Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ər seçimində qızlara bir neçə məsləhət
Ər seçimində qızlara bir neçə məsləhət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1432
Səs ver:

 

http://imgs.su/tmp/1316329671-656.jpg


Həyat yoldaşının seçimi hər bir insan üçün ən önəmli məsələlərdən biridir.
Əgər bir gənc oğlan hansısa bir xanıma ailə qurmaq təklifini irəli sürsə, hər şeydən öncə onun mənəviyyatına diqqət yetirməliyik. Əgər imanlı, əxlaqlı, şərəfli bir şəxsdirsə, onunla ailə həyatı qurmaq olar. Gələcək ər seçimində var-dövlət qətiyyən əsas götürülməməlidir. Çünki sərvət heç bir vaxt səadət qaynağı olmayıb. Maddiyyat üzərində qurulan binalar yenə də maddiyyat üzərində davam edər və sonralar yuvanı yıxan da elə bu maddi səbəblər olar. Mənəviyyat üzərində qurulan neçə-neçə yuvalar isə tam əksinə, həmişə möhkəm və sarsılmaz olub və olacaqdır.
"İmam Hüseyn İslam saytı"na istinadən bildirir ki, ərin təqvası, mənəvi fəzilətləri, kamalı, malının çoxluğundan və sərvətdən qat-qat üstündür. Çünki imanlı və əxlaqlı həyat yoldaşı maddi tərəfdən fəqir olsa da, ailəsini keçindirə bilən, lakin məsuliyyətsiz, öz həvəsi dalınca qaçan zənginlə müqayisədə daha şərəfli, daha yüksək pillədə dayanır.

"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görürsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir". (Quran; Dəmir sürəsi, ayə 20)

Hamımızın, xüsusilə də evlənməyə hazırlaşan qızların bu ayədən dərs alması lazımdır.

Gözəllik, sərvət, var-dövlət və zənginlik maddiyyata daxildir. Belə bir söz var: "Əxlaqsız qadınlar özlərini hər gün pula satırlar, pula görə ərə gedən qız isə bir dəfə özünü satar və sonra bu yolu davam etdirməyə çalışar".

Hər bir qız ailə quracağı insanda ilk növbədə iman, təqva və əxlaq axtarmalıdır. Qız oğlanın var-dövləti ilə deyil, özu ilə ailə qurmalıdır. Təqvalı ər qadını sevsə, qiymətini biləcək, sevməsə də ona zülm etməyi rəva bilməyəcəkdir.

Çox zəngin ərlər var ki, heç də xanımlarına, uşaqlarına lazımi diqqət və qayğını, hətta onların maddi tələbatlarını da ödəməyə həvəs və istək göstərmirlər. Belələri üçün pul hər şey deməkdir...

Əgər oğlan xoş xasiyyətə, mənəviyyata və əxlaqa sahib olmazsa, evlilikdən qabaq düşünüb-daşınmayan, bəzən pul üçün, bəzən də bir anlıq sevgi və ya keçici eşq üçün özünü doğruluğuna inandığı ərinin qollarına atan təcrübəsiz qızlar böyük bəlalar ilə üzləşə bilərlər.

Qızların oğlanlarda bir mühüm cəhətə də fikir vermələri zəruridir. Əyyaşlıq və ya başqa sözlə desək, sərxoşluq əksərən ailənin dağılmasına, ən azından ailə daxilində müxtəlif narahatçılıqların meydana gəlməsinə səbəb olur. Tibbi cəhətdən içki insan ruhunu alt-üst edən, müxtəlif təhlükələrlə üzləşdirən uyuşdurucu bir içki maddəsidir. Səbəbsiz deyil ki, Allah-Təala Qurani-Kərimdə buyurur:

"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şubhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə surəsi; 90-91-ci ayələr)

Əfsuslar olsun ki, içkinin zərərini bilə-bilə özlərini alışqanlıq halına gətirən insanların sayı az deyil. İşin ən pis tərəfi onların içkiyə aludə olaraq həyat yoldaşı və uşaqlarının həyatlarını dözülməz etmələridir. İçkinin nəticəsində həyata keçirilən bir çox dəhşətli hadisələrlə, demək olar ki, hər gün qəzetlərdə, televiziyada, radioda qarşılaşırıq. Qadın kişiyə bağlı olduğu üçün onun bir çox xüsusiyyətləri ailə qurduqdan sonra əvvəlki kimi olmur, o, ərinin xasiyyət və hərəkətlərinin təsirinə məruz qalır. İstər isti, istərsə də soyuq su otaq temperaturunda qaldıqda həmin otağın temperaturunu alır. Qadın da eynilə belədir. Yaxşı bir qadın içki içən şəxslə ailə qurduqda xasiyyətlərini dəyişir və ərinə bənzəməyə başlayır. Ona görə də, yaxşı deyiblər, qızını içki içənə verən kimsə məhəbbətini ondan (qızından) kəsmiş olur. Beləliklə, belə insanlarla qurulmuş ailələrin əksəriyyətinin boşanma ilə və ya daha pis nəticələndiyini görürük. Hələ bu kimi vəziyyətlərdə qadın səbr və dözüm göstərməsə, işin fəsada uğrayacağı da bir həqiqətdir.

Həqiqətən də, insan səadət yolunu axtarırsa, Allahın buyurduğu qanunlara mütləq əməl etməlidir. Əks təqdirdə o, ruhi və fiziki rahatlığa qovuşa bilməyəcək, daha neçə-neçə bəlalarla üzləşəcəkdir.

Qız seçimində kişilərə bir neçə məsləhət

Xanımlar üçün qeyd olunanlar kişilərə də aiddir. Kişinin ilk vəzifəsi qızı, onun ailəsini yaxşıca tanımaq və bu barədə dərindən düşünməkdir. Çünki bir anda qəbul edilmiş səhv bir qərar insanın bütün həyatı boyu bədbəxtliyinə səbəb ola bilər.

Kişilərdə axtarılan təqva və əxlaq qızlarda da axtarılmalıdır. Oğlanlar gözəlliyə aldanıb şərəfsiz bir qızla evlənməməlidirlər.

"Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər". (ən-Nur surəsi; ayə 26)

Hər gözəlin və zənginin iffətli olmadığı kimi, hər iffətli və mənəviyyatlı şəxsin zahirən gözəl olmaması mümkündür. Belə olduqda, yuxarıdakı ayəyə əsasən, insan hər şeydən öncə özünü tanımalı, özünə uyğun bir həyat yoldaşı seçməlidir. Əgər gözəllik istəyirsə, onda imanın yanında gözəlliyi axtarmalıdır, gözəlliyinin yanında imanı, əxlaqı yox!

Zənginlik iki cür olur: maddi və mənəvi. Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurmuşdur: "Kim bir qadınla sırf gözəlliyinə görə evlənirsə, sevdiyi şeyi onda görə bilməz. Kim bir qadınla sırf onun malı üçün evlənirsə, Allah onu malıyla tək-təkinə qoyar". Yəni burada əsas mənəvi zənginlik götürülür. Qadının malı və gözəlliyini düşünərək onunla evlənmək xoşagəlməz nəticələrə gətirə bilər, çünki gözəllik onu poza, sərvət isə itaətsizliyə sürükləyə bilər. Meyar olaraq onun imanı, mənəviyyat və əxlaqı götürülməlidir.

Qarşılıqlı sevgi mütləqdir!

Ailə həyatının təməli qoyulduğu an bir mühüm məsələni də unutmaq olmaz. İki evlənən insan arasında sevgi olması çox zəruridir. Çünki bir-birini sevən ər-arvad ailə həyatlarında yaranan problem və çətinlikləri daha asan və rahat həll edə bilir. Bir-birlərinə güzəştə getməyi bacarırlar, qarşı tərəfi sevindirmək, xoşbəxt etmək üçün fədakar olurlar. Bu isə ailə həyatında çox mühümdür! Bir-birinə sevgi, mərhəmət və ehtiram duyan valideynlərin uşaqları da xoşbəxt, kompleksiz və sağlam olur, onları əhatə edən insanlara və cəmiyyətə çoxlu fayda və sevgi verməyi bacarırlar. Allah-Təala ər-Rum surəsinin 21-ci ayəsində belə buyurur:

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"

Ailə həyatı qurmağa hazırlaşan əziz bacı-qardaşlarımız! Bütün qeyd olunanları nəzərə alaraq özünüzü layiqincə qiymətləndirməyi bacarın. Uzun həyat yoluna çıxacağınız insanın seçimində diqqətli və ehtiyatlı olun. Çünki xoşbəxt ailəyə sahib olmaq həyatda hər şeyə sahib olmaq deməkdir. Xoşbəxt ailə həyatı isə yalnız və yalnız Allah-Təalanın qoyduğu qayda-qanunlar çərçivəsində mümkün ola bilər. Odur ki, həyat yoldaşınızın seçimində yuxarıda qeyd olunan şərtlərə əməl etməyi unutmayın!

Allah hər bir ailə qurmaq niyyətində olan insanı əsl mənada xoşbəxt etsin!



Şərhlər:
Baxılıb: 1432
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz