Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İffət nədir? İffətin növləri. İffətin gətirdiyi faydalar
İffət nədir? İffətin növləri. İffətin gətirdiyi faydalar
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1198
Səs ver:
Hər bir möminin bariz sifətlərindən biri - iffətli olmasıdır. İffətli insan özünü elə bir tufanlı dəryada görür ki, heç bir nəfsani burulğanlar ona qələbə çala bilməz.

İmam Sadiq (ə) buyurur: "Cəfərin (İbni Muhəmmədin (ə)) ardıcılları o kəslərdir ki, qarınpərəstlik və şəhvət qarşısında çox sayda iffətə və səyə malikdirlər. Onun savabına ümid bəsləyirlər. Onun cəzasından qorxarlar. Nə zaman kimisə bu sifətlə görsən, onlar mənim ardıcıllarımdır”.
İmam Əli (ə) buyurur: "Ən yaxşı ibadət - iffətdir”.
 
İffətin növləri:

1. Fikir iffəti.
İnsanın fikri hər nə qədər ali olarsa, kamala daha çox meyl edərsə, tez bir zamanda təkamülə çatacaqdır.

2. Baxış iffəti.
Göz - qəlbin qapısıdır. O şey ki, gözlə daxil olar, bəzən onu səadət mənzilinə və bəzən də zillətə çəkər.

3. Ünsiyyət iffəti.
İctimai fəaliyyətlər insanın istedadlarını çiçəkləndirə bilər. İslam sağlam ictimai rabitələri həmişə mədh etmişdir. Ancaq bu rabitələrin öz ədəb və şərtləri vardır ki, bu da ictimai rabitələrdə olan iffətdir. Yəni rabitə quran zaman mömin gərək iffətinə riayət etsin.

4. Danışıqda iffət.
Danışıqda da mömin iffətinə riayət etməli və nalayiq sözlərdən çəkinməlidir.

İffətin gətirdiyi faydalar:
1. Həya. Həya daxili bir qüvvədir ki, insanın daxilən qorunması kimi də mənalandırılır.
2. Güzəşt. İffətli insan özünün bəzi haqlarından keçməyi və güzəşt etməyi bacarır. ALLAHın razılığını hər şeydən üstün bilir.
3. Səbir. Nəfsini hər bir istəyin və xahişin qarşısında saxlamaq.
4. Nizam. İffətli insanın həmişə əxlaqi qərarları və qaydaları olar ki, hansı işi görsə bu qayda-qanunlara əsasən edər.

Ailə üçün gətirdiyi faydalar:
1. Ailədə rahatlıq və etimad yaradar. İffətli ailə üzvləri həmişə bir-birinə etimad edərlər. Bu etimadın sayəsində də rahatlığa çatarlar.
2. Ailədə eşq və səmimiyyət yaradar. İffətli insanlar sevgi və səmimiyyəti həmişə ailələrində axtararlar.

Cəmiyyət üçün gətirdiyi faydalar:
1. İctimai təhlükəsizlik. O cəmiyyətdəki insanlar iffətə riayət edər, nəinki özləri rahatlıq və təhlükəsiz şəraitdə olarlar, bəlkə onunla rabitədə olan hər kəs rahat və təhlükəsiz olar.
2. İnsana hörmət. O kəs ki, iffətlidir, ruhi rahatlığı olduğu üçün başqaları ona hörmət və ehtiram edərlər. Ona xüsusi dəyər verərlər.


Şərhlər:
Baxılıb: 1198
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz