Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı əməllərin savabı ikiqat olur?
Hansı əməllərin savabı ikiqat olur?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3119
Səs ver:
 Qurani-Kərimin ayələrində bəzi xüsusiyyətlər tanıdılır ki, hər bir insanda onlar olarsa, savab və mükafatı ikiqat olar.
"(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbir etdikləri üçün onlara iki dəfə əcr veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər” ("Qəsəs” 54).
 
Çətinliklərdə səbir etmək
Abdullah ibni Məsud nəql edir: "Bir gün mən və məndən başqa beş nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə getdik və biz çox ac idik. 4 ay idi ki, sudan, süddən və ağac yarpağından başqa heç nə yeməmişdik. Dedim: "Ya RəsulALLAH! Səbrimiz tükənib, nə qədər ac qalacağıq?”. Həzrət (s) buyurdu: "Belə fikirləşməyin ki, bir gün naz-nemət içərisində yaşayacaqsınız, bəlkə səbriniz olsun. ALLAHa şükür edin. İslamın əvvəllərində Qureyşin bu qədər əziyyətinə baxmayaraq, onlar necə səbir edirdilər?”.
Həzrət (s) başqa yerdə buyurur: "Mən Quran və başqa səma kitablarını qiraət etdim və behiştə səbir edənlərdən başqasının daxil olmayacağını gördüm. ALLAH səbir nemətini bizə də mərhəmət etsin”.
Bu hədislərdən məlum olur ki, səbrin savabı ikiqat olur. Yəni, ALLAH fəzilətli əmələ mükafat verməklə yanaşı, bir mükafat da səbrə görə verər.
Abdullah İbni Məsud nəql edir: "Dedim: "Ya RəsulALLAH! Səbredənlər kimlərdir?” Buyurdu: "O kəslərdir ki, ibadətdə, itaətdə, ALLAHın əmrlərini yerinə yetirən zaman, günahdan çəkinən zaman səbir edərlər. O kəslər ki, halal ruzi ardınca gedərlər. Xərcləyən zaman da mötədildirlər. Həmişə elmin fəzilətini başqa şeylərdən üstün bilirlər. Onlar xilas olmuş və nicat tapmışlardır. Ey ibni Məsud! Səbir edənlər təvazökarlığa, vüqara, rahatlığa, təfəkkürə xoş əxlaqa və ədalətə malikdirlər. Bildiklərini başqalarına öyrədər və ibrət alarlar. Uzaq düşüncəli, təqvalı, yaxşı əməl sahibidirlər. Özlərini ALLAH yolunda xərcləyərlər. Onların dostluq və düşmənçiliyi ancaq ALLAH razılığı üçündür. Əmanətə əda edər, ədalətlidirlər. Hökm verən zaman da ədalətə riayət edərlər. Əgər bir şeydən xəbərləri varsa, şəhadət verərlər. Haqq əhli ilə həmkardırlar. Günahkarın qarşısını alarlar. Onlara zülm edənlərə güzəşt edərlər. İbni Məsud! Səbir edənlər o kəslərdir ki, əgər bir bəlaya düşsələr, səbir edərlər. Əgər onlara bir şey əta olunarsa, ALLAHa şükür edərlər. Danışan zaman düz danışarlar. Əgər söz versələr və ya əhd bağlasalar, vəfa edərlər. Əgər onlar günah işlədərlərsə, istiğfar edərlər. Nə zaman xidmət və ya ehsan etsələr. sevinərlər. "Rəhman (olan ALLAH)ın (həqiqi) bəndələri yer (üzün) də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər”.("Furqan” 63-64). İbni Məsud! Məni məbus edən ALLAHa and olsun ki, bunlar səbredənlərdir”.
 
Pisliyə yaxşılıqla cavab vermək
Bu insanlar kafirlərdən nalayiq söz eşidən zaman, onlara gözəl və bəyənilmiş cavablar verərlər. Onlar nalayiq rəftar və danışıqları bəyənilmiş sözlərlə cavab verirlər. İmam Cəfər Sadiq (ə) buyurur: "Onlar nadan insanların əziyyətini səbir və mülayimlik və sevgi ilə özlərindən uzaqlaşdırırlar”.
 
Mallarından infaq edərlər
İnsanların bir çoxu güman edir ki, infaq etmək daha çox infaq alan insana fayda gətirər. Halbuki, bu, belə deyildir. Ən çox mənfəət, infaq edənə aid olur. İnsan həqiqətdə ixtiyarında olan şeyləri ehsan edərək, ALLAHa yaxınlaşar və həsəddən, tamahdan uzaq olar. Belə bir insan ixtiyarında olan və ən çox sevdiyi şeyləri başqasına verər. Bu hiss insanda ALLAH sevgisini artırar, insanı dünyaya bağlanmaqdan uzaqlaşdırar. Ona görə də infaq insana dünya və axirət səadəti bəxş edər.
 
Yersiz sözlərdən çəkinmək
ALLAH insanın ixtiyarında elmə, biliyə və agahlığa çatmaq nemətini qərar vermişdir. ALLAH insana heç bir fayda gətirməyən sözlərdən uzaq olmağı tövsiyə edir. Belə ki, yersiz söz danışmaq insanı kamala çatmaqdan saxlayar. Yersiz söz danışmaqdan uzaq olmağı isə kəramətin nişanəsi hesab edir. "(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik»”. ("Qəsəs” 55).
 Beləliklə, səbir edənlər, pisliyə yaxşılıqla cavab verənlər, infaq edənlər və yersiz sözdən uzaq olanların mükafatı ikiqat olar.


Şərhlər:
Baxılıb: 3119
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz