Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cennet yolu
Cennet yolu
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 2234
Səs ver:

http://imgs.su/tmp/1315223539-656.jpg
 

Bir elin, bir məmləkətin xosbəxtliyi onun vətəndaşlarının duyğuları ilə bağlıdır. Sevməyi bacaran insanların yaşadığı cəmiyyət gülüstan olar. Sevmək bizə ALLAHın neməti, həm də  əmridir. Bir-birini sevən insanlar sevgi bağı ilə xoşbəxtliyə qovuşacaqlar. Uca Kitabımız Qurani-Kərimdə, Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s) hədislərində sevgidən bəhs olunur və insanlar bu xoşbəxtlik iksirindən faydalanmağa çağırılır.

Əsl sevgi qarşılıq gözləmədən, bir şey ummadan bəslənən münasibətdir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s)  müsəlmanları bu cür sevməyə çağırır və dönə-dönə buyururdu ki, əgər siz ALLAHın yaratdığı bəndəni ALLAH xatirinə sevsəniz, ALLAH da sizi sevər. Bu mövzuda uca Peyğəmbərimizin bir söhbətini diqqətinizə çatdırmaq istəyirəm:

“ Bir nəfər qonşu kənddə yaşayan mömin dostunu ziyarət etmək üçün yola çıxır. ALLAH-Təalanın göndərdiyi mələk onun yolunun üstündə oturur və gözləyir. Həmin adam gəlib keçəndə mələk onu saxlayıb soruşur:

   Hara gedirsən belə ?

      Qonşu kənddə mömin dostum var, gedirəm onu ziyarət eləməyə,- deyə adam cavab verir.

Mələk yenə soruşur:

     Sənin nə mənfəətin , nə xeyrin var ki, bu boyda yolu zəhmət çəkib o adamı ziyarətə gedirsən?

         Xeyr, heç bir mənfəətim yoxdur. Sadəcə, o dostum çox gözəl insandır, aldığı hər nəfəsdə ALLAHı düşünür. İnsanları da ALLAH xatirinə çox sevir. Mən də bu xüsusiyyətlərinə görə o adamı çox sevirəm və onu ziyarət etməyə gedirəm.

     Bir halda ki, sən o dostunu ALLAH xatirinə sevirsən, onda bil ki, mən insan deyiləm, insan cildinə girmiş bir mələyəm. ALLAH-Təala məni göndərib ki, burada oturub sənin niyyətini öyrənim və sənə deyim ki, bu sevginə görə ALLAH-Təala da səni sevir... ”

Bəli, dostunu ziyarət üçün yola çıxmış adam həyatının ən xoş anlarını yaşayır. Insan üçün  bundan böyük xosbəxtlik nə ola bilər axı? Səni ALLAH sevir. Bu, insanın qazanacağı ən yüksək xoşbəxtlik mərtəbəsidir. Əgər insanlar  bir-birlərini ALLAH xatirinə sevsələr, ALLAH da insanları sevər. Bu cür insanlar heç vaxt yalan danışmaz, ara vurmaz,  ikiüzlülük etməz, ədalətsiz qərar verməzlər.

 

http://imgs.su/tmp/1315223636-656.jpg


Əziz oxucular! Siz də bir-birinizi sevin, elə sevin ki, o sevginizə görə ALLAH da sizi sevsin. Əsl sevgi cənnət yoludur, sevgi ilə yola çıxın, sevgi ilə mənzilə varın!

 



Şərhlər:
Baxılıb: 2234
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz