Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dini baxımdan bakirəliyin əhəmiyyəti nədən ibarətdir?
Dini baxımdan bakirəliyin əhəmiyyəti nədən ibarətdir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4396
Səs ver:

 

http://imgs.su/tmp/1314877966-656.jpg


Allah bəndələrinə qarşı heç cür ayrı-seçkilik etməz.

Bakirəlik sadəcə olaraq qanuni bir nikah, başqa sözlə, dinə müvafiq qaydada kəsilən kəbin nəticəsində, yəni, evlilik vasitəsilə aradan qaldırıla bilər. Evlilikdən başqa birlikdə olmaq zinadır. Zina isə öz növbəsində Allahın qəti surətdə qadağan etdiyi ağır bir günahdır. Hətta ona yaxınlaşmaq belə, haram edilib. Bu barədə Quranda deyilir:

"Zinaya yaxın durmayın. Çünki zina çox murdar bir iş və pis bir yoldur!" (İsra, 17/32).

Bəkarət (bakirə olmaq) nə qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib.
Əgər bir şəxs hər hansı bir qızla həmin qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ çatır.

Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:

Qadın ərinin onunla cinsi əlaqəyə girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir. Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı vermək üçün aparılır

 



Şərhlər:
Baxılıb: 4396
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz