Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın əməllərini yazan mələklər kimdir?
İnsanın əməllərini yazan mələklər kimdir?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1899
Səs ver:
"Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır). Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər”. ("İnfitar” 10-12).

"(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər”. ("Qaf” 17).

"İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, ALLAHın əmri ilə daim onu qoruyurlar”. ("Rəd” 11).

Beləliklə, bu ayələrdən göründüyü kimi insanın əməllərini yazan bu iki mələk Rəqib və Ətiddir. Elə bir söz yoxdur ki, sənin ağzından çıxsın və bu mələk onu yazmasın.

ALLAH Təala buyurur: "Biz ona şah damarından da yaxınıq”. ("Qaf” 16).

Şübhəsiz ki, ALLAH hər şeydən əvvəl və hər şeydən daha yaxşı əməllərimizə nazir və şahiddir. Ancaq məsuliyyət hissini artırmaq üçün biz insanların əməllərinə gözətçilər qoymuşdur ki, onların bir qrupu bu mələklərdir. Onlar Qiyamət günü bizim əməllərimizə şəhadət verəcəklər.

ALLAH bizim sağ və sol tərəfimizə bu iki mələyi hakim etmiş və onları əməllərimizi yazması üçün vəzifələndirmişdir. Onlardan biri yaxşı və o birisi isə pis əməllərimizi yazarlar. Yuxarıdakı ayələrə nəzər salsaq, görərik ki, bu mələklər bizim həm yaxşı və həm də pis əməllərimizi saxlayıb hifz edər və qeyd edərlər.

Təbərsi yazır: "Rəqib, yəni o hafiz ki, heç bir şey ondan gizli deyildir. Ona görə də Rəqib, yəni əməllərimizi hifz edən. Ətid, yəni hazır deməkdir. Ona görə də Ətid, yəni əməlləri qeyd etməyə hazır olan hafiz”.

Niyə bu iki mələyə "kərami katibin” deyirlər?

1. Bu mələkləri ona görə belə adlandırırlar ki, insanlar əməllərinə daha çox nəzarət edə bilsinlər. İnsan əgər bilsə ki, onun əməllərinə başqa bir qüvvə nəzarət edir, etdiyi günahdan xəcalət çəkər. Katibin ona görə adlandırılıblar ki, onlar bu əməlləri hafizələrində saxlamaqla yanaşı, onu həm də yazırlar. Ona görə heç birini unutmurlar, ən kiçiyini və ən böyüyünü belə.

2. Bu mələklərin kəramətindən biri budur ki, insan yaxşı bir işi niyyət edib, yerinə yetirməsə belə, mələklər onu yazarlar. Məsələn bir xəstəxana və ya bir yol çəkməyi niyyət edirsən, ancaq imkanın olmadığın üçün onu inşa edə bilmirsən, yaxud axıra çatdıra bilmirsən. Lakin mələklər həmin bu niyyəti sənin əməl dəftərinə yazarlar. Əgər günahı niyyət etsən, onu yerinə yetirməyincə, günah yazmaz. Əgər yaxşı əməl görərsənsə, onu 10 bərabər yazar.

3. Mələkələrin başqa bir kəraməti budur ki, əgər biz bir günah işlətsək, ALLAH bizə 7 saat möhlət verər, əgər istiğfar etsək, o, günahı yazmaz


Şərhlər:
Baxılıb: 1899
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz