Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daş ürəkli olmaq
Daş ürəkli olmaq
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3503
Səs ver:
Daş ürəkli olmaq elə bir mənfi xüsusiyyətdir ki, Adəm övladı bu hala düşdükdə başqalarının ağrı və müsibətləri ona təsir etməz. Bu halın mənşəyi biganəlik qüvvəsinin artmasıdır. ("Camius-səadət" c.1, səh.369)
Zülm, başqalarına əziyyət vermək, məzlumların çağırışına cavab verməmək, fəqir və ehtiyacı olanlara əl tutmamaq və bu kimi digər mənfi xüsusiyyətlər ürəyin daşlanmasının nəticəsidir.
Belə bir xəstəliyi müalicə etmək çox çətindir.
Bu xəstəliyə düçar olanlar bacardıqca səmimi qəlbdən irəli gələn əməllərə can atmalı, nəfslərini feyz aləmindən əlavə mülayimlik sifətini qəbul etməyə hazırlamalıdırlar. Bununla da onların ürəklərindəki qəsavət aradan hedəcəkdir.
Əgər onlar bununla özlərini müalicə edə bilməsələr, deməli, artıq Adəm övladının hüdudlarından kənardırlar.
Allah-Təala buyurur:

فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً

"(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik." ("Maidə" surəsi, ayə 13)
Rəsulullahdan (s) nəql edilən rəvayətdə deyilir:
"Allahın zikrindən başqa çox danışmayın. Çox danışmaq ürəyi sərtləşdirir. Allaha ən uzaq olan daşürəkli insanlardır" ("Kənzul-Ummal" 1740, 18960-cı hədislər)
İmam Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyurulur:
"Göz yaşlarının quruması yalnız ürəyin sərtliyindən, ürəyin sərtliyi isə günahların çoxluğundandır" ("Biharul-Ənvar" c.70, səh.55)
Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur:
"Üç şey ürəyi sərtləşdirir: Musiqiyə qulaq asmaq, ov etmək və zalım hakimiyyətin xidmətində dayanmaq" ("Biharul-Ənvar" c.75, səh.370)
Məryəm oğlu İsa (ə) nəql edilən rəvayətdə buyurub:
" Əgər bir minik heyvanı minilməsə, əhəlləşməsə və ondan sitifadə edilməsə xüsusiyyəti dəyişər və istifadəsi çətinləşər. Həmçinin, əgər ürəklər ölümü xatırlamaqla mülayimləşməsə, ibadətin üstü paslanar, ürək daşlaşar və sərtləşər" ("Biharul-Ənvar" c.14, səh.309)
Sədi Şirazi şerlərinin birində deyir: Adəm övladları sanki bir bədənin üzvləridir. Çünki onlar bir cövhərdən yaradılmışlar. Əgər onlardan biri dünyanın təsirindən ağrı çəkərsə, sair üzvlərdə ağrı çəkər. əgər sən başqalarının dərdinə şərik olmasan, o zaman, özünü Adəm övladı adlandırmağa layiq deyilsən.


Şərhlər:
Baxılıb: 3503
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz