Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəbirdən qalxan zaman insanın dadına çatan əməllər
Qəbirdən qalxan zaman insanın dadına çatan əməllər
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2082
Səs ver:
 
Qiyamət gününün ən dəhşətli və vahiməli saatlarından biri insanın qəbirdən çıxmaq saatıdır. ALLAH Təala buyurur: "O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar. Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün”. ("Məaric” 43-44).

Məsud nəql edir: "Mən İmam Əlinin (ə) xidmətində əyləşmişdim. Həzrət (ə) buyurdu: "Həqiqətən, Qiyamət günü 50 mövqe (hissə) olar ki, hər biri də min il çəkər. Birinci mövqe qəbirdən çıxmaqdır ki, min il soyunmuş bədənlə, ayaqyalın, ac və susuz halda saxladılarlar. Hər kim qəbrindən ALLAHa, behiştə, cəhənnəmə və Qiyamət gününə imanla çıxarsa, ALLAHı və Peyğəmbərini (s) təsdiq edərsə, aclıq və susuzluqdan nicat tapar”.

İmam Əlinin (ə) "Nəhcul-bəlağə”dəki xütbələrindən birində buyurulur: "O gün ki, ALLAH birinci və sonuncu xəlqini hesaba çəkmək üçün bir yerdə toplayar, insanların halı o günü belə olar ki, təvazökar halda dayanarlar. Tərləri ağızlarına qədər çatar, yer onları çətinliklə özündə sığışdırar. Onların içində o kəslərin halı yaxşıdır ki, ayağını qoymağa yer olar. Bacardığı qədər nəfəs ala bilər”.

Qəbirdən qalxan zaman insanın dadına çatan əməllər:

1. İmam Sadiq (ə) buyurur: "Hər kəs möminin qəmini aradan aparar, ALLAH Təala da onun axirət qəmini aradan aparar və qəbrindən elə qalxar ki, qəlbi sərin olar”.

2. İmam Sadiq (ə) buyurur: "ALLAH Təala mömini qəbrindən çıxardan zaman onunla bir yerdə misalı da bayıra çıxar. Mömin Qiyamət gününün qorxulu hadisələrini hər nə qədər görsə, misalı ona deyər: "Qəmgin olma və qorxma, müjdə olsun sənə ALLAH Təalanın kəramət və sərvərliyinə görə”. ALLAH Təala onun hesabını asan edər. Onu behiştə göndərər və misalı da qarşısında olar. Mömin ona deyir: "ALLAH sənə rəhmət etsin ki, mənim üçün yaxşı rəfiq idin. Qəbirdən mənimlə bir yerdə çıxdın, davamlı olaraq mənə müjdə verdin. Sən kimsən?”. Deyər: "Mən o sevinc və şadlığam ki, dünyada olan zaman mömin qardaşının qəlbinə daxil etmişdin. ALLAH Təala məni yaratmışdır ki, sənə müjdə verəm”.

3. İmam Sadiq (ə) buyurur: "Hər kim mömin qardaşına yay və ya qış paltarı ilə geyindirərsə, ölüm çətinliyi onun üçün asan olar, qəbri genişlənər, qəbirdən çıxan zaman mələkləri müjdə ilə qarşılayar. Yəni, mələklər ona müjdə verərlər: "O böyük vahimə onları kədərləndirməz və mələklər onları (təbriklə) qarşılayar(aq deyərlər): «Bu, (dünyada) sizə vəd olunmuş həmin o gününüzdür». ("Ənbiya” 103).

4. Ramazan ayının əvvəllərində "Cövşən Kəbir” duasını oxumaq. Şeyx Təbərsi nəql edir ki, Məaz ibni Cəbəl Peyğəmbərimizin (s) yanında əyləşmişdi. Məaz deyir: "Ya RəsulALLAH! Mənə sur çalanan gündən xəbər ver”. Həzrət (s) buyurur: "Ey Məaz! Böyük bir məsələdən sual verdin. Mənim ümmətimin on dəstəsi dağınıq halda məhşur olacaqdır ki, ALLAH onları müsəlmanlardan ayırar və simalarını dəyişər:

1) Bəziləri meymun simasında olar. (Söz gəzdirən insanlar).

2) Bəziləri donuz simasında olar. (Haram qazanc əldə edənlər).

3) Bəzilərinin üzü aşağıda və ayaqları yuxarıda olar və onları üzü üstə məşhərə gətirərlər. (Sələm yeyənlər).

4) Bəziləri kor olar. (Zülmlə hökm çıxaranlar).

5) Bəziləri kardırlar. (Xudbin insanlar).

6). Bəzilərinin dili topuq vurar və ağızlarından çirk və qan axar. (Sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyən alimlər və qazilər).

7). Bəziləri kəsilmiş əl və ayaqla məşhur olarlar. (Qonşularına əziyyət edənlər).

8). Bəziləri atəşli ağacdan asılı olarlar. (Sultan yanında insanların sözünü gəzdirənlər).

9). Bəziləri murdar kimi iylənər. (Mallarında ALLAHın haqqını rədd edib, şəhvətə üz tutanlar).

10). Bəziləri mis paltara bürünər ki, hər yerini əhatə edərlər. Köynəkləri dərilərinə yapışmış olar. (Məğrur və təkəbbürlü insanlar).

ALLAH bizləri bu 10 dəstədən etməsin və Qiyamət günü bizləri üzü gülüb, sevinənlərdən qərar versin.



Şərhlər:
Baxılıb: 2082
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz