Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İbrətlik bir hekayə
İbrətlik bir hekayə
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2505
Səs ver:
Çox ibrətli hekayə (şeytan oxumanıza mane olacaq.Amma oxuyun)


Nənəmin bir zamanlar mənə dediyi bu sözləri yadıma salanda utanıram: "Heç namazı da gecikdirərlər?" Nənəmin yaşı yetmişi adlasa da, azan səsini eşidən kimi dərhal yerindən qalxar, dərhal dəstəmazını alar və namazını qılardı. Ancaq mən hələ də nəfsimə qalib gələ bilmirdim. Hər zaman namaza gec qalxar, ya da vaxtında qılmazdım. Bu səbəbdən namazı tez-tələsik qılmalı olurdum. Hər gün bu vəziyyətlə qarşılaşırdım.

Günlərin bir günü yerimdən qalxdım. Saata baxdım. Şam namazını yenə də gecikdirmişdim. İşa azanının verilməsinə isə hələ 15 dəqiqə qalmışdır. Peşman bir şəkildə: "Yenə də namazı gecikdirdim", - deyə öz-özümə gileyləndim. Tez bir zamanda dəstəmazımı aldım, tələsik otağıma daxil olub məcburən tələsik şəkildə namazımı qıldım. Namazdan sonra dua edərkən nənəm yadıma düşdü. "Məni yenə belə görsəydi, əsəbləşərdi", - deyə peşmançılıq hissi keçirirdim. Bir dəfə dərsdən gəlib yenə də eyni tərzdə namazımı qıldım. Həmin gün çox yorulmuşdum. Namazı bitirdikdən sonra dualarımı edib, bir az fikrə daldım. Fikrə dala-dala necə yuxuya getdiyimi belə hiss etməmişdim. Gördüyüm yuxunu yadıma salanda, indi də gözlərim yaşarır, etdiyim səhvləri düzəltmək üçün hədər verdiyim günlərin geri qayıtması üçün Rəbbimə dua edirəm. Yuxuda qiyamət qopmuşdu. Bütün insanlar məhşər ayağına yollanmışdırlar. Hər tərəf insanlarla dolu idi. Kimi yerindəcə donub qalmış, kimi də dəhşətlə ətrafına nəzər salırdı. Bəziləir sağa-sola qaçır, bəzi insanlar isə diz çökmüş və əlləri başlarının arasında nəyi isə gözləyirdilər. Sanki ürəyim yerindən çıxacaqmış kimi təlaşdan döyünürdü. Həyatda ikən qiyamət, sorğu-sual və hesab tərəzisi haqda çox şey eşitmişdim. Ancaq həmin günün bu qədər qorxunc və dəhşətli olacağını düşünməmişdim. Sorğu-sual davam edirdi. Bu an adımı çəkdilər. Qorxu və həyəcanla sağıma-soluma baxdım. Həmin izdiham sanki yarılmış, qarşımda geniş bir yol açılmışdı. Bu zaman iki nəfər qollarımın arasına girdi. Məni o izdiham arasında harasa aparırdılar. Məni bir yerə gətirdilər. Bu zaman həmin iki mələk mənim yanımdan uzaqlaşdılar. Başıaşağı şəkildə dayanmışdım. Bütün həyatım bir film kimi gözlərimin qarşısından keçib-gedirdi. Həyatıma baxa-baxa Allah şükür etdim. Çünki yaşadığım müddət ərzində savab işlər görmüşdüm. Malımı Allah yolunda xərcləmişdim . Haramlardan uzaq durmuşdum. Allahın dininə dəvət etmişdim. Namazlarımı qılmışdım, orucumu turmuşdum, vacib əməllərimi bacardıqca yerinə yetirməyə çalışmışdım. Bütün bunlar məhşər ayağında mənə bir film kimi göstərilirdi. Bunlara baxdıqca gözümdən yaş axır, Rəbbim üçün etdiklərimin yenə də az olduğunu düşünürdüm. Etdiklərimin mənə cənnət qazandırmayacağını fikirləşdirdim. O zaman yalnız məni yaradanın rəhmətini düşünürdüm. Hesabım davam etdikcə alnımdan tər axır, tir-tir əsirdim. Gözlərimi əməllərimin tərəzisindən çəkmirdim. Nəhayət adımın çəkildiyini eşitdim. Ayaqüstə durmağa taqətim qalmamışdı. Həyəcandan gözlərim bağlanmış, nəticənin nə olacağını həsrətlə gözləyirdim. Birdən o izdihamın içindən bir uğultu yüksəldi. Adımın cəhənnəmliklər arasında olduğunu eşitdikdə dizlərim sanki qırıldı. Dəhşətdən yerimdəcə donub qaldım. "Yox, bu ola bilməz. Mən həyatım boyu Allaha xidmət etmişəm", - deyə qışqırdım. Sağa-sola qaçırdım. Bu zaman iki mələk əllərimdən tutdu. İzdihamı yararaq məni səsindən qulaqların batacağı cəhənnəm oduna yaxınlaşdırırdılar. Əllərindən xilas olmaq üçün o tərəf, bu tərəfə vurnuxur, kimdənsə kömək umurdum. Ağlaya-ağlaya: "Etdiklərim... Əməllərim...Namazlarım", - deyə çığırırdım. Mələklər isə məni durmadan cəhənnəmə sürükləyirdilər. Məni alovun kənarına gətirdilər. Bu zaman qıldığım namazları xatırladım. "Onlar da məni bu əzabdan xilas etməyəcəklər", - deyə göz yaşlarımı saxlaya bilmirdim. Cəhənnəm çuxurunun yanına yaxınlaşdıqda alovun istisi üzümü sanki bişirirdi. Sonucu dəfə dönüb geriyə baxdım. Artıq ümidim qalmamışdı. Göz yaşlarım qurumuşdu. Başımı aşağı əydim. Sanki iki bükülüm oldum. Qollarımı sıxan barmaqlar açıldı. Mələklərdən biri məni alovun içinə itələdi. Birdən özümü havada, sürətlə aşağı enən hiss etdim. Bu zaman bir əlin mənə tərəf uzandığını gördüm. Məni tutub yuxarı çəkdi. Başımı qaldırıb, yuxarı baxdıqda yaşlı bir qoca gördüm. Mən artıq xilas olmuşdum.Ondan kim olduğunu soruşduqda mənə belə dedi: "Mən sənin namazlarınam". Ondan niyə bu qədər gecikdiyini, son anda məni xilas etdiyin soruşdum. O isə başını aşağı sallayaraq qəmgin-qəmgin mənə belə dedi: "Sən məni dünyada ikən gecikdirib sona saxlamırdınmı?! Yəqin ki, bütün bunları yaxşı xatırlayırsan". Bu zaman yuxudan ayıldım. Tər-qan içində idim. Çöldən gələn səsə diqqətlə qulaq asdım. İşa azanı verilirdi. Dərhal yerimdən qalxıb, dəstəmaz almağa qaçdım...



Şərhlər:
Baxılıb: 2505
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz