Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazanda tövbə etməyə tələsək
Ramazanda tövbə etməyə tələsək
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1347
Səs ver:
Bu ay müqəddəs ay olub 11 ayın "sultanı” adlandırılır. Bu ayda oruc tutmaq hər bir müsəlman üçün vacibdir. Qurani-Kərimdə belə buyrulur: ”Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə buna görə siz pis əməllərdən çəkinəsiniz” (Bəqərə, 183). Ramazan ayında biz oruc tutmaqla səbrli olmağı və nəfsimizi tərbiyə etməyi öyrənirik.

Oruc məhz Allah üçün, Allah rizası üçün tutulur və mükafatı da Allah təala tərəfindən verilir. Hədisə görə, Allah deyir: "Adəm oğlunun orucdan başqa hər bir əməli onun özü üçündür,oruc isə Mənim üçündür və onun mükafatını özüm verəcəyəm”. Başqa bir hədisdə isə deyilir: "Elə bir bəndə olmaz ki, Allah yolunda bir gün oruc tutsun və Allah bu günün sayəsində onun üzünü yetmiş oddan uzaq etməsin”.
Səhih hədislərdə deyilir ki, Peyğəmbər (s.a.a) Ramazan ayının gəlişi münasibətilə öz səhabələrini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (s.a.a) buyurub: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyir istəyən kəs! Buyur!. Ey şər istəyən kəs! Geri çəkil!. Və hər gecə Allah təala cəhənnəmdən kimlərisə xilas edər".
Peyğəmbər (s.a.a) buyurub: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təala sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təala sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".
Peyğəmbər (s.a.a) buyurub: "Kim imanla, əcrini Allahdan umaraq Ramazan ayında oruc tutarsa, keçmiş günahları bağışlanar. Kim imanla, əcrini Allahdan umaraq Ramazan ayını namazla (burada təravih və gecə namazları nəzərdə tutulur) keçirərsə, keçmiş günahları bağışlanar. Kim Qədr gecəsini imanla və əcrini Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar”.
Ümumiyyətlə, Ramazan ayında oruc tutmaq və ibadət etməyin fəziləti haqda hədislər çoxdur.
Mömin bəndə bu fürsətdən səmərəli istifadə etməlidir. Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Allah təalanın ona vacib etdiyi əməlləri layiqincə etməlidir.
Ramazan ayı Allahın rəhmət və bağışlanma ayı olduğuna görə, bu ayda tövbənin də xüsusi yeri vardır. Çünki bu ay insan üçün özünütərbiyə ayıdır.
Tövbə günah və çirkin olan şeylərədən üz döndərib, yaxşı və gözəl olan şeylərə doğru yola qayıtmaqdır. İstiğfar günahın pisliyini görüb, ondan üz çevirmək və Allahdan əfv diləməkdir.
Peyğəmbərlər günaha yol verməzlər. Onlar günah işləməkdən mühafizə ediliblər. Peyğəmbərlərin xaricindəki insanlar isə az və ya çox dərəcədə səhvə yol verə bilər, günah işləyərlər. Günah işləyən bir insan Allahın qarşısında cavabdehdir və əzab çəkməyə layiqdir. Hər xəstəliyin bir əlacı olduğu kimi, günahlardan təmizlənməyin də əlacı tövbə etmək, öz günahlarının bağışlanmasını istəməkdir.
Allah təala öz qullarını tövbə etməyə çağıraraq belə buyurur: "Ey Möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!” (Nur, 31).
Bu ayədə möminləri tövbə etməyə çağıran Böyük Allah başqa bir ayədə də qullarının tövbələrini qəbul edib bağışlayacağını bildirir. Allah təala belə buyurur: "Bəndələrinin tövbəsini qəbul edən, günahlarını bağışlayan və sizin nə etdiyinizi bilən Odur.” (Şura, 25)
Allah təalanın öz bəndəsinin tövbə etməsindən necə razı qaldığını Peyğəmbərimiz (s) bir misal verərək belə izah edir: "Allah, öz qulu tövbə etdiyi zaman, aşağıdakı adamın sevindiyindən daha çox sevinir: çölün ortasında yol gedən bir adam azuqəsini və suyunu dəvəsinin üstünə yükləmişdir. O, təhlükəli bir yerdə dayanır və başını yerə qoyaraq yatır. Oyandığı vaxt başa düşür ki, dəvəsi gedib. O, öz dəvəsini axtarmağa başlayır. İstidən və susuzluqdan tamamilə əldən düşür. Öz-özünə: "heç olmasa köhnə yerimə qayıdım” deyir və oraya gedərək bir az yatır. Oyandığı zaman başını qaldırıb dəvəsini öz yanında görür və hədsiz sevinir”.
Paslanmış güzgü kimi günah ləkələri ilə örtülmüş bir ürək həqiqətləri görməz, doğrunu tapa bilməz. İbadətdən həzz almaz. Pislik etməkdən zövq alar. Qəlb bu ləkələrdən tövbə və istiğfar etməklə yaxa qurtara bilər.
Peyğəmbərimiz (s.a.a) belə buyurub: "Qul səhv edincə qəlbində qara bir ləkə meydana gəlir. Əgər tövbə edərsə, qəlbi təmizlənər. Günah işləməyə davam edərsə, ləkə böyüyər və bütün qəlbi örtər.”
İnsan qəsdən və ya bilmədən günah işləyə bilər. Ancaq günah işləməyə davam etməməli, tövbə edərək günah kirindən təmizlənməyə çalışmalıdır. Bir paltar üst-üstə kirlənib uzun müddət belə qalınca onun yuyulub təmizlənməsi asan olmur. Tövbənin gecikməsi də günahlardan təmizlənməyi çətinləşdirir. Buna görə də günah işləyən bir insan vaxt itirmədən tövbə etməlidir. Belə edərsə, Allah onun tövbəsini qəbul edər, günahlarını bağışlayar və beləliklə qul günahlardan təmizlənmiş olar. Qurani-Kərimdə belə buyrulur:
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər.Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!” (Nisa, 17).
Peyğəmbərimiz (s.a.a) belə buyurub:
"Ey insanlar! Allaha tövbə və istiğfar edin. Mən gündə yüz dəfə tövbə edirəm”.
Aləmlərə lütf olaraq göndərilən Peyğəmbərimizin (s.a.a) günahsız olduğu halda bu qədər çox tövbə və Allahdan bağışlanma diləməsi bizə tövbənin əhəmiyyətini göstərir. Nə zaman, harada və necə öləcəyimizi bilmədiyimiz üçün, günah işlədiyimiz vaxt dərhal peşman olub tövbə etməli və günahlarımızın bağışlanmasını mərhəməti böyük və bağışlaması çox olan Rəbbimizdən istəməliyik.
Heç şübhəsiz Ramazan ayında, rəhmət və mərhəmət qapılarının açıq olduğu bir vaxtda edilən bütün dualar qəbul olar. Buna görə də Ramazan ayında çoxlu tövbə etməyə tələsək! Allah təala günahlarımızı bağışlasın! ! Amin!


Şərhlər:
Baxılıb: 1347
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz