Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ey ölümlü fani nəfsim!
Ey ölümlü fani nəfsim!
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2260
Səs ver:

"Ey ölümlü fani nəfsim!
Əlbəttə bir gün nəfəsin kəsiləcək.
Həm də heç ümid etmədiyin bir anda, heç gözləmədiyin bir yerdə.
Bax o zaman ümidlərin tükənəcək, dünyan qaralacaq, göz qapaqların heç açılmamaq üzrə bağlanacaq, aglaşanları eşidə bilməyəcək qədər karlaşacaqsan. Ürəyindən heç bir səs gəlməyəcək, nəbzin heç atmayacaq. O qürurla, qürurla, firon kimi tozları sovurduğun ayaqlarının macalı kəsiləcək, nə qədər günahlar işlədiyin əllərin iki yanında mıxlanılmış kimi dayanacaqlar.
O xain gülüşün ilə, heç solmayacaqmış kimi dayanan üzün büzülüb solacaq bir əda və abus bir çöhrə ilə tərk edəcəksən o çox sevib, uğruna ən qiymətli şeylərini tərəddüdsüz fəda etdiyin dünyanı…
Və tərk ediləcəksən dostların tərəfindən, kürəklərindən atılan torpağın altında buraxılaraq!
Nə nəsilin, nə malın, nə canın, nə rütbən, nə də dünyəvi dostların heç bir təsəlli verə bilməyəcəklər sənə…
O dəm səslər kəsiləcək, tək rəngli dünyana köç edəcəksən!
Qışqırmaq istəyəcəksən qışqıra bilməyəcəksən, peşman olduğunu dəfələrlə qışqırmaq istəyəcəksən, dilin tutulacaq…
Geri dönmək istəyəcəksən, ‘Bir dəfə daha!' deyəcəksən.
Qapılarn sıx bağlı olduğunu görəcəksən.
Hıçqıra hıçqıra ağlamaq istəyəcəksən, gözündən tək damla yaş axmadığını görəcəksən.
Öz-özünə heiflənib, beş pul qiyməti olmayacaq serzenişlerde tapılacaqsan.
Eləcə; sən vardım dedin, yox oldun !!…
Sən oldum dedin öldün !!…
Sən bildim dedin unuduldun !!…
Gözün varkən görmədin, qulağın varkən dinləmədin, ürəyin varkən hiss etmədin, ağılın varkən anlamadın…
İndi hamısını itirdin.
Sənə xidmət edən bütün arzuların; artıq sənin nankorluğun,vəfasızlığın, əmanətə xəyanət etməkliyin üzündən səndən şikayət etməyə başlayacaqlar.
Ey miskin nəfsim!
Ən kiçik bir mənfəətin üçün, ən xəbis şeytanların ayaqlarını öpəcək qədər zillətə düşürsən.
Sonsuz və həqiqi bir mənfəət üçün niyə başını səcdəyə aparmaqda tərəddüd edirsən?
Hansı cəsarətlə qullugun izzətini əlinin tərsiylə itələyirsən?
Qaranlıq və soyuq cəhənnəm atəşinin səni yandırmayacağına dair əlində bir sənədmi var?
O qurucuq və dar qəbirə qoyulmamaq üçün bir təəhhüdmü almısan yoxsa?
Titrə nəfsim, titrə!
Titrə də özünə gəl!
Çünki ölüm gəlincə titrəyə bilməyəcəksən…"

 



Şərhlər:
Baxılıb: 2260
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz