Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quran əxlaqında qadın və kişi
Quran əxlaqında qadın və kişi
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4443
Səs ver:
Qadınlar dünyanın ən gözəl varlıqlarındandır. Gözəl əxlaqlı, dərin mənəviyyatlı, mərhəmətli, incə düşüncəli, fədakar qadınlar ruhun şəfasıdır. Bir çox insanla müqayisədə onların ağlı, diqqəti daha kəskin, incəlikləri görmə qabiliyyətləri daha üstündür. Sevib-sevilməyi, şəfqəti, dostluğu, qardaşlığı bir çox insandan daha yaxşı bilirlər. Ata-anaları, qardaş-bacıları, həyat yoldaşları, dostları, uşaqları üçün həmişə hər yerdə çox böyük nemətdirlər.
Ancaq bu qədər dəyərli olmalarına baxmayaraq, çox təəccüblüdür ki, dünyanın hər yerində qadınlar layiqincə qiymətləndirilmirlər. Demək olar ki hər gün dünyanın hər guşəsindən zülmə, zorakılığa məruz qalan, iş tapmayan, pis münasibət görən qadınlar haqqında xəbərlər eşidirik. Qadınların başlarına gələn çətinliklər televiziya, internet saytları və qəzetlərin ən çox işlənən xəbərlərindəndir. Lakin nədənsə ən inkişaf etmiş ölkələrdə belə bu vəziyyətə lazımi həll yolu tapılmır, qadınların çəkdiyi sıxıntılar hər yerdə az-çox davam edir. Müxtəlif hüquqi tənzimləmələrin aparılmasına, cəmiyyətin bu istiqamətdə tərbiyə olunmasına, qadınların qorunması üçün bir çox tədbir görülməsinə baxmayaraq, qadınlar hələ də layiq olduqları rahatlığa qovuşa bilməyiblər.
Əlbəttə, bunun ən əsas səbəblərindən biri cəmiyyətə hakim olmuş insanların mənəviyyatındakı pozuntudur. Özləri belə sevib-sevilməkdən, şəfqət və mərhəmətdən, gözəl əxlaqdan, yaxşılıq etməkdən, fədakarlıqdan, anlayışlı olmaqdan zövq almayan insanlar, şübhəsiz ki, başqalarına da belə davranmır, buna ehtiyac hiss etmirlər. Qarşısına sadəcə "həyat uğrunda mübarizə” məqsədi qoymuş bir çox insan yemək-içmək, yatmaq, sığınacaq tapmaq kimi bəsit ehtiyaclarını qarşılamaqdan başqa heç nə düşünmür. Bir qadındakı gözəl xüsusiyyətləri, incəlikləri görmür, onun dəyərini bilib uca tutmur, şövqləndirmir, nəzakətli davranmır, özü də həyatında bu gözəllikləri axtarmır. Hətta bütün bunlar lap yaxınlığında olsa da, bəlkə bunlardan da üz çevirər, maraqlanmaz və laqeyd yanaşar. Bir çox insan dünyada yaşamaq təşvişi ilə insanpərvər xüsusiyyətlərini unutmuş,
tərk etmiş, bunlara heç ehtiyac hiss etməyəcək qədər robotlaşmışdır. Bəziləri bu səviyyədə də qalmamış, hətta daha da irəli gedərək bəzi insanlıqdan kənar xüsusiyyətlər qazanmışdır. Məhz bu anlayış nəticəsində də qadına əziyyət verəcək, xor baxacaq qədər vicdanını itirmişdir.
Bu əxlaqi pozuntunun bircə açıqlaması var: Allah qorxusunun əskikliyi. Cəmiyyətə darvinist-materialist təhsil verilməsi, insanın da, əslində, digər heyvanlardan fərqi olmadığı, güclünün qalib gələcəyi dünyada zəifləri əzərək həyat uğrunda mübarizə aparmaq inancı insanları bu hala salmışdır. Eqoistlik, mənəviyyatsızlıq, vicdansızlıq məhz bu təhsilin nəticəsidir.
Bunun əvəzinə həmin insanlara dünyadakı əməllərindən məsul olacağı, hər saniyə etdiyi rəftarın əvəzini axirətdə alacağı öyrədilsə, əlbəttə, bu insanlar Allah’dan qorxaraq ağıllarını, iradələrini yaxşılıq etmək üçün işlədər, vicdanlı olmağı öyrənərlər. Onda təkcə qadınlarla deyil, uşaqlarla, yaşlılarla, zəiflərlə, ehtiyac içində olanlarla, yetimlərlə, evsizlərlə, hüquqları tapdalanan məzlumlarla da gözəl davranarlar. Sevib-sevilməkdən, dostluqdan, yoldaşlıqdan, fədakarlıqdan zövq alarlar. İnsanlara məcbur olduqlarına görə deyil, Allah’dan qorxduqlarına görə dəyər verərlər. İnsanları incitməkdən hər vəchlə çəkinər, ağılla, vicdanla davranıb ətrafdakı insanlarla gözəl rəftar edərlər.
Allah Quranda Allah qorxusu ilə davranmağın xeyirli olduğunu belə xatırlatmışdır:

Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

Ey iman gətirənlər! Allah’dan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allah’dan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

Qadın yoxsa kişi üstündür?

Bu sualın cavabı sualın məqsədinə, millətə, adət-ənənələrə, təhsilə, ictimai quruluşa, inanclara görə fərqlənir. Bəzi xalqlarda qadın kölədir, kişi onun üzərində hakimdir. Bəzi batil dinlərdə ər öldükdə qadın da onunla birlikdə diri-diri yandırılır. Bəzi inanclara görə, qadın kəmağıldır, o bir şey dedikdə dediyinin tam tərsi edilməlidir. Bu misalları artıra bilərik, ancaq təbii ki, bu sualın əsl cavabını Qurani-kərimdə Rəbbimiz vermişdir. Qadına layiq olduğu dəyəri verən sistem İslam dinidir.
Bu günə qədər İslam xüsusilə xurafatçılar tərəfindən yanlış təqdim edilib. İnsanlar bu yanlış təqdimata görə dinin azadlıqlarını məhdudlaşdıracağını düşünürdülər. Cəmiyyət gənc, müasir, mədəni, varlı, yaraşıqlı, gözəl insanların deyil, kasıb, bayağı, təhsilsiz adamların din əxlaqı ilə yaşayacağı qənaətinə gəlmişdi. Əslində, bunun səbəbi bu düşüncəyə malik insanların İslamı əsl mənbəyindən, yəni Qurani-kərimdən öyrənməməsi idi. Allah insanlardan ancaq Quran əsaslı din əxlaqı ilə yaşamalarını istəyir.
Bu əxlaq anlayışına görə, qadın və kişi bərabərdir. Hər ikisinin vəzifələri eynidir. Allah’ın dini ilə yaşamaq və hər yerdə İslam dinini təbliğ etmək bütün müsəlmanların ən əsas vəzifələrindəndir.
Allah Quranda Onun rizasını qazanmaq üçün görülən işləri saleh əməl adlandırır. Allah’ın rizasını qazanmaq üçün saleh işlər görən qadın və ya kişi fərqlənmir. Hər ikisi müsəlmandır.
"Nisa” surəsinin 124-cü ayəsində Allah: "Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çəyirdəyi qədər haqsızlıq edilməz!” - buyurur. Yəni Qurana əsasən, bir insanın kişi və ya qadın olması deyil, Allah dərgahında necə müsəlman olması əsasdır.
Yaşadığımız axırzamanda artıq insanların birtərəfli yönləndirilməsi, məlumat əldə etmələrinin qarşısının alınması, müəyyən qəliblərə salınması mümkün deyil. Bir düymə ilə hər kəs internet vasitəsilə istədiyi məlumatı əldə edə bilir. Artıq insanları din adı altında xurafatla aldatmaq mümkün deyil. İnsanlar hər yerdən Quran əldə edə bilirlər. Qadına kəmağıl deyib 99%-nin cəhənnəmlik olduğunu iddia etsələr də, donuzla, eşşəklə, şeytanla bərabər tutub alçaltsalar da, artıq insanların şüuru buna inanmayacaq qədər açıqdır.
İslam azadlıqdır, gözəl əxlaqdır, əsl sevinc və xoşbəxtliyin mənbəyidir, sülhdür, qəlblərə şəfa mənbəyidir və ən əsası, yeganə Dostumuzun və Himayədarımızın sözüdür.
Müsəlman Rəbbimizin bu sözünü oxuduqdan sonra həyata keçirər və məhz onda onun üçün gənc-yaşlı, qadın-kişi, kasıb-varlı, gözəl-çirkin, ağ-qara fərqi qalmaz. Müsəlman olması, Allah’a boyun əymiş, səmimi qəlbdən ixlasla Rəbbinə yönəlmiş müxlis qul olması onun üçün yeganə həqiqətdir.
Bu cür din əxlaqı ilə yaşayan insan ədalətli, anlayışlı, etibarlı, doğru danışan, sadiq və vəfalı olduğuna görə, hamı onunla yaxın olmaq istəyər. Hansı dinə mənsub olsa da, hətta ateist belə olsa, belə əxlaqa malik insanın formalaşdırdığı təhlükəsiz, rahat mühitdə yaşamaq istəyər.
Allah’ın bu cür gözəl əxlaqla yaşayan müsəlmanlara bəxş etdiyi ağıl isə təqlid edilməzdir. Bir insanın xarici görünüşü nə qədər mükəmməl olsa da, Quran əxlaqı ilə yaşamırsa, ətrafına təsiri olmaz. Ancaq ağıllı, tutarlı davranışları olan, hər qərarında ağıl işlədən müsəlman hər kəsin etibarını qazanar. Məhz burada qadın-kişi fərqi olmadan idarəçi vəsfi də qazanar. Bu xüsusiyyətlərə malik müsəlman qadın və kişinin ağlına, vicdanına və fikirlərinə bütün insanlar hörmət edərlər.
Müsəlman həm də cəsurdur. Allah’a təvəkküldən qaynaqlanan etibarlı şəxsiyyəti var. Hisslərinin əsiri olmadığına görə, qəti və ağıllı qərarlar verir. Bu da səhv etməsinin qarşısını alır. Allah qorxusu vicdanının səsini gücləndirir və Allah’a olan coşqun sevgisinə görə, Allah’ın təcəllilərinə də şəfqət və mərhəmətlə yanaşır, güclü himayədarlıq hissinə malik olur.
Bu əxlaqla yaşayan müsəlmanın məqsədi ancaq Allah’ın ondan razı qalmasıdır. İnsanların razılığı üçün yaşamadığına görə, özünün və yaxınlarının əleyhinə olsa da, həmişə ədalətlə davranar.
"Nisa” surəsinin 135-ci ayəsində "Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır”.
Nəticə etibarilə, Quran əxlaqına əsasən, bir insanın qadın və ya kişi olması deyil, əməlisaleh müsəlman olması əsasdır. Allah hər kəsə hidayət versin və son nəfəsimizə qədər bizi müsəlman kimi yaşatsın.


Şərhlər:
Baxılıb: 4443
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz