Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həzrəti Əlinin (ə) ömrünün son dəqiqələrində etdiyi vəsiyyəti
Həzrəti Əlinin (ə) ömrünün son dəqiqələrində etdiyi vəsiyyəti
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 404
Səs ver:

Əmirəl Mömininin yeddinci vəsiyyəti. "Əmr be məruf” və "nəhy əz münkər” etməyi yaddan çıxartmayın, bu iki prinsipi tərk etmək pis və napak insanların sizlərə hakim kəsilib zülm etmələrinə səbəbi olacaq, sonra da sizin yaxşılarınız nə qədər dua etsələr də, duaları qəbul omayacaq.
 
Həzrəti Əlinin (ə) ömrünün son dəqiqələrində etdiyi vəsiyyəti
 
Milli.Az ABNA-ya istinadən bildirir ki, İbni Mülcəm (lənətullahi əleyh) o daş ürəkli və özünü müqəddəs kimi göstərən qatil, 40-cı hicri ilində ramazan ayının 19-da səhər vaxtı Məsciddə namaz qılarkən Əli (əleyhis salam)-ın başına zərbə endirdi. Əli əleyhissalamın yarılmış başından axan qan Məscidin mehrabını Həzrətin al qanına qərq etdi. İmamı mənzilə apardılar. Üç gün evdə yataqda uzandı. Bu müddət ərzində çoxlu insanlar onun görüşünə gəldilər... Nəhayət Mübarək Ramazan ayının 21-ci gecəsi ALLAHın evində dünyaya göz açmış insan sonuncu vəsiyyətini etdikdən sonra ALLAHın evində də dünyasını dəyişərək Pərvərdigarına qovuşdu...

İmam Əlinin (əleyhis səlam) ömrünün axır vaxtlarında buyurduğu vəsiyyətnaməsi
 
Əmirəl Möminin (əleyhis səlam) ALLAH-Təalanın şəriksiz olmasına şəhadət verir və həzrəti Muhəmmədin (səlləllahu əleyhi və alih) ALLAHın bəndəsi və onun Elçisi olduğuna iqrar edir. ALLAH onu Peyğəmbər olaraq göndərdi ki, öz dinini onun köməkliyi ilə, digər dinlərə qələbə çaldırsın. Mənim namazım, ibadətim, həyatım və yaşayışım ALLAH üçündür. Onun şəriki yoxdur, mən bu işə əmr olmuşam və ona təslim olanlardanam, deyə həzrəti Əli (əleyhis səlam) buyurdu: "Oğlum Həsən! Sən, bütün övladlarım, Əhli-Beytim və bütün o kəs ki, yazdığım məktub ona çatacaq - sizi aşağıdakı işlərə tövsiyə edirəm:
 
1. İlahi təqvanı heç vaxt yaddan çıxartmayın, çalışın, ömrünüzün son anınacan ALLAHın dinində qalasız.
 
2. Hamılıqla ALLAHın ipindən yapışın, iman və ALLAHşünaslığı meyarı qərar verib bir araya gələrək birləşin və təfriqə salıb ikitirəlik yaratmaqdan çəkinin, Peyğəmbər buyurub: "Camaat arasındakı münaqişələrin həll edilməsi, daim oruc tutub, namaz qılmaqdan fəzilətlidir. Din yalnız fitnə-fəsad salmaqla aradan gedər.”
 
3. Yaxınlarınız və qohumlarınızı yaddan çıxartmayın, silei-rəhm edin ki, silei-rəhm ALLAH yanında isanın sorğu-sualını yüngülləşdirir.
 
4. Sizi and verirəm ALLAHa! Yetimlərlə xoş davranın, olmaya ac və baxımsız qalsınlar.
 
5. Sizi and verirəm ALLAHa! Qonşularınızla xoş rəftar edin, Peyğəmbər qonşu haqda o qədər tapşırıqlar buyurdu ki, güman etdik, qonşu bizdən irs aparacaq.
 
6. Sizi and verirəm ALLAHa! Qurana əməl edin, olmaya digərləri əməl etməkdə sizdən önə keçərlər.
 
7. "Əmr be məruf” və "nəhy əz münkər” etməyi yaddan çıxartmayın, bu iki prinsipi tərk etmək pis və napak insanların sizlərə hakim kəsilib zülm etmələrinə səbəb olacaq, sonra da sizin yaxşılarınız nə qədər dua etsələr də, duaları qəbul omayacaq.
 
8. Sizi and verirəm ALLAHa! Namaz qılın. Namaz dinin sütunudur.
 
9. Sizi and verirəm ALLAHa! Kəbə evini qoruyun. Olmaya həccə getməklik tətil ola. Əgər tətil olarsa, möhlət verilmədən digərləri sizlərə qələbə çalarlar.
 
10. Sizi and verirəm ALLAHa! ALLAH yolunda Cihad edin. Bu yolda öz canınız və malınızdan heç bir şey əsirgəməyin.
 
11. Sizi and verirəm ALLAHa! Zəkat verin. Zəkat ALLAHın əzablı atəşini söndürür.
 
12. Sizi and verirəm ALLAHa! Peyğəmbərin nəslinə diqqət yetirin. Olmaya onlara zülm olunsun.
 
13. Sizi and verirəm ALLAHa! Peyğəmbərin səhabələri və köməkçilərinin qədrlərini bilin. ALLAHın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onları tapşırıb.
 
14. Sizi and verirəm ALLAHa! Kasıbların hayına qalın. Onları öz həyatınızda özünüzə şərik qərar verin.
 
15. Sizi and verirəm ALLAHa! Qullarla ALLAH buyuran kimi rəftar edin ki, Peyğəmbərin sonuncu buyuruqları onlar haqqında idi.
 
16. ALLAHın razılığı olan işlərdə çalışın və camaatın (bu işin əleyhinə müxalif olduqları zaman) dediklərinə qulaq asmayın.
 
17. Camaatla Quran buyurduğu kimi xoş və gözəl rəftar edin.
 
18. Aranızdakı dostluq əlaqələrini gücləndirin, bir-birinizə yaxşılıq edin. Kənara çəkilib, əlaqələrə son qoyub, ikitirəlik salmaqdan pəhriz edin.
 
19. Xeyir işlərə bir-birinizin köməkliyi ilə, birlikdə əncam verin. Günah işlərdə həmkarlıq etməkdən həmçinin kin-küdurətə gətirib çıxaran düşmənçilik yaradan işlərdə yardımçı olmaqdan pəhriz edin.
 
20. ALLAHdan (ona qarşı üsyan etməkdən) çəkinin. Onun cəzaları çox şiddətlidir.
 
ALLAH sizi himayəsi altında hifz etsin, Peyğəmbər ümmətinə də, sizin (yəni Əhli-Beyt əleyhimus səlam) və Peyğəmbərin hörmətini saxlamaq üçün tofiq əta etsin. Sizi Allha tapşırıram. Vəssəlamu əleykum və rəhmətullah...”
 
Bəziləri buyurur ki, İmam vəsiyyətini qurtardıqdan sonra bir ləhzə bihuş oldu, yenidən huşa gəldikdən sonra zilzal sürəsinin sonuncu ayəsini "Hər kim zərrə qədər yaxşı iş görərsə, onun xeyrini görəcək və hər kim zərrə qədər pislik edərsə, onun cəzasını çəkəcək” - oxudu və sonra ruhu mübarək bədənindən ayrılanacan "Lə İləhə illəllah” zikrini dedi və gözlərini yumdu.
 


Şərhlər:
Baxılıb: 404
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz