Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Namaz və onun təsiri
Namaz və onun təsiri
Göndərən: Roza-Angel
Şərhlər:
Baxılıb: 6818
Səs ver:


0–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: "Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”
Mən layəhzuruhul-fəqih. c.1,s.206.
***

11–İmam Sadiq əleyhissalam buyurur: Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.
Biharul-ənvar /82/236.
***

12–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: "Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
Biharul-ənvar , c.99, s.14.
***

13–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.
Biharul-ənvar /83/14.
***

14–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: "Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.
Biharul-ənvar, c.69, s.408.
***

15–İmam Əli əleyhissalam buyurur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”
Təsnifu Qürərul-hikəm, səh.175.
***

16–İmam Baqir əleyhissalam buyurur: "Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”
Biharul-ənvar , c.7, s.267.
***

17–İmam Sadiq əleyhissalam buyurur: "Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar).
Biharul-ənvar, c.2, s.236.
***

18–İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar: Allahdan başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.
Xisal /432.
***

19–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri ilə yaxşı rəftar edib ona itaət etməsidir.


Şərhlər:
Baxılıb: 6818
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz