Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnabət
İnabət
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1087
Səs ver:
İNABƏT (TÖVBƏ)
Allah-taala inabət haqqında buyurur: "Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.
”["Zumər”, 54.]
"Tövbə” Allaha üz tutmaq, Ona doğru qayıdış mə`nasındadır. Tövbə üç cür olur:
1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: "Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı.”["Qaf”, 33.]
2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən Allahı zikr etməklə, Onun ne`mətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: "(Bu ne`mətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər.”["Mu`min”, 13.]
3. Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur, məsələn, vacib və müstəhəbbi namazlar, müqəddəs ziyarətgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləri Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu barədə buyurur: "Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): "Bu, və`d olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür!” Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö`minlərin təsəvvür edə bilmədikləri ne`mətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!”["Qaf”, 31-35.]


Şərhlər:
Baxılıb: 1087
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz