Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"İxlas" surəsinin incəliklərindən...
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3346
Səs ver:
Dəyərli "Üsuli-Kafi" kitabında sənədi Həzrət Baqirə (ə) çatan hədisdə o həzrətin belə buyurması nəql edilir: "Kim "qul huvəllahu əhəd" surəsini bir dəfə oxusa, ona bərəkət verilər. Kim onu iki dəfə oxusa, ona və ailəsinə bərəkət verilər. Kim onu üç dəfə oxusa, ona, ailəsinə və qonşularına bərəkət verilər. Kim onu on iki dəfə oxusa, Allah Cənnətdə onun üçün on iki saray tikər. Sonra gözətçilər deyərlər ki, bizi aparın filan qardaşımızın saraylarını görək. Kim onu yüz dəfə oxusa, onun qan və mal (nahaq qan axıtması və başqalarının malını yemək) günahları istisna olmaqla, iyirmi beş illik günahları bağışlanar .Kim onu dörd yüz dəfə oxusa, ona atlarının ayağı kəsilmiş və qanları axıdılmış dörd yüz şəhidin mükafatı verilər. Kim onu gecə-gündüz ərzində onu min dəfə oxusa, özünün Cənnətdəki məqamını görməyincə və ya məqamı ona göstərilməyincə ölməz". 

Digər bir hədisdə Həzrət Baqirin (ə) belə buyurması nəql edilir: "Atam buyurardı ki, "qul huvəllahu əhəd" surəsi Quranın üçdə biri, "qul ya əyyuhəl-kafirun" surəsi isə dörddə biridir".

Həzrət Sadiqin (ə) belə buyurması nəql edilir: "Peyğəmbər (s) Səd ibn Məaza namaz qıldı, sonra buyurdu: "Aralarında Cəbrailin də olduğu yetmiş min mələk gəldi və Sədin cənazəsinə namaz qıldı. Mən Cəbrailə dedim: "Sədi sizin namazınıza layiq edən nədir?" Cəbrail dedi: "Onun ayaq üstə olanda və oturanda, minikdə və piyada olanda, yol gedəndə və gələndə "qul huvəllahu əhəd" oxuması". 
"Savabul-əmal" kitabında deyilir: "Kim bir cümə keçsə və "qul huvəllahu əhəd"i oxumadan dünyasını dəyişsə, Əbu Ləhəbin dinində ölər".


Şərhlər:
Baxılıb: 3346
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz