Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vicdan
Vicdan
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 981
Səs ver:
Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.

Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə- digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.

Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:

«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!». (Şəms, 7-9)

Yuxarıdakı ayədə Allah nəfsin fücurunu (günaha və üsyana girişmək, fasiq olmaq, yalan danışmaq, qiyam, haqdan üz çevirmək, nizam-intizamı pozmaq, əxlaqi çürümüşlük, təqvanın ziddi, terror hadisələri törədərək insanların qətli) və eyni zamanda ondan qorunmağı ilham etdiyini bildirməkdədir. Bax, insanı pis əməllərdən uzaq tutan və doğru olanı bildirən vicdandır.

Vicdanın digər bir xüsusiyyəti də insanın bilavasitə doğru olan şeyi tapmasına kömək etməsidir. Başqalarının köməyinə ehtiyac duymadan vicdan insana doğru yolu göstərəcəkdir, mühüm olan insanın vicdanına müraciət etməsi, ona qulaq asması və onun dediklərini etməsidir. Bu səbəblə deyə bilərik ki, vicdan dinin əsas amillərindən biridir.

Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, hər bir insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanın dediklərindən məsuliyyət daşıyır. Ətrafda baş verən hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanmış hər bir insan o andan etibarən vicdanının səsinə qulaq verməli, nəfsin istəkləri ilə vicdanın səsini bir-birindən ayıra biləcək bacarığa sahib olmalı və vicdanla hərəkət edəcək iradəyə sahib olmalıdır. Artıq bundan sonra rastlaşdığı hadısələrə münasibətinə görə haqq-hasab günü məsuliyyət daşıyacaqdır. Vicdanının səsinə qulaq verərək hərəkət edibsə, Allahın cənnətinə layiq görüləcək, nəfsinin istəklərinə baş əyibsə, "qapıları bağlanmış" sonsuz bir əzab alovu ilə qarşılanacaqdır.


Şərhlər:
Baxılıb: 981
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz