Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Duz niyə süfrənin bərəkəti sayılır?
Duz niyə süfrənin bərəkəti sayılır?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 3074
Səs ver:
Duz elə qida məhsullarındandır ki, müalicəvi xarakterə malikdir. Əhli-beyt (ə) həmişə ifrat edilmədən ondan istifadə etməyi tövsiyə etmişdir.Hədislərin bir çoxunda oxuyuruq ki, yeməyə başlamazdan əvvəl bir qədər duz yemək lazımdır. Bu duz yeməkdən əvvəl mədənin şirəsini təşkil edən turşuları hazırlayır və həm də mikrob əleyhinə bir fəza yaradır. Ancaq yemək arası duz yemək və ya ifrat etmək qan təzqiyini artırar və mədəni zədələyər. Ən yaxşı duz - dəniz duzudur. Bu duzun heç bir ziyanı yoxdur.
İmam Əli (ə) buyurur: "Yeməkdən əvvəl duz yeyin. Əgər insanlar duzun hansı xüsusiyyətə malik olduğunu bilsəydilər, dərman yerinə onu seçərdilər”.
Başqa yerdə buyurur: "Əgər süfrədə duz olmazsa, o süfrədə bərəkət olmaz”.
İmam Sadiq (ə) buyurur: "Əgər hər kim birinci tikəsi ilə bir yerdə duz yeyərsə, üzündəki qara və ağ ləkələr aradan gedər”.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yeməkdən əvvəl bir qədər duz yeyərsə, Allah 330 növ bəla və xəstəliyi ondan uzaq edər ki, onların ən kiçiyi cüzam xəstəliyidir”.
İmam Əli (ə) buyurur: "Duzu olmayan süfrədə hazır olmayın, bədənin sağlamlığı ondadır ki, yeməkdən əvvəl bir qədər duz yeyəsən”.
Həşam ibni Salim İmam Sadiqdən (ə) nəql edir ki, Peyğəmbərimiz (s) İmam Əliyə (ə) buyurmuşdur: "Ya Əli! Yeməyi duzla başla və duzla bitir. Çünki əgər hər kim belə edərsə, 72 xəstəlikdən amanda olar”.


Şərhlər:
Baxılıb: 3074
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz