Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayının birinci gecəsinin əməlləri
Ramazan ayının birinci gecəsinin əməlləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1897
Səs ver:
Bütün həmdlər aləmlərin xaliqi olan Allaha məxsusdur. Salavat və salam olsun məxluqatın əfzəli və əşrəfi olan həzrət Muhəmməd ibn Əbdullaha (s.əv.v.) və onun pak və pakizə olan Əhli-Beytinə (ə.s.)

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.

Ramazan ayının birinci gecəsinin əməlləri:

1) Yeni ayın çıxmasını görmək
2) Səhifeyi-Səccadiyədə qeyd olunan 43-cü duanı oxumaq
Ey müti olan məxluq, ey tələsərkən, çalışaraq hərəkət edən, ey müəyyən mənzillərdə get-gəl edən, ey tədbirin dairəsində yuvarlanan, Sənin səbəbinlə qaranlıqları işıqlandırana, çətinliklə tapılanı aşkar edənə, Səni özünün qalibiyyət nişanələrindən biri edənə, Öz qüdrət nişanələrindən biri nişan verənə, bəzən Səni tam, bəzən naqis edənə, bəzən batırıb bəzən çıxarana, bəzən nurlu, bəzən tutqun edənə iman gətirdim.

Bütün bunlarda ona təslimsən, o münəzzəhdir, Sənin barəndəki tədbiri necə də qəribədir, Sənin haqqında etdiyi işi necə də dəqiqdir, yeni iş üçün səni təzə ayın açarı etdi, beləliklə səni və məni yaradan, sənin və mənim Rəbbim olan sənə və mənə surət verən, sənin və mənim cilovum qüdrətinin əlində olan Allahdan istəyirəm ki, Muhəmməd və onun soyuna salam yetirsin və səni bərəkət ayı qərar versin ki, ruzigarın ötməsi onu aradan aparmasına günahların bulaşdırmadığı pak bir ay etsin, bəlalardan nicat hilalı, pisliklərdən salamatlıq, nəhslikdən uzaq olan xoş tale hilalı, müsibətsiz xşluq, çətinliksiz rahatlıq, şərsiz xeyir, iman və əmin-amanlıq hilalı, ehsan və nemət, sağlamlıq və islam hilalı olsun.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın onlara çıxdığı ən razı kəslərdən qərar ver, o aya baxanların ən pakizəsi, onda Sənin bəndəliyinə çalışanların ən səadətlisi qərar ver. Bu ayda bizə tövbə etməyən mərhəmət et, günahdan qoru, itaətsizliyinə qurşanmaqdan saxla, nemətinə şükr etməyimizə ehsan et, bizə sağlamlıq və əmin-amanlıq libası geyindir, tam itaətlə bu aydan bizə olan nemətini tamamla, çünki Sən bəxşiş edən, şükürə, tərifə layiqsən, Allahın səlatü-salamı olsun Muhəmməd və onun pak, pakizə soyuna.

3) Öz halalı ilə cinsi əlaqəyə girmək. Bu yeganə aydır ki, həmin ayın birinci gecəsində insan öz halalı ilə cinsi əlaqəyə girməyi müstəhəb sayılıb.
4) həmin gecənin qüslünü etmək
5) Axar su ilə qüsl etmək. Bu əməl zamanı gərək mömin şəxs 30 ovuc suyu başına töksün. Hər kəs bu əməli etsə, gələn ramazan ayına qədər mənəvi təmizliyi əldə edər.
6) Həmin gecə İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etmək. Hər kəs bu işi görsə bütün günahları təmizlənər və hacıların savabını əldə etmiş olar.
7) Bu gecə 2 rukət namaz qılmaq. Hər rukətdə Həmddən sonra Ənam surəsini oxumaq. Hər kəs bu namazı qılsa Allah onu qorxduğu bütün dərdlərdən qoruyar.
8) Bu gecədə Covşən-kəbir duasını oxumaq yaxşı olar.
9) Bu gecədə Həcc duasını oxumaq yaxşı olar.

Birinci günün əməlləri:
1) Səhifeyi-Səccadiyyədə olan 44-cü duanı oxumaq:
Özünə həmd etməyən bizə yol göstərən Allaha həmd olsun, həmd etməyə layiq görənə, yol göstərdi ki, ehsanına şükr edənlərdən olaq, bu işlə bizə yaxşıların mükafatını verənə həmd olsun. Dinini bizə ehsan edənə, bizi dininə seçənə, ehsan yollarında hərəkətə gətirənə həmd olsun. Bu cür etdi ki, lütfü ilə razılığına sarı hərə-kət edək. Bir həmd ki, bizdən qəbul etsin, onun səbəbi ilə razı qalsın. Həmd olsun o Allaha ki, o yollardan birini də Ramazan ayı qərar verdi, orucluq ayı, İslam ayı, təharət ayı, imtahan ayı, qiyam ayı, bir ay ki, bir ay hidayət nişanələrinin aydınlaşması, haqqın batildən ay seçilməsi üçün onda Qur’anı insanların hidayətinə nazil etdi və bununla ayın başqa aylardan üstün olub ondakı hörmətlərlə bol etdi, beləliklə başqa zamanlarda olan halalları haram etdi, onu əziz tutmaq üçün onda yemək içməyi qadağan etdi, onun üçün müəyyən bir zaman qərar verdi ki, izzət və cəlal sahibi olan Allah ondan irəli keçməyə icazə vermir, ondan geriyə düşməyi də qəbul etmir, sonra gecələ-rinin birini başaq bir ayın gecələrindən üstün etdi, və onu Qədr gecəsi adlandırdı ki, o gecə mələklər və Ruh Pərvərdigarlarının əmri ilə hər bir iş üçün nazil olurlar və cəzası ilə hökm etdiyi istədiyi bəndələrinə o gecə dan yeri ağara-nadək daim bərəkət, əmin-amanlıqdır.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayın üstünlüyünü tanımağı, onu əziz tutmağı, o ayda haramlardan çəkinməyi bizə ilham et, onda oruc tutub oruc tutub bədən əzalarımızı günahlardan qorumaqda, onları Sənin razı qaldığın yerlərdə işə salmaqda bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlə-rimizlə batilin tamaşasına tələsməyək əlləri-mizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə açılmasın, razılığına səbəb olacaq işdən savayı heç bir iş üçün sə’y göstərməyək, əzabından saxlayacaq başqa şeyləri öyrənməyək, sonra bütün bunları riyakarların özünü göstərməsindən, şöhrət tələblərin şöhrə-tindən xalis və pak et, bir cür ki, kimsənin bu işdə Səninlə yanaşı şərik etməyək, Səndən savayı ayrı bir məqsədimiz olmasın.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayda beş vaxt namazı vaxtını bildirib hədlərini müəyyən edərək şərtlərini bəyan etdiyi kimi tanımağa agah et, bizi onun dərəcələrinə yetənlərin dərəcəsində rüknlərini qoruyanların zümrəsində,

onu öz vaxtlarında yerinə yetirənlərdən, peyğəm-bərin- Sənin səlatü salamın ona və soyuna olsun açıqladığı kimi, rüku dərəcələrdə bütün ali qaydaları ilə kamil təharəti, ən üstün səmimiyəti ilə yetirənlərdən qərar ver.

Yardım et ki, bu ayda qohumlarımıza birləşib onlara yaxşılıq edək, qonşularımıza bəxşiş yolu ilə ehsan edək, mallarımızı mubahlardan təmizləyək, zəkat çıxarmaqla onu pak edək, onunla bizdən küsənlə barışıb bizə zülm edənə insaf göstərək, düşmənlə mülayim davranaq, yalnız Sənin düşmənin müstəsna olmaqla, qəlbimiz onunla barışmasın; Bizə yardım et ki, o ayda Sənə yaxınlaşmaq, yaxşı əməl etməklə pisliklərdən pak et, təzə eyblərdən saxla ki, mələklərindən heç biri Sənə itaət üçün əmələ gətirdiklərimizdən aşağı dərəcəli bir əməl təqdim etməsinlər.

Ey mənim Rəbbim, Səni Ramazan ayına, onun əvvəlindən sonunadək Sənə bəndəliyə başlayana, özünün qürb məqamına yaxınlaşdırdığın mələyə, hidayətə gətirdiyin peyğəmbərə, yaxud seçdiyin saleh bir bəndəyə and verirəm ki, Muhəmməd və onun soyuna salam yetir və bu ayda bizi övliyalarına verdiyin və’də layiq et, itaət əhlinə zəhməti üçün qərar verdiyini bizə də nəsib et, rəhmətin sayəsində bizi Sənin yanında ən uca məqamlara yetənlərin zümrəsində qərar ver.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi tohidində azmaqdan, Səni sitayiş etməkdə səhlənkarlıq göstərməkdən, dininə şəkk etməkdən, yoluna kor olmaqdan haram etdiklərinə saymazyana yanaşmaqdan uzaqlaşdır.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi bu ayın gecələrindən hər birində bəcşişinlə bəndələrindən azad etdiklərindən, yaxud əfvin onları bağışladıqlarından qərar ver, bizi Ramazan ayı üçün onun ən yaxşı dostlarından et.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir, və Ramazan ayanın sona yetməsi ilə günahla-rımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır ki, bizdən günahlarımızı yumaqla, xətalarımızı pak etməklə bitsin.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və əgər bu ayda azarıqsa Sən bizi ədəblən-dir, doğru yoldan dönəriksə Sən bizi sabit qədəm et, əgər düşmənin Şeytan bizə rücah olarsa Sən bizi ondan xilas et.

Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir, gündüzündə oruc tutmağa, gecəsində Sənin huzu-runda namaz qılıb nalə etməyə, qarşında təslim olmağa yardım et ki, gündüzü qəflətimizə, gecəsi də təqsirimizə şahid olmasın.

Ey mənim Rəbbim, bizi sağ saxladığın qalan ömrümüzün bütün aylarında belə et, bizi Behiştin varisi olub orada əbədi qalan bəndələrindən qərar ver, o bəndələr ki, sahib olduqları hər şeyi haqq yolunda bəxşiş edərlər, halbuki qəlbləri

Rəbblərinə sarı qayıtmaqdan qorxu içindədirlər, xeyrinə tələsənlərdən, bu işlərdə hamıdan öndə gedənlərdən qərar ver.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və hər vaxt, hər zaman və hər halda başqa-larına yetirdiyin bir salam ölçüsü ilə, o sala-mın bir neçə bərabəri, bir cür ki, kimsə onu saya bilməsinə qüdrət tapmasın, həqiqətən də Sən istədiyini edirsən.
2) Ayın əvvəlinə aid olan 2 rukətli namazı qılmaq və sədəqə vermək.

Bu il Ramazan ayının 1-i iyulun 10-una təsadüf edir. Allah bütün ibadət və dualarınızı qəbul etsin! Amin.


Şərhlər:
Baxılıb: 1897
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz