Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Atasına əl tutmayan kasıb olar
Atasına əl tutmayan kasıb olar
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1944
Səs ver:
Nəql olunur: "Peyğəmbərin (s) zamanında kasıb bir kişi yaşayırmış. Bu kişinin varlı bir oğlu var idi ki, əsla atasına əl tutmazdı.
Bir gün bu kasıb kişi Peyğəmbərin (s) hüzurunda öz övladından gileylənib dedi:
"Ey Rəsuləllah! Mən çox kasıbam. Amma oğlumun var-dövləti başından aşsa da mənə heç bir xeyri yoxdur. Çünki o maddi cəhətdən azacıq da olsun mənə yardım etmir.
Peyğəmbər (s) kişinin oğlunu çağırıb dedi: Niyə atana əl tutmursan? Nəyə görə onun yemək və geyimini təmin etmirsən? Arvad-uşağının nəfəqəsi (gündəlik xərcləri) kimi, atanın da nəfəqəsi sənə vacibdir. Gərək imkanın olduğu qədər atanın gündəlik xərcini ödəyəsən.”
Sonra əlavə edib dedi: "Atanın bu aylıq tələbatını mən ödəyirəm. Amma gələn aydan etibarən sən özün verməlisən.”
Peyğəmbər (s) bir miqdar xurma, buğda və digər ərzaq məhsullarından kişiyə verib yola saldı.
Beləliklə, ay sona yetdi. Peyğəmbərin (s) kasıb kişiyə verdiyi azuqə artıq bitmişdi. Kişinin oğlundan da bir xəbər çıxmadı. O, Peyğəmbərin (s) tapşırığını əhəmiyyətsiz sayaraq, atasına xərclik vermədi. Zavallı kişi Peyğəmbərin (s) yanına gedib şikayətləndi:
Ya Rəsuləllah! Oğlum hələ də mənə xərclik vermir. Mənim yeməyə və geyməyə bir şeyim yoxdur.” Peyğəmbər (s) həmin kişinin oğlunu çağırıb atasına xərclik vermədiyinin səbəbini soruşdu. Oğlan dedi:
"Ya Rəsuləllah! Mənim heç nəyim yoxdur. Atam yalandan deyir ki, mən var-dövlət sahibiyəm. Hətta mən arvad-uşağımın da xərcini təmin edə bilmirəm.
Peyğəmbər (s) buyurdu: "Atan yalan demir, bu sənsən ki, yalan deyirsən. Bunu da bil ki, axşam olmamış sən atandan da fəqir olub pis günə qalacaqsan.”
Axşamın düşməsinə hələ qalırdı. Oğlanın qonşuları qapını döyüb dedilər: Sənin xurma və buğda anbarlarından qalxan üfunət iyi bizi narahat edir. Çünki xurmalar qurd basmış və buğdalar da kiflənmişdir. Anbardakı iylənmiş məhsulunu apar şəhərdən kənarda basdır.”
Cavan oğlan anbarların qapısını açanda doğrudan da xurma və buğdaların iyləndiyini gördü. Əlacsız qalıb anbardakı xarab olmuş məhsulu şəhərdən kənara daşıtdırmaq üçün bir neçə hambal tutdu. Hambalların zəhmət haqqını vermək üçün sandıqçanı açanda oradakı pulların dəmir parçasına döndüyünü gördü. Oğlan hamballara dedi: "Sandıqçanın içində pul yoxdur. Mən sizin zəhmət haqqınızı ödəyə bilməyəcəyəm.
Hamballar bunu eşidəndə onu o ki, var döydülər. Ona lənət deyə-deyə çıxıb getdilər.
Peyğəmbər (s) bu xəbəri eşidəndə dedi:
"Bütün bunlar oğlanın atasına–"Atam yalan deyir, mənim heç nəyim yoxdur”–deməsinin nəticəsidir.


Şərhlər:
Baxılıb: 1944
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz