dost olsa, Sən də onunla dost ol. Hər kim onunla düşmən olsa, Sən də onunla düşmən ol!”
Bu məqamda bir nüansa toxunmaq istərdik. Bəzilərinə görə, bu xütbədə Peyğəmbərimizin (s) istifadə etdiyi "mövla” kəlməsinin lüğəvi mənalarından biri də sevən, dost mənası olduğundan, Peyğəmbərin (s) bu sözləri söyləməkdə məqsədi "Kim məni sevirsə, Əlini də sevsin” fikrini çatdırmaq olmuşdur. Lakin əvvəldə qeyd etdiyimiz kimi, həmin gün hava çox isti idi. Zəvvarlar yorğun vəziyyətdə öz evlərinə tələsirdilər. İnsanlara qarşı xüsusi mərhəməti ilə seçilən Peyğəmbərimiz (s) necə ola bilərdi ki, müsəlmanları günorta çağı, isti havada sadəcə "Kim məni sevirsə, Əlini də sevsin” demək üçün toplasın? Üstəlik, səhabələrə bərk-bərk tapşırsın ki, "burada olanlar bu sözləri burada olmayanlara da çatdırsınlar!”.
Digər tərəfdən, Peyğəmbərimiz (s) bu xütbədə "Mən möminlərə onların özlərindən daha haqlı deyiləmmi?” (yəni, mənim onlar üzərində haqqım özlərindən daha artıq deyilmi) cümləsini "mövla” kəlməsi ilə birlikdə istifadə etmişdir. Bu isə onu göstərir ki, "mövla” kəlməsi məhz ümmətə rəhbərlik – "vilayət” mənasını verir.
Sevimli Peyğəmbərimizin (s) sözlərindən sonra mələk Cəbrail (ə) enərək Allah tərəfindən Maidə surəsinin 3-cü ayəsini nazil etdi:
"Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim”.
Ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) buyurdu: "Allahu Əkbər! Din kamilləşdi, nemətlər tamamlandı, Allah-Təalanın risalətimə və məndən sonra Əlinin vəsi olmasına sevindiyinə görə Ona şükür edirəm!..”.
Vəhdət və sədaqət bayramı…
Quran təbirilə desək, bu gün - Dinin Kamilləşmə Günüdür. Qədir-Xum bayramı əslində İslam ümmətinin birlik və sədaqət bayramıdır. Çünki bu hadisə son vida Həcci mərasimindən sonra ikinci böyük hadisə idi ki, Həzrət Məhəmməd peyğəmbər (s) yüz mini aşan müsəlmanları öz ətrafına toplayıb onlara xütbə oxuyur. Allah rəsulu (s) məhz bu birlik ortamında, bu böyük izdihamda Həzrət Əlinin (ə) vilayət məsələsini önə çəkir. Peyğəmbərimizin (s) həyatında buna bənzər başqa bir izdihamlı hadisə olmayıb ki, yüz min insanı bir yerə yığıb, onlara xütbə oxusun. Qədir-Xumun bu məqamı olduqca əhəmiyyətli və düşündürücüdür. Odur ki, bu gün həm də bir vəhdət günüdür.
Qədir-Xumda etdiyi xütbəsində sevimli Peyğəmbərimiz (s) ümməti arasında iki dəyərli əmanət qoyub gedəcəyini bəyan edib - Allahın Kitabı Qurani və öz itrəti - Əhli-beyti. Məzhəbindən, təriqətindən asılı olmayaraq, bütün müsəlmanlar bu hadisənin, bu hədisin doğruluğunu, səhih olduğunu qəbul edir. İki dəyərli əmanət! Üstəlik, Həzrət Peyğəmbər (s) buyurub ki, orada olanlar bunları orada olmayanlara da çatdırsınlar. Yəni, bu iki dəyərli əmanəti Allah Rəsulu (s) bütün ümmətinə əmanət edib gedir. Və buyurur ki, onlara sarılın ki, yolunuzu azmayasınız. Odur ki, sevimli Peyğəmbərimizin (s) buyruğunu qəbul edib, ona sarılan ümmət Qiyamətədək bu iki dəyərli əmanəti qoruyub saxlayacaq, bu əmanətə öz sədaqətini göstərəcək. Bu baxımdan, bu gün həm də Həzrət Məhəmməd peyğəmbərin (s) həmin bu iki dəyərli əmanətinə sədaqət bayramıdır.
Amma Quran və Əhli-beyt (ə) sadəcə quru iddia olmamalı, insanların həyatına hopmalıdır. Hər bir inanclı şəxs bu sədaqəti şüarlarında deyil, həyatında ortaya qoymağı bacarmalıdır. Quran işığında yaşamalı, Peyğəmbər (s) və Əhli-beyti (ə) nümunəsində həyat sürməlidir. Bax, əsl sədaqət də budur. Allah bizləri bir an da Özünə (c.c.) doğru gedən Quran və Əhli-beyt (ə) yolundan uzaq etməsin. Peyğəmbərin bu iki dəyərli əmanətinə sədaqət bayramımız həyatımızın hər günündə mübarək olsun!..


Şərhlər:
Baxılıb: 2222
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz