Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balaca qız və topu
Balaca qız və topu
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2004
Səs ver:
Dəniz kənarında oturmuş, gözlərini irəlidəki bir nöqtəyə dikmişdi. Bəlkə də bir saatdır eləcə dayanırdı. Onun bu halı, alış - veriş üçün balıqçı qayıqlarının sahilə dönməsini gözləyən bir qocanın diqqətini çəkdi. Yaşlı adam, yavaş - yavaş onun yanına gedib:
- Salam gənc! dedi. Bu gün dəniz çox möcüzə deyilmi? Kiçik uşaq, başını çevirmədən;
- Amma küləklidir, dedi. Topum dənizə düşündükdə sürüyüb apardı. Adam, uşağın yanına oturub:
- Əgər bir az gənc olsaydım, üzüb onu götürərdim, dedi. Amma indi adım - addım belə gedə bilmirəm.
Kiçik uşaq, ona cavab vermədi. Və sahildən uzaqlaşan topunu daha yaxşı görə bilmək üçün, dərhal yanındakı hündür yerə çıxdı.
Yaşlı adam, sakit bir səs tonuyla:
- Ümidini heç bir zaman itirmə! dedi. Məncə dua etsənsə çox yaxşı olar. Uşaq, böyük bir sevinclə:
- Dua ətsəm topum geri gəlir? deyə soruşdu. Dənizə düşdüyü yeri bilər?
- Allah istəsə əgər, ona öyrədər, dedi qoca. Topun geri gəlməsə də, duaların savabı sənə bəs edər.
Kiçik uşaq, yaşlı adamın sözlərini bir az düşündükdən sonra, hər oxuduğunda babasından bəxşiş qopardığı duaları ard - arda sıraladı. Daha sonra da, topun geri qayıtması üçün Allahdan kömək istədi. Amma hüznü azalmamışdı. 0 topa çox pul xərcləmişdi, bayram pulunu belə ona qatmışdı. İndi artıq tək şansı, bəzən olduğu kimi, küləyin birdən yön dəyişdirməsi idi. Amma dəniz çox böyük idi, topu isə kiçik...
Axşamüstü hava bir az daha sərtləşdi. Və günəş batmaq üzrəykən qayıqlar döndü.
Uşaq, evə getmək istəmirdi. Buna görə də qoca ilə birlikdə əylənirdi. Yaşlı adam, həmişə eyni balıqçıdan alış - veriş edərdi. Sonunda onu tapıb:
- Ovunuz inşallah yaxşı keçmişdir!. dedi Əgər varsa, bir neçə kilo ala bilərəm.
Qayıqdakı adam, bir vedrə içindəki balıqları göstərib:
- Onsuzda ancaq o qədər tutmuşdum, dedi. Dənizdə "ov" deyə bir şey qalmadı.
- Dua etməyi sınadınız? deyə atıldı uşaq. Ümidinizi əsla itirməyin!.
Balıqçı üçün hər şey təsadüf idi. Bunun üçün də "rast gələ" deyərlərdi. Amma indi bir şey xatırlamışdı. İllərdir unutduğu bir şeyi. Uşağın yanaqlarını oxşayarkən:
- Dua ha!. deyə mızıldandı. O zaman tutaram?
- Tuta bilməsəniz belə, duaların savabı sizə bəs edər, dedi uşaq. Bunu yeni öyrəndim. Balıqçı, belə bir sözü ilk dəfə eşidirdi. Başını ağır - ağır yelləyərək:
- Mən də yeni öyrəndim!. deyə gülümsədi. Üstəlik də kiçik bir müəllimdən.
Uşaq, bu sözlərdən çox xoşlanmışdı. Artıq topun getməsinə kədərlənmirdi.
Yanındakı yaşlı adam ona bir göz qırparkən, balıqçı təkrarən qayığa yönəldi və ş üzərindəki köhnə örtüyü açdı. Bir top vardı orada. Hələ yaş olduğundan, ışıl - ışıl parıldayan bir futbol topu.
Balıqçı, onu uşağa uzadıb:
- Müəllimlərin haqqı heç ödənməz! dedi. Bunu bir az əvvəl dənizdə tapdım!
Kiçik uşaq, yuxudaymış kimiydi. Heç gözlənilməz şeylərin yaşandığı bir yuxuydu. Tələsik sağa - sola baxdi. Amma hər şey gerçək idi. Balıqçı da, qayıq da, qoca da...
Topu isə əllərində idi. Ona möhkəmcə sarılıb:
- Bir daha məndən icazəsiz gəzmək yoxdur!. dedi:Əgər dua etməsəydim necə olardı?
/Mənbə:Qadınlar.biz/





Şərhlər:
Baxılıb: 2004
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz