Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan haqqında hədislər
Ramazan haqqında hədislər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3364
Səs ver:
833. Ramazan ayı
Qur’an:
«İnsanları hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün Qur‘anın nazil olduğu (bu həmin) Ramazan ayıdır. Beləliklə, kim bu ayı görərsə (əgər səfərdə olmasa) oruc tutmalıdır. Kim xəstə, ya səfərdə olarsa, gərək həmin günlərin sayı qədər başqa vaxtda oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Gərək (təyin olunmuş) sayı kamala çatdırasınız və sizlərə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edəsiniz (təkbir deyəsiniz) və bəlkə də şükr edəsiniz.» (Bəqərə/185)
Hədis:
2663. Allahın Peyğəmbəri (s):«Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.» (Kənzul-Ummal, hədis 23688)
2664. Allahın Peyğəmbəri (s):«Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.» (Biharul-Ənvar, c.96,səh. 34 , hədis 8)
2665. Allahın Peyğəmbəri (s):«Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.» (Biharul-Ənvar, c.96,səh. 346 , hədis 12)
2666. Allahın Peyğəmbəri (s):«Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.» (Biharul-Ənvar, c.96,səh. 348 , hədis 14)
2667. İmam Əli (ə):«Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu:«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim:«Bu ayda ən yaxşı əməl nədir?» Allahın Peyğəmbəri (s) buyurdu:«Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.» (Əmali-Səduq,səh. 84 , hədis 4)
2668. İmam Baqir (ə):«Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.» (Əmali-Səduq, səh. 56 , hədis 2)
2669. İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə və sə‘yə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.» (Biharul-Ənvar, c.96,səh. 375 , hədis 63)
2670. Allahın Peyğəmbəri (s):«Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.» (Biharul-Ənvar, c.74,səh. 74 , hədis 62)
2671. Allahın Peyğəmbəri (s) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.» (Uyune Əxbare Rza (ə), c.1,səh. 295 , hədis 53)
2672. Allahın Peyğəmbəri (s):«Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!» (Əmali-Səduq,səh. 52 , hədis 2)
2673. İmam Sadiq (ə):«Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.» (Biharul-Ənvar, c.96,səh. 342 , hədis 6)

/Mənbə: Mizanul-Hikmət/


Şərhlər:
Baxılıb: 3364
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz