Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Qurba” ayəsi
“Qurba” ayəsi
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1201
Səs ver:

"Şura” surəsinin 23-cü ayəsində Peyğəmbəri-əkrəmə (s) xitab olunaraq buyurulur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
"(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”
Bütün şiələr və bir qrup əhli-sünnə təfsirçiləri bu ayədə qeyd olunan "zil-qurba” sözünün kimlərə aid olması barədə demişlər: "Zil-qurba”da məqsəd Peyğəmbəri-əkrəmin (s) ən yaxınlarıdır!” Bu təfsir müqabilində digər ehtimallar verilsə də, belə görünür ki, onların əsas məqsədi Peyğəmbərin (s) xilafət məsələsini və Əhli-beytin (ə) məqamını gözdən salmaqdır. O cümlədən:
1. Risalət savab və mükafatı dedikdə, müsəlmanları Allaha yaxınlaşdıran nöqtələr nəzərdə tutulur. Buna əsasən, "qurba” Allaha yaxınlaşmağa səbəb olan bir amildir.
Əvvəla, bu təfsir ayənin zahiri ilə əsla uyğun deyil; çünki namaz, oruc, cihad və bu kimi insanı Allaha yaxınlaşdıran göstərişlərdə ən əhəmiyyətli cəhət onlara məhəbbət yox, əməldir. Görəsən, Peyğəmbərin (s) səhabələri arasında bunları sevməyən bir kəs vardımı? Təbii ki, xeyr! Hətta əməldə səhlənkarlıq edənlər belə, Allaha və Qurana iman gətirdikləri üçün İslamın qanunlarını sevirdilər, hərçənd, onlara əməl etməsəydilər də...

İkinci də "əl-qurba” "yaxınlaşdıran” yox, "ən yaxın” mənasındadır. Buna görə də Qurani-kərimin hər bir ayəsində (başqa on beş ayədə) işlədilən bu söz yaxın (xüsusilə, qohum) olan şəxslərə aid edilmişdir.
Bəs, bu alimlər hansı səbəbə görə bu ayədəki "qurba” sözünü həm lüğət, həm də Quranın bütün ayələrində gələn mənanın əksinə təfsir etmişlər? Bunun səbəbi öncə qeyd etdiyimiz qərəzli məsələlər deyilmi?
Diqqəti cəlb edən məsələ budur ki, bir çox lüğət alimləri açıq-aşkar bildirmişlər ki, "qurba”, yaxud "zil-qurba” dedikdə, nəsil yaxınlığı və qohumluq nəzərdə tutulur. "Məqayisul-lüğət” kitabında yazılır: "Fulanun zu qərabətin – huvə mən yəqrəbu minkə rəhimən.”
"Filankəs (qohum olan şəxs barəsində) mənə yaxındır”, deyildikdə, həmin şəxsin nəsil qohumluğu nəzərdə tutulur.” Və yaxud: "Əl-qurba və əl-qərabət hər ikisi bir mənanı ifadə edir, o da nəsəbi qohumluqdur.”
"Lisanul-ərəb” kitabında belə yazılır:
والقرابة والقربي؛ الدنو في النسب
"Qərabət və qurba nəsəbi yaxınlıq və qohumluğa deyilir!”
2. "Məqsəd budur ki, siz müsəlmanlar öz yaxın adamlarınız və qohumlarınızı risaləti qiymətləndirdiyiniz kimi sevin!”
İnsanın öz qohumlarını sevməsi risalət prinsiplərinə uyğun olmadığı halda, ayənin daha münasib mənasını – Peyğəmbərin (s) öz yaxınlarını sevməsini nəzərə almayıb, onu qohum-əqrəbanı sevmək kimi açıqlamaq nə qədər həqiqətə uyğundur?!
3. Təfsir alimlərinin digər bir qrupu belə deyir ki, Peyğəmbərin (s) məqsədi budur: "Mənim risalətimin mükafatı olan qohum-əqrəbama hörmət qoyun. Çünki mənim bir çox qəbilələrlə nəsil və yaxud başqa vasitələrlə qohumluğum var. Bu işdə mənə əziyyət verməyin!”
Bu baxış ayəyə zorla qəbul etdirilən ən əsassız təfsirdir. Çünki Peyğəmbər (s) risalətinin əvəzi o kəslərdən istənilə bilər ki, bu risaləti qəbul etmiş olsunlar. Belə isə onların Peyğəmbərə (s) əziyyət verməsi mənasızdır. Burada Peyğəmbərə (s) əziyyət verənlər düşmənlərdirsə, onlar həzrətin peyğəmbərliyini qəbul etmirdilər. Necə ola bilər ki, o həzrət desin: "Risalət və peyğəmbərliyim müqabilində sizdən yalnız bir xahişim var, o da budur ki, sizinlə qohumluğa xatir mənə əziyyət verməyin!”
Əvvəla, Qurani-kərimdə peyğəmbərlərin dilindən nəql edilən ifadələrdə buyurulur: "Biz sizdən heç bir mükafat istəmirik, bizim mükafatımız aləmlərin Rəbbinin yanındadır!”
Bu ayədə buyurulanlar təkcə beş peyğəmbərin (Nuh, Hud, Saleh, Lut və Şüeybin) dilindən nəql edilmişdir. ("Şüəra” surəsi, ayə: 109, 127, 145, 164 və 180.)
İkincisi, "qurba” ayəsində Peyğəmbər (s) buyurur ki, mən siz müsəlmanlardan yaxın adamlarıma və qohumlarıma sevgidən başqa bir mükafat istəmirəm.
Üçüncüsü, "Fürqan” surəsinin 57-ci ayəsində Peyğəmbərə (s) belə buyurulur:
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا
"(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində Rəbbinə tərəf doğru yol tapmaq istəyən kimsələrdən başqa heç bir mükafat istəmirəm!”
Dördüncüsü, "Səba” surəsinin 47-ci ayəsində yenə Peyğəmbər (s) haqda belə buyurulur:
قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ
"(Ya Peyğəmbər) De: "Sizdən (peyğəmbərliyimin müqabilində) istədiyim mükafat yalnız sizin xeyrinizədir, çünki mənim muzd və mükafatım yalnız Allaha aiddir!”
Bu dörd ayəni nəzərdən keçirməklə belə bir nəticəyə gəlirik ki, İslam peyğəmbəri (s) də digər ilahi peyğəmbərlər kimi camaatdan özünə heç bir muzd və mükafat istəməmişdir. O həzrətin yaxın adamlarını sevmək Allaha tərəf doğru yol kimi göstərilmiş və bu, sözsüz ki, müsəlmanların öz xeyrinədir! Çünki bu məhəbbət imamət, xilafət, Peyğəmbərin (s) canişinliyi, ümmətə rəhbərliyinin davamı və insanların hidayəti üçün açılmış qapıdır.
Bəli, hər vaxt bu ayələri zahirinə görə təfsir etsək, qaranlıq və anlaşılmaz bir nöqtə qalmayacaq. Əks halda ya onlara zidd, ya da əsla uyğun gəlməyən uzun-uzadı təfsirlərə əl atacağıq. Düzgün təfsir bir qrup alimin əqidəsinə zidd olduğundan, belə demişlər: "Camaatdan muzd və mükafat istəmək İslam peyğəmbərinin (s) məqamına münasib deyil. Buna görə də "qurba” ayəsi istisna olunmalıdır.” Bəzən "Bu ayə "Qul ma əsəlukum ələyhi min əcrin və ma ənə minəl-mutəkəllifin!” ayəsi ilə ziddiyyət təşkil edir” demiş, bəzən də mənasız yozumlara əl atmışlar.
Həqiqət isə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətləri toplayıb yanaşı qoyduqda aydın olur. Ayənin təfsiri ilə əlaqəli rəvayətlərin məcmusundan belə nəticə çıxarırıq ki, risalət və peyğəmbərliyin mükafatı sayılan "zil-qurba” müsəlmanları Allaha yaxınlaşdıran və onların özlərinə xeyirli imamət və xilafətdən ibarətdir. Beləsə, əks mövqe tutan bəzi təfsir alimlərinin iradları aydınlaşır.
Alusi "Ruhul-məani” kitabında "qurba” ayəsinin təfsirində yazır: "Şiələr məntiq qaydalarına əsaslanaraq, bu ayəni Əlinin (ə) imamətinə dəlil göstərir və deyirlər: "(Ayənin tələbinə görə) Ona məhəbbət bəsləmək vacib, məhəbbət bəslənməsi vacib kəsə itaət etmək vacib və itaət olunması vacib kəs isə imamət məqamına malikdir. Deməli, Əli (ə) imamdır!” Sonra o, bu dəlilə irad tutmağa başlayır. ("Ruhul-məani”, 25-ci cild, səh. 30.)
Əvvəla, qeyd etdiyimiz mətləblərdən məlum olduğu kimi, biz ayədən belə bir əsassız nəticə çıxarmaq istəmirik. Ayədəki mühüm incəlik də bu deyil. Burada əsas məsələ Peyğəmbərin (s) risalət və peyğəmbərliyinin mükafatı sayılan yaxın adamlarına məhəbbət bəsləməkdir. Başqa ayələrdə də qeyd olunduğu kimi, bu mükafat Allaha yaxınlaşmağa vasitədir və müsəlmanların öz xeyrinədir. Onların kimlərdən ibarət olduğuna gəldikdə, öncə şərh etdiyimiz kimi, bu, imamlardan başqası ola bilməz. Peyğəmbərin (s) buyurduğu rəvayətlər isə bu məsələnin sübutu üçün əlavə dəlillərdəndir.



Şərhlər:
Baxılıb: 1201
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz