Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərlər haqqında bilmədikləriniz
Peyğəmbərlər haqqında bilmədikləriniz
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 8038
Səs ver:
1. Peyğəmbərlərin dillərinə gətirdikləri ən gözəl cümlə nə olmuşdur?
- Peyğəmbərlərin ən gözəl cümləsi "La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur) cümləsidir.

2. Hansı peyğəmbərin xəstəliyi 40 il çəkmişdir?
- Əyyub Peyğəmbərin xəstəliyi 40 il sürmüşdür.

3. Hansı peyğəmbərlərin iki adı olmuşdur?
- Bəzi peyğəmbərlərin iki adı olmuşdur: Məhəmməd (s) - Əhməd, Yunus – Zunnun, İsa – Məsih, Xızr – Məliqa, Yəqub – İsrail, Yuşə ibni Nun – Zulkufl.

4. Ən uzun ömülü peyğəmbər (ə) kimdir?
- Peyğəmbərlər arasında ən çox ömür sürən Nuh (ə) peyğəmbərdir.

5. Hansı peyğəmbərlər həyatı boyu evlənməyiblər?
- Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) subay dünyalarını dəyişiblər.

6. Hansı peyğəmbərlər yer üzünün hökmdarı olmuşlar?
- Yerin üzünün şahı olmuş peyğəmbərlər, Həzrət Süleyman və Zülqərneyndir (ə).

7. Həzrət Musanın (ə) qəbrini kim qazmışdır?
- Musa peyğəmbərin (ə) qəbrini Əzrayıl (ə) qazmışdır.

8. Hansı peyğəmbər 6 aylığında dünyaya gəlmişdir?
- Həzrət Yəhya (ə) altı aylığında dünyaya göz açmışdır.

9.
Allah-təala Bəni İsraildən neçə peyğəmbər seçmişdir?
- 600 peyğəmbər Bəni İsraildən seçilmişdir.

10. Neçə peyğəmbər ərəbdilli olmuşdur?
- Dörd peyğəmbər ərəbdilli olubdur: Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Şüeyb (ə), Həzrət Məhəmməd (s).

11.
Həzrət Nuhun (ə) peyğəmbərliyi nə qədər olmuşdur?
-Həzrət Nuhun (ə) peyğəmbərliyi min ilə yaxın olmuşdur.

12. Qul kimi bazarda satılan peyğəmbər kimdir?
- Qul kimi bazarda satılan peyğəmbər, Həzrət Xızr (ə) olmuşdur. (Beləki, bazarda bir dilənçi Həzrət Xızrdan (ə) kömək istəyir. Həzrət pulum yoxdur söyləsədə dilənçi israr edir. Həzrət dilənçiyə buyurur: Məni apar qul adı ilə bazarda sat. Dilənçi Həzrət Xızrı (ə) qul adı ilə 400 dirhəmə satır).

13. Hansı peyğəmbərin başı kəsilib?
- Başı kəsilən peyğəmbər, Həzrət Yəhyadır (ə).

14. İmam Hüseynə (ə) Kərbəlada əza saxlayan peyğəmbərlər hansılardır?
- Altı peyğəmbər Kərbəlada İmam Hüseynə (ə) ağlayıblar. Onlar Həzrət Adəm (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsmayıl (ə), Həzrət Nuh (ə) və Həzrət İsadır (ə).

15. Sonuncu cənnətə daxil olacaq peyğəmbər kimdir?
- İmam Sadiqin (ə) buyuduğuna əsasən peyğəmbərlər arasında sonuncu cənnətə daxil olan peyğəmbər, Həzrət Süleyman ibni Davuddur (ə). Buna səbəbsə, Həzrət Süleymana (ə) dünyada səltənət və sərvət verilməsidir.

16. Hal-hazırda yaşayan peyğəmbər kimdir?
- Hal hazırda sağ olan peyğəmbər, Həzrət İsadır (ə).

17. Müqəddəs Quran kitabında neçə peyğəmbərin adı çəkilmişdir?
- 25 peyğəmbəril adı Qurani-kərimdə zikr olunmuşdur: Adəm, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmayıl, İdris, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Yunus, Süleyman, Davud, Əyyub, İlyas, Zəkəriyyə, Əlyəsə, İsa, Zulkufl, Yəhya, Məhəmməd (s).

18. Hansı peyğəmbərlər xalaoğlu olmuşlar?
- Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) xalaoğlu olmuşdur.


Şərhlər:
Baxılıb: 8038
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz